Xatirələr
Günel Ağayeva tərəfindən "Esse" bolməsinə 11:11 08 yanvar 2017 tarixində əlavə olunmuşdur

Gecədən xeyli keçmişdir. Şəhər yuxuya dalarkən, qadın gecənin qaranlıqlarında xəyallara dalmışdı. İllərin yorğunluğu üzünə qırışlar salmış, saçları bəyazlamışdır. Uzun zaman ayrıcında soyuq yeller əsmişdir. Düşünürdü, o, illərə geri dönsə nələri dəyişə bilər? Gecəli-gündüzlü xatirələr onu səslərdi. Nə etmək olar, xatirələr səhvələndikcə yenidən o illəri yaşamaq istəyir. Həsrətli illərin, hicranlı yolların ətri sanki ətrafı bürüyürdü. Bəlkədə, qadın elə düşünürdü? Yalnız otağında darıxırdı. İllərin çətinliklərinə sinə gəldiyini xatırlayaraq,özlüyündə keçmişə səyahət edirdi. Başını qatmaq üçün köhnə şəkil albomunu əlinə alıb xatirələr daldı. Vərəqlədikcə albomun səhvələrini bəzən gülüş qonar çöhrəsinə, bəzəndə kədər… Zərif titrək əlləri ilə ağarmış saçlarına sığal çəkər. Keçmişə boylanarkən qəlbi sızlar,bəlli etməsədə hıçqırıq tutar. Cümlələr boğazında düyünlənər.Danışmaq istəsədə belə səsi çıxmaz. Qəribə bir hiss yaşayar qadın. Gənclik illərində həyatında əsdiyi soyuq yelləri hiss edər birdən. Üşüyər bütün bədəni. Nəfəsi ilə əllərini isitməyə çalışarkən,yaş damlar gözlərindən.Sanki boğulurmuş kimi pəncərə önünə yaxınlaşar. Havanı ciyərinə çəkib, köks ötürər. Qazandıqları,itirdikləri canlanar xatirələrində. Bir zaman sevdiklərinin əhatəsində olan insan, gün gələr tək qalar. Kimisə gözlərmiş kimi. Xatırladıqca gənclik illərini keçmişlə gələcəyin ahəngini yaşayar yaşlı qadın. Dənizi məhəbbət,asimanı sevgi bildi.Və bu sevgi ona dünyanı bəxş etdi. Bu zaman keçidində,həyatında izlər qoyan dost-tanışı,ömür-gününü adadığı övladlarını, həyat yoldaşını xatırladı. O illər həzin bir nəğmə kimi qulağında səslənər. Onun arzuları xəyallara qanad olmuşdur..Xatirələr nə qədər uzaq görünsədə,  daima insanla bir addımlayar. Kölgə kimi izlər.Yaşlansaqda,onlar hər zaman cavan qalar.Bəlkədə bizlərə ümid olan məhz budur. Xoşbəxtlik,hüzur,sevgi dolu ömür istərik. Hər arzuda ,hər diləkdə…Dünən,bugün,sabah keçəcəyi küçələrdə ondan bir iz saxlar. Daşların üzərinə həkk edirmiş kimi.Yenə pəncərə önündə əyləşib şəhərin sükütuna qərq edər özünü. Ətrafa baxarkən, gecənin qaranlığında bir tək onun pəncərəsində işıq yanar. Sanki, keçmişə səyahət  zamanı yollarına tutduğu çırağın işığıdır.    

Günel Ağayeva


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+14=
Hesaba giriş
Müəllif

Günel Ağayeva
Haqqında
Yazar...Mercekhabergazetesinde köşe yazarı...Blogger
Əlaqə
E-mail:
agayevag979@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.032 saniye