Vilmer
NİKOLAY tərəfindən "Hekayə" bolməsinə 13:56 28 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bu hekayəmi bəyənən kəs, təşəkkür əlaməti olaraq,  mənə 1 manat pul hədiyyə edə bilər. Pis başa düşmərəm. Mən də bu məbləğdən həvəslənərək, başqa hekayələr yazaram. Kim bilə bilər, axı, bəlkə yazıçı oldum. Əgər, buna iddialıyamsa.  

I hissə

Vilmer dilinin ucunda  ayəti-kursinin sözlərini təkrarlaya-təkrarlaya “Buynuz” qəzetinin redaksiyasına daxil oldu. Onu  içəri girər-girməz   enlikürəkli və musqullu mühafizə xidmətinin əməkdaşı qarşıladı.

Mühafizəçinin əlləri yağlı idi. Qaliba, bayaqdan bir boşqab yeməyin öhdəsindən indicə gəlmişdi. Hiss olunurdu ki, onun da işində bəzi  çətinliklər var.

O, yağlı olan barmaqlarını yaladı və stolunun  üzərindəki nəmli əskiylə əllərini sildi.  Ardınca  salamsız-kəlamsız  içəridəki şəxsdən gəlşinin məqsədini soruşdu; 

-  Buyurun, eşidirəm sizi?!

Vilmer üçün “Salam” kəlməsinin böyük əhəmiyyəti var idi. O bu kəlməyə həm dindar olduğundan, həm də tərbiyəli bir ailədə böyüdüyündən çox dəyər verirdi. “Salam” onun zənnində allahın adlarından biri idi.

Özü məcburi  mühafizəçiyə  salam verdi və əlini ona  uzatdı;

- Salam!

Mühafizəçi bunun o qədər də fərqinə varmadı. Onu da qınamaq olmazdı. Yazıq,  gün ərzində nə qədər adamla  salamlaşır ki.  Olmasa da,  hər gün ən azı 20-30, bəlkə də 40-45 nəfər redaskiyaya daxil olan vətəndaşın müraciətinə qulaq asır, onları aidiyyatı yerlərə istiqamətləndirirdi. Hələ redaksiyanın daxilində işçi qrupu ilə salamlaşmağı saymasaq.

Vilmerlə mühafizəçinin ünsiyyəti yarımçıq qaldı, bu arada. Anidən mühafizə xidmətinin şəhərdaxili telefonuna zəlg gəldi. Danışıqdan məlum oldu ki, zəng nəşriyyatın hansısa otağındandır. Bir-neçə dəqiqə  onunla  kiminsə arasında  söhbət baş tutdu. Sonra dəstəyi aşağı endirdi, bir-iki dəfə yanındakı pəncərədən bayıra boylandı. Kimsə gözünə dəymədi. Nəhayət,  Vilmerə tərəf çevrildi;

- Eşidirəm!

 - Mən, bu qəzetin baş direktoru ilə görüşmək istəyirəm. Xahiş eləyirəm, zəng edib  yuxarı bildirərdiniz, - deyə Vilmer sözünü tamamladı.

-  Özünün xəbəri var, bundan? Yəni, sizin gəlişinizdən?  - mühafizəçi  fikrini qırıq-qırıq cümlələrlə  ifadə edirdi.

- Əlbəttə!  Vilmer təsdiqedici tərzdə başını aşağı-yuxarı hərlədi.

Gözləmə otağı  qapının  yaxınlığında  idi. Daha doğrusu, ora gözləmə otağı demək olmazdı. Sadəcə həmin yerdə  yarımçevrəli şəklində  darısqal divan qoyulmuşdu. Məhz, gələnlər də orada gözləyirdilər.

Mühafizəçi  Vilmerdən orada əyləşməsini xahiş etdi. Redaksiyanın zalı səssizliyə qərq olmuşdu. Girişdəki divara asılan televizor da açıq qalmışdı, lakin  səsi çox aşağı idi.

Demək olar ki, televizorun səsi güclə eşidilirdi.  Yalnız otaqlardan iki-üç adamın səsinin gəldiyini eşitmək olurdu.

Vilmer isə dizlərini bir-birinə birləşdirib əllərini də dizlərinin üzərinə dayamışdı.  Gülməli olsa da, onun  bu halı  yenicə  ərə getmiş  gəlini xatırladırdı.

