William Shakespeare - 66-cı sonet
Fuad Abishov tərəfindən "Şeir" bolməsinə 12:46 12 dekabr 2015 tarixində əlavə olunmuşdur

66-cı sonet

 

Bezmişəm yaşamaqdan, öləmmirəm üstəlik,

Amma dəyməz əl açmaq, bura qədəri bəsdi.

Görmürsən ki, inancın biri olub bir qəpik,

Görmürsən ki, yoxsullar səadətdən şikəstdi.

 

Görmürsən ki, tapdanır cəsurların qüruru,

Ləyaqəti it kimi azdırıblar uzaqda.

Görmürsən ki, heç olub əl əməyi, göz nuru,

Naqqallar başa keçib, mərdlər qalıb qıraqda.

 

Görmürsən ki, sənətin dişlərini oyublar,

Axmaqlıq hər tərəfdə dolaşır gülə-gülə.

Həqiqətin adını sadəlövhlük qoyublar,

Oğrular doğru olub, yaxşılar pisə kölə.

 

Məndən olsa ölərdim, elə bugün, bu axşam,
Səni tənha qoymaq var... ona görə qalmışam!


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

Fuad Abishov
Haqqında
Dünyayı dəyişdirə bilmərik amma fərqlilik yarada bilərik.
Əlaqə
E-mail:
joker3@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0273 saniye