XATIRLAMASAN DA UNUTMA YETƏR
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 16:00 11 avqust 2016 tarixində əlavə olunmuşdur

Bir daha geriyə qayıtmaq çətin.

Köləsi olmuşam bəxtin-qismətin.

Üzü dönübdürsə bu məhəbbətin,

Xatırlamasan da unutma, yetər!

 

Həyat əzəl gündən qəlbimi sıxdı,

Deyimmi vəfasız qarşıma çıxdı?

Gözlərim elə hey ardınca baxdı,

Xatırlamasan da unutma, yetər!

 

Ömürdən bir gün də kecdi beləcə,

Gəzdim hər tərəfdə səni gizliçə.

Yol həminki yoldur, küçə o küçə,

Xatırlamasan da unutma, yetər!

 

Sorağın gəlmədi... sükutu seçdin,

And-aman etdiyin əhdindən keçdin,

Axırda birinin qəlbinə köçdün,

Xatırlamasan da unutma, yetər!

 

Getdin...gözlərimə çökdü duman-çən,

Mayası yoxdursa göyərərmi dən?

Seymurun adını eşitsən hərdən,

Xatırlamasan da unutma, yetər!

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV@


... dəfə oxunub
Qiymət: 10/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
9+30=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0258 saniye