Xəsislər kitabı
Peykər İbrahimova tərəfindən "" bolməsinə 15:48 09 avqust 2014 tarixində əlavə olunmuşdur

   Ərəb ədəbiyyatının ən görkəmkli nümayəndələrindən biri də Əl- Cahizdir (776-869). Onun tam adı Əbu Osman Əmr Bin Bəhr Əl-Kinani Əl Bəsridir.Cahiz özünün kəskin zəkasına ,hərtərəfli biliyinə görə Abbasi sarayına qəbul edilmişdir.Onun əsərləri fəlsəfə,dinlər tarixi,müxtəlif mədəniyyətlər,ticarət və başqa sahələri əhatə edir.

   Cahizin ömrünün sonlarına yaxın bədənin bir hissəsi iflic olmuşdur.Onun ölümü ilə bağlı bəzi mənbələrin məlumatına görə,Cahiz şəxsi kitabxanasında rəfin üstünə aşmasının nəticəsində kitab qalağının altında qalaraq ölmüşdür.

Cahizin “Xəsislər kitabı” dünya ədəbiyyatında xəsislik haqqında yazılmış ,fəlsəfi məzmuna malik ilk tam kitab hesab olunur.
Aşağıda əsərdən müəyyən hissələrin tərcüməsi verilmişdir.
Tərcümə edən : P.İbrahimova


Mərvli və qonağı
Dostlarım danışdı : Mərvli əgər qonağı gələr və ya bir iş üçün gələn biri getmirdisə,ondan soruşardı :“Bu gün yemək yedin ?” Əgər həmin şəxs “Hə” desəydi,”yeməsəydin sənə ləzzətli yemək gətirərdim” deyərdi. Qonaq “Yox ” desəydi, onda “Əgər yemək yemiş olsaydın ,sənə beş stəkan su gətirərdim(su o vaxtlar qonağa təqdim ediləsi  qiymətli bir şey hesab olunurdu)” deyərdi.

Sərxoşluq pisliyin başlıca səbəbidir
Bir gecə Zübeydə (həm qadın,həm də kişi adıdır) sərxoş olur və köynəyini çıxarıb dostuna geyindirir.Dostu Zübeydə sərxoş olduğuna görə köynəyini ona hədiyyə etdiyini bildiyindən ,o özünə gəlmədən qaçaraq evinə gedir.Köynəyi kəsib arvadına jilet hazırlayır.Zübeydə səhər oyanıb köynəyini axtarmağa başlayanda “Köynəyini axşam filan şəxsə geyindirdin ” deyirlər.Tez dostunu çağırtdırır.”Sərxoşun hədiyyəsinin,sədəqəsinin,alış –verişinin və boşamağının əhəmiyyətsiz olduğunu bilmirsən ? Həm də mənim xoşum gəlmir insanların məni tənqid etməklərindən.Onu gətir ,mən də özüm sənə verim köynəyi.” ... Ancaq dostu ona “Mən də elə bundan narahat oldum və o köynəkdən arvadıma jilet tikdim.Ancaq hələ də istəyirsənsə, götür.” deyir. Zübeydə onda “Hə,götürürəm.Sənin arvadına yaraşdığı qədər ,mənimkinə də yaraşar.” Bu halda dostu “rəngləməyə aparımışam ” dedi.O da “Eybi yox,gətir” deyərək israr etdi.Dostu “hələ götürməmişəm ” deyə cavab verdi.Zübeydə nəhayət vəziyyəti başa düşüb ümidini kəsdi .”Nə yaxşı deyib bu sözü deyən : “Açarı sərxoşluq olan evə bütün pisliklər dolar və qıfıl vurular.”
Yaralılıarı öldür
Bir dostum danışırdı : Filan şəxsin evinə getmişdim.Gördüm ki,insanlar yeməyi yeyib əllərin yumağa qalxırlar və süfrə hələ yığışdırılmayıb.Tez oturdum.Elə əlimi yeməyə uzadırdım ki,ev sahibi mənə “Yaralıları öldür ,sağlamlara əl vurma ” dedi.Yəni,yeyilmiş toyuqdan ye.Sağlamları yemə.Eynilə,çörəklərdən də qoparılmış ,ət və sousa batmışları ye.”

“Mövsümün başında ilk yetişən təzə xurma və meyvədən çəkinin.Çünki nəfs yeni çıxan hər şeyə qarşı tələsgəndir və bütün yeniliklərə düşüncəsiz şəkildə atılar.Köhnədə dadlılıq və fərahlıq vardır,Yenidə isə nəşəli əda və aldanış.Əgər ilk anda rədd edə bilirsənsə ,səndən həmin an əl çəkər,ancaq rədd edə bilməzsən yapışıb qalacaq.Nəfs səbr etməyə qarşı könülsüzdür,sadiq qalmaqdan xoşu gəlmir.Ona nə yükləsən daşıyar,onu sərbsət qoysan pis yola istiqamətlənər.Bütün arzularını yerinə gətirməsən,onda bir qədər azaldar istəklərini.”
Həsən Bəsri deyib:” Ey Adəmoğlu! Mədənin üçdə birini yeməyə,üçdə birini suya,üçdə birini tənəffüs və təfəkkürə ayır ”
Qırtlağım dolanışıq mənbəyimdir.
Əylənməkdə olan bir qrup şəxs arasında dava düşür.Müğənni onları aralamağa çalışır.Müğənni qoca,zəif və xəsis bir adam idi. Həmin qarışıqlıqda bir adam müğənninin qırtlağından yapışır.Bu vaxt müğənni :“Dolanışıq mənbəyim !Dolanışıq mənbəyim!” deyə qışqırmağa başladı.Həmin adam da gülümsəyib onu buraxır.

“Su ucuz ,çörək baha olmasaydı,insanlar çörəyin arxasınca getməz və sudan da əl çəkməzdilər.Belə ki,insanlar bahalı olan ya da az yetişən və ya az olan yeməkləri gözlərində böyüdürlər.İnsanlar dar düşünclərinə görə,ancaq bahalı yeməkləri yemək istəyirlər,az tapılan şeylərin həsrətini çəkirlər.Bu ,camaatın bir yeməyə həddən artıq istəkli olmağı ya kimisə təqlid etmək üçündür,ya da o yeməyi gözündə yüksəltdiyi nisbətdədir”


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
7+17=
Hesaba giriş
Müəllif

Peykər İbrahimova
Haqqında
Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsində təhsil almışam. Yazıram,çünki,yazmaq-bütün dünyanı,problemləri arxada qoymaqdır.Yazıram çünki,hərf,söz və cümlələrdən ibarət bir dünya daha maraqlı görünür.
Əlaqə
E-mail:
peyker@ymail.com
Sosial şəbəkə:
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0252 saniye