Xəstə
Alçin Doqquz tərəfindən "Hekayə" bolməsinə 22:59 08 aprel 2014 tarixində əlavə olunmuşdur

Qəfil yuxudan oyandı. Nə baş verdiyini anlamağa çalışdı. Önündə yarımçıq pivə və siqaret külləri ətrafında pendir vardı. O cafedə idi. Neçə bakal içdiyini xatırlamağa çalışdı amma yadına düşmədi. Arxa fonda "Eagles- Hotel California " səslənirdi və saat artıq 8- ə dogru gedirdi. cafe bomboş idi yalnız yan masada 2 oğlan əyləşmişdi. Hesabı istəyib , yarımçıq pivənidə başına çəkdi.Küçəylə aşağı metro tərəfə düşürdü. Qulaqcıqları taxıb səsi ən yuxarı tona çatdırdı. Mənzilinə daxil oldu və soyuducudan 2 dənə baltika 9 çıxarıb stolun üstünə qoydu. Yatağına uzandı. Səhər budilnik səsi oyatdı. Elə də çətin olmadı oyanması və dünən stolun üstünə qoydugu butulkaları götürüb çantasına atdı. Cib kitabcasın və gitarasında götürüb evdən çıxdı. Saat 9 idi və universitetə yola düşmüşdü.Yenə eyni mənzərə idi. Hamı tələsirdi. Heç kim bir-birinin üzünə baxmır. Hamı soyuq.
Murad Azərbaycan Dillər universitetində təhsil alırdı. Bu il qazanmışdı universiteti və valideynlərini çox sevindirmişdi. Təbii ki bütün valideynlər sevinərdi. Ailəsi Lənkəranda qalırdı özü isə çox həvəsən gəlmişdi Bakıya. Universitet xəyalları tam fərqli idi ama unutmuşdu ki bura Azərbaycandı.
Hər abiturientin bir psixalogiyası olur ki , universitetə girsəm hər şey əla olacaq. sevgili tapacam , yaxşı oxuyacam , dostlarla əylənəcəm. Elə cə də onun valideynləri düşünür ki , övladım qırmızı diplomla bitirəcək , gözəl ailə quracaq , yaxşı iş , maşın , ev alacaq və mən də nəvələrimi sevəcəm. Amma reallıq deyilən bir şey var ki o bütün bu xəyalları məhv edir. Səhərlər metroda tapdalanmaq , universitetdə rüşvət və özbaşınalıq , eləcə də universiteti bitirəndən sonra iş tapmamaq problemləri yaranır. O bunları qəbul etmişdi artıq və 2 ay idiki dərs oxumur , hər gün içirdi.
Artıq universitetdə idi və yenə eyni şeyləri görürdü. Pilləkənlərdə özlərini nümayiş etdirən qızlar , vəhşi kimi gülürdü. Qıraqdan çox iyrənc görsənsədə , bu digər oglanlarin xoşuna gəlirdi , axı oglanlar o qızları altlarına salmaq istəyirdilər. Onlar üçün fərqi yox idi bu necə gülür ya gözləri necədi. Yaxşiki qulaqcıqlar var idi , eşitmirdi bunları. Bufetdən isti şokolad alıb dərsə girdi. Cografiya dərsi idi amma heç müəllimə qulaq asan yox idi. O da qulaqcıqla rap dinləyirdi. Əslində düz edirdilər çünki müəllim dərs yerinə gic-gic çərənləyirdi. Zəngdə digər dərslərə dözə bilməyəcəyin anlayıb tez universiteti tərk etdi. Yenə Bookcafelərin birinə gedirdi və Malakanda bir nəfər yaxınlaşıb ondan "20 qəpik " istədi. Bu artıq on mininci dəfə idi onun başına gəlirdi. Əynindəki şalvardan tutmuş corabina qədər özünün olmayan və əlində təsbeh tutub "çeçenka" saçlarını o tərəfə bu tərəfə atan oglanlar utanmadan , hamıdan 20 qəpik ala-ala günlərini keçirir , bu pulla qəlyan çəkməyə gedir , siqaret alır , qızlarla fırlanırdılar. Bu şəhər bezdirirdi artıq onu. Heçnəəy dözə bilmirdi. Ona görə o küçədə tez-tez yeriyir , tez çatmaga çalişirdi. O cafeyə gəldi və pivə sifariş edib , cib kitabini çixardi. artıq 3 cü bakal içmişdi. Birdən qrup yoldaşından zəng gəldi.

