Villiam Faulknerdən gənc yazarlara 6 məsləhət
Ülfət Cavad tərəfindən "Məşhurlar" bolməsinə 15:26 02 dekabr 2015 tarixində əlavə olunmuşdur

1.Əgər mən olmasaydım…  “Əgər mən olmasaydım, mənim yazdıqlarımı bir başqası yazacaqdı. Eyni şeyi Heminquey, Dostoyevski, bizim hamımız haqqında söyləmək olar. Buna sübut kimi onu göstərmək olar ki, Şekspirin pyeslərinin müəllifliyinə 3 namizəd var. Əsas olan — “Hamlet” və “Yay gecəsinin yuxusu”dur, onları kimin yazması yox”.  

2. Təsirlənmək pis şey deyil…  “Əvvəllər də dediyim kimi, yazıçı qətiyyən etika-filan gözləyən birisi deyil. Ona hardan, nə lazımdırsa, götürəcək, özü də bunu açıq şəkildə edəcək, boynuna da alacaq, çünki ümid edir ki, ortaya babat bir məhsul qoyacaq və sonrakı nəsil də onun yazdıqlarından nəsə götürəcək, özü də bu, yazıçıya xoş gələcək, çünki inanır ki, onun öz dəyərli sələflərindən əxz elədiklərinə də həmin müəlliflər yazlnız sevinə bilər”.   

3. İstedad, intizam, zəhmət… İşin 100-də 99-u istedaddır… işin 100-də 99-u intizamdır… işin 100-də 99-u zəhmətdir. Yazıçı heç zaman yazdığından razı qalmamalıdır. Hansısa işi həmişə daha yaxşı görmək olar. Daim öz imkanlarından daha böyük hədəflərə köklən. Yalnız öz müasirlərindən və sələflərindən üstün olmağa can atma. Özünü ötüb keçməyə çalış.  

4. Məzmun və üslub  Məncə, üslub xeyli dərəcədə elə məzmundan gələrək formalaşır. Yazıçı beynini üslub yaratmaqla çox məşğul etməməlidir. Əgər edəcəksə, yazdıqları üstü bəzək, altı təzək olacaq. Göz oxşayacaq, qulağa xoş gələcək, amma məzmunca dayaz olacaq.    

5. Yazıçı oxucu olmalıdır… Oxumaq, oxumaq, yenə də oxumaq. Əlinə nə keçdi oxu – hətta ziri-zibili, klassikanın pisini-yaxşısını, oxu, gör, bu işin çəmi nədir. Lap odunçunun şəyirdi kimi, bax, öz ustandan öyrən. Oxu! Oxuyub canına hopdur! Sonra yaz. Əgər yaxşı alınacaqsa, biləcəksən, bərbad olacaqsa, pəncərədən vızıldat getsin.  

6. Qarşısıalınmaz… Bəzən eşidirəm ki, kimlərsə gileylənir, “Ailə qurmasaydım, uşaqlarım olmasaydı, yazıçı olardım” deyir, yaxud kimlərsə şikayətlənir ki, “Filan işdən canımı qurtara bilsəydim, yazıçı olardım”. Mən belə şeylərə inanmıram. Məncə, əgər sən yazmalısansa, yazacaqsan və bunun qarşısını heç nə ala bilməz.    

 


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
4+14=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.2852 saniye