Xəbəri yoxdu
Mübariz Əhmədov tərəfindən "Şeir" bolməsinə 14:58 28 may 2014 tarixində əlavə olunmuşdur

Ömrü qırx gün çəkir fitnə-kələyin,
Çünki, fələyindən xəbəri yoxdu.
İş bərkə düşəndə Tanrım – deyənin,
Amma, bir ayədən xəbəri yoxdu.

Dəyirman daşıdır bu dünya özü,
Hərlədir durmadan əyrini-düzü,
Üyüdür nadanlar ağ yalan sözü,
Amma, “kəpəyindən” xəbəri yoxdu.

Dindirmə köksüzsə kamanı, tarı,
Bal verməz heç zaman pətəksiz arı,
Çox gördük tökənlər “toyuğa” darı,
Amma, “ələyindən” xəbəri yoxdu.

Bəzən, səhv salırıq sapla ərişi,
Ulaqla dəvəni, qoçla çəpişi,
O qədər sayan var özünü kişi,
Amma, örpəyindən xəbəri yoxdu.

Mübariz, bu dünya sanki boşalıb,
Yaxşılar gedibdi yeri boş qalıb,
Sinənə bir namərd oxu tuşlanıb,
Amma, ürəyindən xəbəri yoxdu.


... dəfə oxunub
Qiymət: 9/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
10+29=
Hesaba giriş
Müəllif

Mübariz Əhmədov
Əlaqə
E-mail:
ulvi.ahmedov@mail.ru
Sosial şəbəkə:
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0224 saniye