Xeber informasiya olaraq
Ali tərəfindən "Digər yazılar" bolməsinə 03:03 28 may 2012 tarixində əlavə olunmuşdur

 

Qloballaşan dünyada insanların əsas tələbatlarından biri mən deyərdim birincisi informasiyadır.Hətta mövcud olan ən qorxulu silahları da üstələyə bilər,vaxtında və yerində verilən informasiya Müasir dünyada informasiyadan psixoloji silah kimi istifadə  olunur.Bütün dünyada qəbul edilən və kütlə tərəfindən acgözlüklə “həzm” olunan informasiya sensasiya yaradan məlumatdır. KİV-lerde baş xəbərləri sensasiya kriminal partlayişlar təşkil edir. Bütün sadaladıqlarım yaşından asılı olmayaraq onu eşidən ve seyr edən şəxsdə aqressivlik yaradır.Hələ şəxsi həyatlarından yazılan və göstərilən gərəksiz,lüzumsuz,heç bir əxlaq çərçivəsinə uyğun gəlməyən xəbərləri də bura əlavə etsək müasirliyimiz tam gözümüzə gəlir. Ərazisinin 20%-i işğal altında olan,20 Yanvar,Xocali,Qaradağli dağları olan bizləri şou yox başqa şeylər maraqlandırır. Ölkə başçısının hər kəlməsini,işini, fəaliyyətini izləməli,ona dəstək olmalı,vətənpərvərliyi,milliliyi təbliğ etməli,dövlətə və dövlətçiliyə dəstək,sosial sahədəki,gündəlik həyatdaki müəyyən nöqsanları şişirtmədə ,olduğu kimi göstərməli,bu nöqsanların aradan qaldırılması haqda müzakirə açmalıyıq. Əgər jurnalistin qələm və dövəltçiliyin möhkəmlənməsinə,sözün əsl mənasında iri hərflərlə yazılmış” Azərbaycanlığa” xidmət etmirsə belə jurnalistikanı mən qəbul etmirəm. Unutmayaq ki,Zərdabi,Mirzə Cəlil,Üzeyir bəy ənənələri jurnalistikamızın mayaklarıdır.

... dəfə oxunub
Qiymət: 3/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
1+22=
Hesaba giriş
Müəllif

Ali
Əlaqə
E-mail:
ali.tagiyev.1994@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0397 saniye