Arada dini moizələr oxuyurdu. Özü də dilinin altında və asta səslə. Belə edirdi ki, kimsə onu qəribə adam kimi tanımasın.  Bəlkə  kənardan tanımadığı birisinin nəzərinə tuş gələ bilərdi.

Axı, bu nəyə lazımdır?! Onsuz da insanlar bir göz qırpımında tanımadıqları bir kəsə ya dəli, ya da ağıllı diaqnozu təyin edirlər. Bu onların adətidir. Lənətə gəlsin, ilahi  belə xislət.

Saat yarım keçdi, hələ də “Buynuz” qəzetinin baş direktoru gəlməmişdi. Bu zaman kəsiyində isə Vilmer mühafizəçidən həm onun, həm də direktorun ad və soyadını soruşmuşdu. Mühafizəçinin ismi  Maygülü Nəzarətov, rəhbərliyin də ismi İdrak İdealəliyev idi.

Hərdən  Maygülünün Vilmeri söhbətə tutmasını nəzərə almasaq, bayaqdan ötən vaxt çox cansıxıcı idi. Ta ki o vaxtadək.

Bu anda pilləkənlərdən iti addımlarla kök, ətli-qanlı, yanbızları və üzü kobud şəkildə  totuq olan  orta yaşlı qadın aşağıya düşdü. Birbaşa Mühafizə Xidmətinin stoluna yaxınlaşdı. Aralarındakı söhbət  beş dəqiqəyə yaxın çəkdi, təqribən.    

Az sonra məlum oldu ki,  həmin qadın burada katibə vəzifəsində çalışır. Adı isə Kötükova  Yekəkötük Paz qızıdır.  

Cod səsi, bəzən də yüngüllük əlaməti olaraq qırtlağından çıxardığı  ciyiltili səs tonu indiyənədək Vilmerin qulağından getmir, yaddaşındadır.  

Katibə redaksiyanın  arxa  qapısınadək  addımladı. Vilmer də qeyri-ixtiyari ayaq üstə qalmışdı, bayaqdan. Onun arxasınca baxırdı. Üzünə təbəssüm qonmuşdu.

Katibənin dalı ləngər vururdu, elə bil  Titanik gəmisi  dəqiqəbədəqiqə   aysberqlə toqquşurdu. Əynindəki paltar da dalının arasına pərçim olunmuşdu.  Nümayiş edilən epizoddan Vilmer  komedik obraz yaxalamışdı.

Bu anda yandakı qapı açıldı, otaqdan Sonya adlı qız çıxdı. O, qapını bayır tərəfdən elə zərif qapadı ki, bircə  onun bu hərəkətinə görə ona aşiq olmaq  yetərli idi. Əlbəttə, Vilmer onun adını  bilmirdi, hələ.  Yalnız  o qapıdan bayıra çıxarkən  arxadan kimsə onu  bu adla  səsləmişdi, -  “Sonya”.  

Sonya  əyninə topuqlarınadək   uzanan don  geyinmişdi. Zərif parçanın altında  onun  döşləri,  bədən quruluşu  əynindəki geyimlə  uyğunlaşırdı.  Heyranedici gözəlliyin qarşısında  Vilmer indicə  gördüyü xanımın burada  xadimə işlədiyini sandı.

Artıq, əvvəlki yerinə əyləşmişdi, bayaqdan rəhbərliyi gözləyən adam. Təkcə o xanımın davranışlarını  izləyirdi, oturaqlı halda. Sonra gözdən itdi, o.

Ax, mənim Sonyam, kaş, bircə dəfə dodaqlarımı  dodaqlarına toxunduraydım. İlk günahımı edib, səni  öpəydim. Daha sonra  kişilərin qadınlara layiq olmadığını qulaqlarına pıçıldayardım. Bəlkə, buna görə, bəzən qadınlar biri-birini sevməyə başlayır. Sonda isə bu vəziyyətə alışırlar. 

Günorta yeməyinin vaxtı çatmışdı. Kimi  yavaş-yavaş evinə, kimi də redaksiyanın  həyətindəki kafeyə gedirdi, nahar  üçün.  Bu  dəfə də Vilmer  Sonyanı nahara  gedərkən gördü.  

