Xatirələr
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 20:24 17 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Yenə tənha,
   Yenə dərdli,
       Payız fəsli...

Yağış yağır.
  Yağan yağış damcıları
             töküldükcə tavanlara,
    Fikrim uçur uzaqlara -
                       o vaxtlara...

 O vaxta ki,
          bir sən idin, birdə ki, mən
    Sanki hər şey röya idi,
        Nə gözəl bir dünya idi!!!
              Həyat gözəl və mənalı...

Yadındadır?
       Payız idi,
                    yəni bu gün.
Axşam çağı
            gün batırdı.
Yer qarlır,
         narın yağışda yağırdı..

  Görüşmüşdük
              biz bu vaxtda
                      ağac altda.

Sən əlimdən tutmuş idin,
                          titrəyirdin.

Hava soyuq və səssizlik
Qucaqlaşıb susurduq biz.
      Təkcə yağış damcəları
                 pozur sükutlu anları...

Ayrılmırdıq.
     İstəyirdik, belə keçə zamanımız  
                                         hər anımız.

Danışmırdıq.
        Əvəzində ürəyimiz danişırdı.
Hər döyüntü səsi ilə
                          sevgisini anladırdı.

Sanki o an,
   donmuş olan
           bir rəsmdi
             ki, indi də beynimdədi.

Silinməyir.
      Xatırladır səni mənə...
                         

Yenə o an,
   Yenə payız,
     Yenə yağır narın yağış.

Amma fərq var,
         ki, sən yoxsan...
Mən də tənha.
         Ətrafımdasa dörd divar,
                              qəlbim ağlar...

Otaq sakit
     Otaq soyuq
         Sanki məzar!!!     


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0415 saniye