Xainlik Patologiyası
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 12:43 08 noyabr 2014 tarixində əlavə olunmuşdur

Paxıl və xain xislətə sahib olanların xəstəliyi daha murdar və  daha dəhşətli olur. Xainlik  xərçəng, şəkər, vərəm kimi əsrin bəlasına çevrilən xəstəliklərdən daha dəhşətlidir. Çünki, paxıl və xain insan yalnız çevrəsinə zərər verər, özü aciz olduğu halda, başqalarını da becil görmək istər. Xain üçün fitnə-fəsad törətmək, könül qırmaq, bilərək çevrəsinə həm maddi, həm mənəvi ziyan vurmaq gündəlik  həyat tərzidir.Bu, iyrənc və könül bulandıran əməllər ona "zövq" verər. Belə səviyyəsiz  tiplərdən nə qədər uzaq dayansan da, yay  milçəkləri kimi  elə hey, qulaqlarının dibində vızıldayar. İnsanların yaxşısı birinə fayda vermədiyi halda  zərər də vurmayanıdır, ondan daha gözəli isə,dilindən yalnız xoş kəlmələr tökülənidir.

  Xainlik, paxıllıq,kinlilik kimi ruhi xəstəliklər dəva-dərmanla sağalmaz. Bu, patologiya iki qrupa bölünür; birincisi gendən gəlmə, ikincisi arzuladıqlarına qovuşmamaq sindromu. Birincilər xain ata-babasından gördüklərinin doğru olduğunu zənn edər və onlardan öyrəndiyi pislikləri ətrafına saçar. İkincilər, öz uğursuzluqlarında, öz acizliklərində başqalarını qınayar, digərlərini ittiham edər.

 Bu dünyanın "mühəndisləri" çox, fəhlələri az. Əl - qol oynadaraq, agzı köpüklənə-köpüklənə yol göstərən   beyindən kiçik,  bədəndən yekə "mühəndis" in əməllərinə zəhmətkeş fəhlədən yalnız qısa bir rişxənd qalar. Xainlərdə eynən bu cür "mühəndislərə" bənzər. Ağıl verməyə çalışsa da, cox zaman özünü bambılı vəziyyətinə salar. Xainlər  ev yıxar, həyatları alt-üst edər, yalnız  xəyanət  məngənəsi qazar.Xainin gen bədənində sərçə ürəyi qədər cəsarət olmaz. Özünü gizlində tutub,başqalarının kölgəsində gizlənər və həmin sığındığı yerdən şərəfsizcəsinə həmlə edər. Bir sözlə, xainlik patologiyası barədə danışmaqla bitməz.Ancaq, bu cür tiplərə görə  könül bulandırmağa da dəyməz. Fəqət onları tanımaq da zəruridir.Ən azı gələcək bəlalardan qorunmaq üçün... 


... dəfə oxunub
Qiymət: 10/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
10+20=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0246 saniye