Naharın vaxtı bitmişdi, hər kəs də işinin başına qayıtmışdı.  Arxa qapıdan kimsə rəhbərliyin gəldiyini söylədi. Aralığa vəlvələ düşdü.

Elə bil ki, hamı minanın harada olduğunu bilirdi, elə o canlar alan silahın partlamaması naminə  də  onlar  gizlənməyə yer axtarırdılar. Təki  göz önündə görünməmək xatirinə.

Hayhəşir ucbatından əl-ayağı bir-birinə dolaşan Maygülü Nəzarətov  da  çaşğınlığından stolunun üzərinə tələsik əl gəzdirməyə başladı.

Baş direktor İdrak İdealəliyev  əlindəki balaca çanta ilə mühafizəçinin yanından ötüb yuxarıya, özünün ikinci mərtəbədəki otağına sarı getdi.  Daha doğrusu pilləkənlərdən qalxmadan öncə divardan asılan televizora nəzər yetirdi. Uzunboylu, ayaqları əyri olan birisi də İdrak bəyin yanında dayanıb ona nəsə deyirdi. Onda  Vilmer  bildi ki, məhz, İdrak bəy bu adamdır.

Maygülü Nəzarətovun da ən zəhləsi qaçdığı adamlardan biri idi, məhz, uzunboylu, ayaqları əyri olan o adam.  Vilmer bunu onun dilinin altındakı mızıldanışından hiss etdi.

Nəhayət, Vilmerin yuxarıya İdrak İdealəliyevin otağına qalxmaq, onun qəbuluna girmək vaxtı çatdı. Əlləri tez-tez tərləyən, əsəblərini cilovlaya bilməyən,  işlədiyi  hər yerdə “qırmızı adam” ləqəbini  alan Vilmer pilləkənlərin pillələrini ard-arda geridə qoyurdu. 

Heminqueyin, Dostoyevskinin, Kafkanın  əsərlərini çox sevən və öz taleyini də  onların taleyinə bənzətməyə çalışan  Vilmer  üçün bu binada ümid işartısı çoxdan qüruba qərq olmuşdu. O bunu sonralar biləcək.  

Sözün doğrusu  Vilmer kimi  kəslər  adamsız ,  pulsuz hətta  millətçi insan olarsa, onda onlar sonda   hakimiyyət  tərəfindən “köhnə millətçilər” damğası ilə mükafatlanarlar.  

Tet-a-tet söhbət  bir saat qırx beş dəqiqə vaxt apardı. Müxtəlif suallar və ya suallara uyğun  cavablar  rəhbərliyin otağını dövrəyə almışdı. Maraqlı müzakirə gedirdi.

İlahiyə çox gözəl agahdır ki, iki nəfərin müxtəlif səpgili mövzularda olan müzakirəsi zamanı savadsız mövqe sərgilənmədi.

Yekunda  İdrak İdealəliyev  Vilmerlə birgə “Buynuz” qəzetinin  “Qeybət” şöbəsinə gəldilər. Bu şöbədə  çalışan əməkdaşlar fərqli mövzularda reportajlar hazırlayırdılar. Hər kəsin iş başında olduğu aşkar görünürdü.

Otağın qapısı ilə üzbəüz  on addımlıqda   hündürboy, cüssəcə çəlimsiz, boğazı da hindüşqanın  boğaz quruluşunu  xatırladan  bir nəfər əyləşmişdi. Bəlli idi ki, həmin adam  bu otaqdakı bütün  iş prosesindən sorumlu birisidir.

Sonya, daha doğrusu Vilmerin sevimli mələyi də otaqda idi. Otaqdakı dibçəkləri sulayırdı. O, yenə də o. İnsan qanının rəngini mürəkkəb rənginə çevirən Sonya. Raskolnikovun yox, əsasən Vilmerin  həyatında yer alan əbədi məşğuliyyət.

Zatən, otağa  daxil olanda hər kəs ayağa qalxmışdı. İşçilər əyləşməyə  cəhd etmədiklərinə görə, işlərini  ayaq üstə görürdülər. Hindüşqa görünüşlü kəs də ayaq üstə idi. Yaltaqcasına gülümsünürdü, sanki  hər şeyi  İdrak bəylə  eyni vaxtda  fikirləşirdi.  Qısası, o, tülkülüyü yaxşı bacarırdı.

