Xərcləmək
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 11:23 01 avqust 2018 tarixində əlavə olunmuşdur

Xərcləmək. 
Həyatda xərcləyə biləcəyimiz neçə şey var? Yaşadığımız müddət boyu biz həyatımızdan nələri xərcləyirik? Kimləri silib, nələri qazanırıq. Ya da ki, kimi qazanıb nələri itiririk? Xərcləmək bizim üçün nə deməkdir? Neçə növü var xərcləməyin? 
1. Pullar: Xərcin bilinən əsas növü pulları xərcləməkdir. Pulları xərclədiyin zaman içində bir rahatlıq yaranar. Xoşbəxt olduğunu hiss edərsən. Ya da ki, sadəcə belə olduğunu düşünərsən. Ancaq bu hər zaman belə davam etməz. Hər xərclədiyin pul səni bir az da azğınlaşdırar. 
Xoşbəxt olduğuna inandıran bağlılıq, səni daha da pula bağlı saxlayar, ona doğru daha da harınlaşdırar. 
Nə etməliyik? Bizim pulu deyil də, pulun bizi xərcləməyinə icazə verməliyikmi? Qazanmağı öyrənməliyik.

ZAMAN.
Ağıllı insanlar üçün ən dəyərli şey zamandır. Elə buna görə də boş zamanlarının hamısını kinoya, gəzməyə, əyləncəyə və ya istirahətə xərcləmirlər. 
Buna görə də ağıllı insanlar zamana yatırım edib yeni şeylər öyrənməyə çalışır, öz bacarıqlarını inkişaf etdirir. Özlərinin dəyərini artıracaq yeni bilgiləri mənimsəyirlər.
Biz buna zamanı xərcləmək yox, zamana yatırım etmək deyirik. Çünki, bu bilgilər bir düyməni basmaqla əldə olunmur. Bu iş üçün bəzən aylarını, bəzən illərini həsr edirlər. Amma bir an olsun inamlarından əl çəkmirlər. Onları yaşadan şey, aldıqları havadan çox, inandıqları və mübarizə apardıqları məqsədləridir. Asan yollarla əldə olunmayacağını bilirlər. Elə buna görədir ki, üzərlərinə götürdüyü işlər qədər böyüməyə başlayırlar. Və heç bir zaman işin məsuliyyətini və yükünü artırmaqdan boyun qaçırmırlar. İsti yataqlarından rahat yuxuya gedə bilmirlər. Nə vaxtsa qazanmaq üçün öz enerjilərini xərcləyirlər.

 

3. Öz Enerjini Xərcləmək: Ağıllı insanla enerjilərini düzgün olmayan yerlərə xərcləmirlər. Məsəlçün sevgilisiylə yaşadığı depressiyalı anlara, əlaqəsi olmayan işlərə və az maaşa. Ən pisi isə odur ki, nə qədər çox qaçdığınızı düşünsəniz də, qaçdığınıza uyğun pul almayacaqsınız. Bir yerlərdə durub rahatlamaq, dərindən nəfəs alıb düşünmək lazımdır. Enerji dediyim sizin gücünüz və iradənizdir. Nə qədər çox çalışsanız da nə üçün mübarizə aparacağınızı bilməlisiniz. Bilməlisiniz ki, gücünüzü kənar yerlərə xərcləməyəsiniz. Yoxsa bu birbaşa sağlamlığa da təsir edər.
4. SAĞLAMLIQ: Xərcləyə biləcəyiniz başqa bir şey isə Sağlamlığınızdır. Siqaret çəkərkən, içki içərkən və səhərdən axşama kimi ora-bura qaçarkən öz sağlamlığınızı xərcləmiş olursunuz. Özümüzün dəyərini bilməliyik. Bilməliyik ki, başqalarının gözündə dəyərsizləşməyək.
Əgər xərclədiyimiz bu 4 şeyə(Pula, Zamana, Enerjiyə, Sağlamlığa) diqqət yetirsək qazanacağımız şeylərin sayını artıra bilərik. Qazanc deyərkən yalnızca pul nəzərdə tutulmur. Uğurlarınızı nəzərə alın. Çünki uğurlarımız artdıqca əhatə dairəmiz də artır, əhatəmizdəki insanlar genişlənir və ən önəmlisi pulumuzu daha rahat xərcləyə bilirik.
Vaxtınızı, Enerjinizi, Sağlamlığınızı və Pulunuzu düzgün xərcləmək diləyi ilə. 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+31=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0317 saniye