Xədicə
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 15:04 27 noyabr 2015 tarixində əlavə olunmuşdur

Tanrım gözəl yaradıb,

Güldən, çiçəkdən incə.

Gövhəri - ləl yaradıb,

Şəkər, baldı Xədicə.

 

Özü boyda dünyadı,

Sevinc qatır sevincə.

Nağıldı, bir röyadı,

Şəkər, baldı Xədicə.

 

Həzin - həzin can deyir,

Can deməyim mən necə?

Naz edir, özün öyür,

Şəkər, baldı Xədicə.

 

İşıq saçsın ömrünə

Gündüz Günəş, Ay gecə.

Tanrım, şükür əmrinə,

Şəkər, baldı Xədicə.


... dəfə oxunub
Qiymət: 10/10(915 səs)
[qiymət ver ]
Şərh yaz
1+9=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0231 saniye