Mən həyatı sənə görə sevmişəm,
Öz ömrümü dərdə-qəmə vermişəm.
Bəzən olub ağlamışam,gülmüşəm,
Xatirələr alır məni qoynuna.
Açıb mənə qucağını illərim,
Çoxdan solub gül ətirli güllərim.
Bilirəm ki,çatmayacaq əllərim,
Xatirələr alır məni qoynuna.
Bu həyatdan çıxıb getmək olaydı....
Kaş görəydim səni bir gün,nolaydı?
Ah çəkirəm.ahım qəlbə dolaydı,
Xatirələr alır məni qoynuna.
Fikrim çaşıb,azıb indi xəyallar,
Üzür məni yalan vədlər,yalanlar.
Dərd veribdir məni dərdə salanlar,
Xatirələr alır məni qoynuna.
Nə biləydim yadlaşarıq səninlə,
Dərdə,qəmə qatlaşarıq səninlə.
Mövlud deyir,rastlaşarıq səninlə...
Xatirələr alır məni qoynuna..
11.01.2015 / Zərdabi
Mövlud Ağamməd