Üç ay vaxt keçdi, Vilmer bu müddətdə  başıaşağı  işini görürdü. Düzü, ona hələlik məsuliyyətli  işlər tapşırılmırdı. Lakin az da olsa bir işin qulpundan yapışırdı.

Uzunsov Gülməşəkərbəyli, əlbəttə Vilmerə  çox şeydə köməklik etmişdi. Daha çox  kürd  zövqündə geyim tərzlərinə önəm verən Uzunsov müəllimin sözsüz ki, bəzi yaxşılıqları gözardı edilə bilməzdi.  Hərçənd ki, onun hiyləgər, xəstə təxəyyüldən doğan siyasətcil təfəkkürü olsa da, azından ona  müəyyən  mənada “təqdirəlayiq  jest” mükafatı  hədiyyə etmək olardı.

Dikbaş Xurmalov, Dəmmək Vəliyeva, eləcə də Gictempo Hizbullahov, məhz Uzunsov müəllimin yetirmələridir. Üçü də jurnalistika sahəsində özlərini əvəzedilməz hesab edirdi. Bircə, Ulubəy Səlcuqşanlıyev ürəyi yufqa, qəlbi kövrəkdir.

Bəzən kinini daxilində böyüdüb-bəsləsə də, heç vaxt  o, kininin əsirinə çevrilmirdi. Yəni, qisas hissi onluq deyil. Sadəcə bu bir adət halını almışdı  onda.  

Üstəgəl, Ulubəy  jurnalistika peşakarlığına görə,  redaksiyada seçilən əməkdaşlardan sayılırdı. Yazı sahəsi üzrə, xüsusilə də savadı, dərrakəsi və təfəkkürü ilə başqalarından seçilirdi. Elə  Vilmer yazı yazmağı ondan öyrənmişdi. Özü də heç kimin onu öyrətmədiyi  bir vaxtda.  

Evli idi, lakin,  ailə qurduğu qadın ona görə  simvolik məna daşıyırdı. Yaxınlığındakı qadın isə Ulubəy üçün daima itirməkdən qorxduğu “əbədi uğuru” idi.

Di, gəl, bunu İdrak İdealəliyevə  başa sal.  Təbii, bunlar bütün günü içki şüşələrinin və siqaret tüstülərinin əsri olan bir yazarın beyin məhsuludur.

Vilmer bu yazarı çox gözəl  tanıyırdı. Həm də ondan həddən-ziyadə zəhləsi qaçırdı. Dediyinə görə, Nikolay Nikolayeviç müsəlman dünyasına nifrət edirdi. Heç bir dinə inanmır, amma bütün səmavi kitabları oxumuşdu, bugünədək.  Başıbatmışın ən çox sevdiyi kitab isə  Tövrat idi.  Hə, düzdür bu. 

O, öz  əqlinə etibar edən “ən sadiq ateist” idi.  Nə etmək olardı ki, “allahsız” bəndəni öldürməklə, insanlığı məhv etmək olmazdı, axı.

Ulubəylə Vilmerin birlikdə  işlədikləri müddətdə çox söhbətləri olmuşdu. Birgə  çox şeyləri müzakirə edirdilər. Əsas odur ki, ortaq məxrəcə gələ biləcəkləri bir amalları mövcud idi, onların.

Bütün bunlar bir kənara, əsas məsələ  Vilmerin özü idi.  O, işə qəbul olunduğu andan bu yana  gözləri ilə Sonyanın saçlarında, bəzən də bədənində sevgi nişanəsi həkk edirdi.

Əlləri ilə masaya sığal çəksə də, zənnincə, bu sığalı onun saçlarına, xüsusən saçının hər bir  telinə çəkirdi.

O ola-ola, yəni Sonya,  axı  necə olacaq, Vilmer hər deyilən sözü Quran ayəsi kimi beyninə yerləşdirəcək? Qəliz məsələdir.

Redaksiyada fotoqraf vəzifəsində çalışan  Həcc  Məkkəli  Vilmerlə yoldaşlıq münasibətləri qurarkən  bir neçə dəfə söhbətlərində sevgi ilə bağlı düşündürücü fikirlər səsləndirmişdi:

“Çalış, evlənəcəyin və onunla sonunadək yaşaya biləcəyin bir qadını tap, əziz dost.”

