Xəmir qurtarhaqurtarda sacı qızar kasıbların
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 19:30 26 yanvar 2016 tarixində əlavə olunmuşdur

Xəmir qurtarhaqurtarda sacı qızar kasıbların.
Pulu varsa, yada düşər dükan-bazar kasıbların.
***
Bu dünyanın zülümündən,əzabından xilas olmaz,
Soyuq otaq,soyuq yataq,sanki məzar kasıbların.
***
Çarə tapmaz biçarəyə xəstələnə,həkimlər də,
Sitəm çəkər,alar canın azar-bezar kasıbların.
***
Oruc tutar,namaz qılar,ömür keçər ibadətlə,
Mükafatı uca Haqdan olar Gülzar kasıbların.
***
Qaça bilməz aşiq,Mövlud, qismətinə düşən paydan,
Taleyinə fələklər tərs yazı yazar kasıbların.

20.05.2014.Zərdabi.Mövlud Ağamməd.

 

 


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
2+19=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0279 saniye