Xəstə yazarın son düşüncələri
Nasirofff tərəfindən "Hekayə" bolməsinə 22:33 09 aprel 2014 tarixində əlavə olunmuşdur
"Hər kəsin baxmadığı gözlə baxmaq həyata" bu cümlələrlə başlayırdı xəstə yazarın son düşüncələri. Bu onun son düşüncələri idi, çünki əməliyyat stolunda gözünü əbədi olaraq yummuşdu."Beyin Xərcəngi"idi xəstəliyinin adı .Ondan son qalan içi kül ilə dolu külqabı,içki şüşələri və yazdığı son düşüncələri idi. Son yazdıqları,üstünə kül tökülmüş biraz da məsum göz yaşları ilə islanmış bir kağızda cəmlənirdi.Və yazılmışdı: Hər kəsin baxmadığı gözlə baxmaq həyata. Ən başdan başlamaq hər şeyə. Maraqsız insanlardan uzaqlaşdıqca musiqiyə daha yaxın olmaq. Aldığın nəfəslər kəsilənə qədər yazmaq. Cəmiyyəti düşünmədən özün üçün yaşamaq. İki üzlülüyün dəb olduğu dövrdə saf duyğuları qəlbinin dərinliklərində gizlətmək.Heyvani hisslərə boyun əyməmək çətin olsa belə.Əyləncə və puldan başqa məqsədi olmayan insanların sənə irad tutmasına dözmək çətindir.Mən ölülər kimi susqunam.Rahat buraxmır həyat qanunları məni.İnsanları qul kimi saxlamaq üçün yaranmış sistemdir bunların hamısı.Nə bilmək olar bəlkə də Bakı hansısa dünyanın cəhənnəmidir? Və mən bu cəhənnəmdə yanmağa məhkum olunmuş bir ruh bir ölü. İnsanlar bir dəfə dünyaya gəlir və bir dəfə ölür. Amma mən hər 5 ildən bir ölüb dirilirəm və mənimlə ölüb dirilənlər var.İnsanlar artıq bezib eyni filmi təkrar izləməkdən.Xəyallar belə qurmuram qırılar deyə.Tamamən daşlaşmış ürəyə sahib olan insanlarla eyni havanı udmaq belə ağırdır.Rejissor səhvidi deyib həyat adlı filmi yenidən çəkmək,əvvəlki kadrlara qayıtmaq.Lakin bəzi insanları montaj edib çıxartmaq bu filmdən.Əlləri qanlıdır bu şəhərin.Rahat baxmaq olmur bu pəncərələrdən həyata.İnsanlara görədir bəlkə.Yəni insanlarmı çirklidir,onlarmı pozur bu mənzərəni? Yoxsa bu ölkəni,dünyanı idarə edənlərdirmi ölüm səbəbimiz? Nə olsun gündən-günə müasirləşən şəhərimiz var.Yox mənə şəhər lazım deyil mənə Vətən lazımdır, mənə şərəf,vicdan,əsl qəhrəmanlar lazımdır.Gündən-günə ağrayan beynim, yoxsa döyüntüləri azalan ürəyimmidir həyatımın gözəlliyi?Əzrail də qonağ gəlmir bu tərəflərə.Zaman da yalnız sevdiklərimizi alır başqa işi yoxmuş kimi.Amma bunları yazdıqca sanki rahatlaşırsan.Bu şəhər heç sevmədi məni.Və bəziləriniz də şərik çıxdınız bu şəhərə, eyni fikirli iki insan kimi.Ruhumda silindi onlar, irinli yaralar qalıb sadəcə.Rejissor da bilsin ki, bu filmdə rol oynamıram.Sizin varlığınız həqiqət olsun lakin mənim varlığım 25-ci kadr. Beynimdə isə tək sual qalır: Ölümmü acıdır yoxsa həyat?

 

 

... dəfə oxunub
Qiymət: 8/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
9+21=
Hesaba giriş
Müəllif

Nasirofff
Haqqında

Əlaqə
E-mail:
end.10@inbox.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0246 saniye