O indi yaşayır. Peşakar fotoqrafdır.  Həmkarları onun  paxıllığını  o qədər çəkir ki, bir o qədər də onların ürəyindən  onu öldürmək hissi keçir.  Hətta,  bir qaşıq suda boğmaq niyyəti belə.

Zaman ötdükcə, Vilmer özü də bilmədən Nikolay Nikolayeviçin gününə düşmüşdü. Aqibəti ona bənzəyirdi, getdikcə. Nə vaxt içməyə başlamışdı, o? İlkin içkini kim vermişdi, ona? Özü, yoxsa kim? Nikolay idi Vilmerin həyatını yazan, yoxsa? Onu uçuruma aparan nədir? Ya bu yuxudur, ya da artıq, ölmüş bir insanın geridə qoyduğu həyatına qayıdışıdır.

 - Həcc, mən içəndə o yadıma düşür. Məndə  ona zəng vurmaq istəyi oyanır. İstər gecə, istər gündüz, nə vaxt içirəmsə, onda o yadıma düşür. Zəng edib ona ürəyimdə yığılıb-qalan sözləri demək  istəyirəm, həmin anda, - deyə Vilmer on dördüncü bakalın təsirindən  iş yoldaşına dərdini açmışdı. Buna zəif nöqtə demək olmazdı.

- Vilmer, bir qadına olan sevgindən ötəri  içməyə dəyməz, ancaq içkini tərgitməyə dəyər. Həm dərd şərabı iç, həm də spirt. İkisi bir yerdə olan iş deyil, - Həcc bir-iki dəqiqə bundan öncə eyni sayda pivə bakalını tükətmiş, ardınca  süfrəçidən  yenisini istəmişdi.

Vilmer çox içəndə ağlayırdı, hərdən də rabitəsiz cümlələr qura-qura gülməyə başlayırdı. Bir vaxtlar Həcc Məkkəli barəsində bu sözləri demişdi:

“O, atasının belindən gələrkən mənliyə sahiblənib. Fotoqrafçı iş yoldaşları da  mənliyi, kişiliyi,  adicə estetik qaydaları  iri həcmli  aş qazanından boşqab-boşqab oğurlayaraq, əldə edib. Onu da hər gün yeyib-qurtarırlar.  Həcc Məkkəli, özünü qoru! Çünki ilahi güclərə etibar yoxdur.” Fərq, buradadır.

Bu ölkənin  dırnaqarası reperi  Hüseyn Dəryanı adam saymasaq, onda Arvad Nurini də adam saymayaq, gərək. Heç adam yerinə də qoymayaq. Pinqvin İTov, Dördgöz Ağacdələni də. Hamısı bir bezin qırağıdır, onsuzda.

Kötükova  Yekəkötük Paz qızının həmdəmi, “dəm”ini dəmləyən, “ək” inini sulayan Arvad Nuri haqqında yazmaq çox çətindir. Elə onunla yanaşı onun “dərd yoldaşı”nı da  götürüb birbaşa kitabın içinə soxsaq, daha dəqiqi dürtsək,  nəticədə, əla  roman alınacaq.

Kim idi, onun d.axilində yaşayan başqası?  O, o deyil. Misal üçün, bu hekayəni Günayım yazırsa, onda onun daxilində yaşayan başqası kimdir?

Vilmer, Nikolay Nikolayeviç və Günayım. Mənim adım mənə məlumdursa, o birilər kimdir, axı? Bəlkə bölünmüşəm? Birisi ibadət edir, birisi içir, birisi də allahsızlıqla məşğuldur, deyəsən.

Vilmer yuxudan oyanıb “Buynuz” qəzetinin redaksiyasında gecələdiyinin fərqinə vardı. Deməli, Həcc Məkkəli ilə içmək anı və digər qeyri-etik normalar, həqiqətdə Vilmerlə əlaqəsi yox imiş.  Yalnızca Sonya və  o biri  bəndə qismində olan canlı həyatın  obrazlı məxluqları, əksinə gerçəkmiş.

Agent  Sukayan Uzunsov Gülməşəkərbəylini əvəz etdikdən sonra, daha doğrusu Uzunsovun işindəki  səriştəsizliyi ucbatından “Buynuz” qəzetinin baş direktoru İdrak İdealəliyev bu dəyişikliyi eləmişdi.

