Uşaq, yoxsa…
Hələ dörd yaşı olanda birinci konserti üçün bəstələr yazmışdı. Özü də necə bəstələr. Çətin ki, Avropa peşəkarları bu bəstələri yazıldığı kimi ifa edə biləydilər...
Atası balaca Motsartın əlindən not dəftərini alır və dörd yaşlı oğluna deyir:
– Bu konsert o qədər mürəkkəbdir ki, onu heç kim ifa edə bilməyəcək!
– Boş söhbətdir ata. Bu bəstələr o qədər asandır ki, onları balaca uşaq da ifa edə bilər. Məsələn, mən.
Pişik sevgisi
Motsartın bütün uşaqlığı piano məşqlərində, musiqi bəstələmək və ardıcıl çalışmaqla keçib. Ardı-arası kəsilməyən konsertlər ona uşaqlığını yaşamağa icazə verməyib. Avropanın müxtəlif ölkələrində konsertlər verən balaca oğlan gözləri bağlı piano çalmaqla hər kəsi təəccübləndirməyə müvəffəq olurdu.
Konsertlərin birində orkestrın olduğu yerə pişik dırmaşır. Motsart pianonun arxasından qalxıb pişiyin yanına qaçır. Bir anlıq publikanı unudan balaca dahi, atasının əsəbiləşdiyini görüb deyir:
– Ata, konsert həmişə var, piano heç yerə qaçmır, pişiksə qaçır...
“Yəqin ki, sizinlə...”
İmperatorun sarayında çıxış etdikdən sonra cavan xanım Mariya Antuanetta balaca oğlana öz dəbdəbəli evini gəzdirmək qərarına gəlir. Böyük zalların birində Motsart parketin üzərində sürüşür və yıxılır. Xanım Mariya ona qalxmağa kömək edir.
– Siz mənə qarşı elə mülayimsiz ki.. – Motsart dillənir – Yəqin ki, mən sizlə evlənəcəyəm.
Mariya Antuanetta bu söhbəti anasına danışır. İmperatriçə gülümsəyərək balaca “kürəkən”dən soruşur:
– Əzizim, sən niyə mənim qızımla evlənmək istəyirsən?
– Minnətdarlığımdan. – Motsart cavab verir.
Azyaşlı dahilərin görüşü
Yeddi yaşlı Motsarta Frankfurtdakı konsertindən dərhal sonra on dörd yaşlı bir oğlan yaxınlaşır.
– Sən elə möhtəşəm ifa edirsən ki... Mən heç vaxt belə ifa etməyi öyrənə bilmərəm!
Nə danışırsan? Bu ki çox asandır. Sən heç ağlına gələn notları yazmağı yoxlamamısan? Ağlına hər nə gəlsə...
– Mənim ağlıma not gəlmir ki...Yalnız şeir gəlir.
– Şeir? Nə gözəl... Yəqin ki, şeir yazmaq çox çətindir, hə?
– Yox, əslində, çox sadədir. Sən də yoxla.
Motsartla söhbət edən on dörd yaşlı oğlan İohann Volfqanq Gete idi.
Sadəlöhvlük
Motsartla qarşılaşan yüksək rütbəli dövlət məmuru öz-özünə götür-qoy edir: “Dünyaca məşhur incəsənət xadiminə sən deyə müraciət etmək heç də etik olmaz, amma “siz” də balaca oğlan üçün çox böyük şərəf olar”. Nəhayət, məmur dillənir:
– Biz İngiltərədə və Fransada olmuşuq, elədir? Böyük uğurlar əldə edirik.
Motsart cavab verir:
– Mən hər iki ölkədə olmuşam. Amma sizi Salzburqdan başqa heç yerdə görməmişəm.
Akademikin arzusu
Volfqanq yeddi yaşında birinci simfoniyasını, On doqquz yaşında isə ilk operası olan “Basten və Bastena”nı yazır. Boloniya akademiyasının şərtlərinə görə, akademiyanın üzvlərinin yaşı 26 yaşdan yuxarı olmalıydı, amma Motsarta görə istisnaya yol verirlər. O, on dörd yaşında Boloniya akademiyasının akademiki adını alır. Atası onu bu münasibətlə təbrik edəndə o deyir:
– Əziz ata, artıq akademik də oldum, indi olar bir az gəzməyə çıxım?
Motsartın heç bir təhsili yox idi. O, konsertlərdən qazandığı pulu bilyard oynamağa xərcləyirdi. Motsart 36 yaşında yoxsulluq içində vəfat etmişdir.