Vintas Kreve, "Azəristan ölkəsi"
Yazar.in tərəfindən "Digər yazılar" bolməsinə 14:01 30 yanvar 2016 tarixində əlavə olunmuşdur

Azərbaycanın milli-mənəvi dəyərlərinin, ədəbiyyatı və tarixinin, məişəti və təbiətinin gözəl bilicisi, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biridir. Onun həyat və yaradıcılığının on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub və həmin illər yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. O, bir müəllim kimi, Abdulla Şaiq və Azərbaycanda bir  çox yazıçı, jurnalist, həkim, iqtisadçı, alim-pedaqoq, ictimai xadim kimi tanınan azərbaycanlı şagird və tələbələrin mütərəqqi dünyagörüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük  rol oynayıb. 

Vintsas Kreve Şərq mifləri əsasında yazdığı, xüsusilə Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, məişəti, dini adət-ənənələri və təbiətini ustalıqla təsvir etdiyi "Azəristan ölkəsi" yüksək ədəbi məziyyətləri, dərin dini-fəlsəfi müddəaları və milli varlığın yaşadılması ilə bağlı vacib, həyati şərtləri özündə ehtiva edən çox əhəmiyyətli bir əsərdir.

“Azəristan” əsərini onlayn şəkildə sifariş etmək mümkündür. Kitab bütün Azərbaycana üzrə pulsuz çatdırılır: www.parlaqimzalar.az


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+24=
Hesaba giriş
Müəllif

Yazar.in
Haqqında
Yazar.in | online yazıçılar klubu
Əlaqə
E-mail:
yazar@yazar.in
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0256 saniye