Agent müəllim stulunu göz bəbəyi kimi qoruyurdu. Hətta,  “Qeybət” şöbəsinin əməkdaşları   söz-söhbət olmasın deyə  onun stulunda  əyləşməyə və masasına toxunmağa risk eləmirdi.

Deyilənə görə, Agent Sukayan ləzgidir. Yəqin, allah ləzgilərə qəzəblənib. Ona görə də  “Çəpgöz  Keçəl Həmzə” ləqəbli məxluqu ləzgilərin  içərisinə “iblis” cildində göndərib. Həm də “xəbərçi” qismində.

Vilmer bu barədə qısa araşdırma etmişdi. Öyrənmişdi ki, məhz Agent Sukayan əvvəlki iş yerlərindən   yazı üstündə qovulub. İndiki vaxtda isə “Buynuz” qəzetinin “Qeybət” şöbəsində girələnir.  

Bu bir faciə idi o vaxtlar üçün. Nikolay Nikolayeviç və Vilmer ilk dəfə idi ki, eyni fikri bölüşürdülər. Biri-biriləri ilə razılaşırdılar. Günayımın isə yazmaqdan başqa əlindən bir iş gəlmirdi.

Hizbullahov və Kəlçəliyeva Agent Sukayanın susmuş adamları roulunu rahat şəkildə canlandırırdılar. Ağılla işi idarəetmə templəri mükəmməldir, onların.  Buna söz ola bilməz.

Çox keçmədi ki, Hizbullahov beşmərtəbəli binadan özünü ataraq, intihar elədi. Erməni əsilli idi, amma həmişə iki xalqı da birliyə çağırırdı,   barışığa dəvət edirdi. Sonda dözmədi, nə birlik gördü, nə də barışıq.

Kəlçəliyevanın isə Arvad Nurini görməyə gözü yox idi, elə Arvad Nurinin də onu. 2000-ci ildə  “Quşzadə” kafesi bağlanarkən Arvad Nuri  Kəlçəliyevanı evinə gətirmişdi, sonuncu dəfə. Məqsəd yollarda itib-batmasın deyə.

Həmin kafe fahişələrin toplaşdığı məkan kimi bilinirdi. Nuri də  oranı və ordakıları  çox  yaxşı tanıyırdı. Beləliklə, Kəlçəliyeva Nurinin  yanında  “çepe” buraxmışdı.

Dəmmək Vəliyeva isə çox keçmədi, uzaqlaşdı redaksiyadan. Demək olar ki, bu iş  Agent Sukayanın sayəsində  ustalıqla  həll olundu.

Vilmer özünü  çoxdan asmışdı. Təxminən, 2013-cü ilin dekabr ayında.  Bu onun daima  arzuladığı həyat seçimi idi. O, bir gün bunu edəcəyini deyirdi. Nəhayət bunu elədi.  

Vilmerin ölümü ilə  Nikolayeviç tək qaldı. Günayım isə yazır, hələ də. Sonuncu dəfə İdrak İdealəliyevin Vilmeri  gördüyü gün dəqiq məlum deyil. Deyəsən, hansısa yazı üzərində müzakirə gedirdi. Eşidilənlərə görə, Vilmer  bərk  hirslənib, həmin gün. Sonya da boşluğa çevrildi.

Külək isə bayırda at oynadır. Ağacların çoxu özündən asılı olmadan yarpaqlarının qırılıb-tökülməsinə şahidlik edir. Günayım isə  son cümlələri yazıb-bitirdikdən sonra axırıncı siqaretini çəkməyə başlayacaq, evlərinin həyətində.

Son

 

Əlavə qeyd: “dəmmək” sözü qədim türk sözüdür. Parıltılı daşqaş mənasındadır. Eyni zamanda, -  ucqar, yəni o dövrdə “ucqur” bölgələri ayırmaq üçün çəkilən “sərhəd ipi” anlamındadır. Bu hekayədə isə həmin  sözə “xüsusilik” verilib. 


... dəfə oxunub
Qiymət: 10/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
1+28=
Hesaba giriş
Müəllif

NİKOLAY
Haqqında
21 dekabr 1989-cu ildə Gəncə şəhərində anadan olmuşam.
Əlaqə
Tel.:
0557603821
E-mail:
nikbin.qasimli@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0379 saniye