- Alo , Elşad dərsə girmədim cafedəyəm indi , müəllim qayıb zad yazır yazsın eybi yox
- Yox , Murad , başqa şey deyəcəm , indicə dekanın yanından gəlirəm , deyir ki qrupunuzdan 1 nəfər seçin kurs üçün Avropada 1 aylıq təhsil alacaq. Qızların valideynləri qoymur , oglanlarda getmir istəyirsən sən ?

Muradın gözləri parladı sanki , çünki ən böyük arzusu bu xarabadan getmək idi. Sevdiyi şəhəri olan Liverpool və ya Eyfell mənzərəsində Paris. fərqi yox idi təki azadlığa gedərdi. Sanki sığmırdı Azərbaycana. O bu xəbərə sevindi biraz. və Çox gözlətmədən "hə əlbəttə məni yaz " dedi.

- Yaxşı , Murad , onda sabah gəl ətraflı danışaq dekanla
- Yaxşı , Elşad , çox sagol

Yolda gedərkən Avropanı düşünür hər şeyin necə də gözəl olacagini planlaşdırırdı. Həyəcandan gecəni yata bilməmişdi. Səhər tezdən universitetdə idi və qrup yoldaşın gözləyirdi. Budu nəhayət o gəldi.

- Harda qalmısan Elşad , tez elə gedək
- Bu nə həyəcandı , Murad , gedirik , tələsmə

Dekanın otağına girdilər.

- Elvin müəllim , bizim qrupdan Murad gedəcək.
- Hə lap yaxşı gəlsin adını yazsın qol çəksin

Murad qol çəkəndən sonra dekan dedi :

- Hazırlaş 1 ci gün gedəcəksən , 1 aylıq kursdu. Eyni zamanda orda yaşayıb mədənyətlə də tanış olacaqsan. Bax haa üzümüzü qara eləmə.
- Eləmərəm əlbəttə

Dekandan zəhləsi gedirdi Muradın çünki o da öz xeyrin güdürdü burdan. Hər smestr axrı kəsilən uşaqlara baxıb gülürdü , sanki baxışları ilə pul gətirəcəksiz deyirdi. Hiyləgər gülümsünürdü. O bu uşaqların pulları ilə təzə maşın almışdı. Murad daha heçnə deməyib çıxdı. Sevincdən hara gedəcəyini bilmirdi. Ailəsi rayonda burda da heç kimi yox , üz tutdu dəniz kənarına qışqırmaq istəyirdi. " Anaa axır ki bacarıram buradan getməyi. " Anasını itirdikdən sonra söz vermişdi ki buralardan gedəcək. Axır ki bir fürsət yaranırdı.
Bazar günü axşamı idi. Bütün çamadanları hazır idi. Onsuzda 1 çamadanı vardı cəmi. Yata bilmirdi. Sabahı gözləyirdi. Hara gedəcəyini də bilmirdi. Düzü heç düşünmürdü də bu barədə. Çünki əsas odu qurtulur buralardan. heç qayıtmaq da istəmirdi. .
Səhər deyildiyi vaxtdan 2 saat əvvəlcədən hava limanında idi artıq. Səbirsizlənirdi. İlk dəfə idi təyyarəyə minəcəkdi. və dekan da gəldi.

- Hə Uşaqlar , Norveçə gedirsiz. Qütbə yaxın bir kənddi , şirin bir kənd orda qalacagsız.

Murad yenədə sevinird çünki Norveç dünyanın ən rahat yaşayış yerlərindən biri idi baxmayaraq ki kiçik bir kəndə gedirdilər yenə də bu sıxıcı Bakıdan daha rahat idi.

Təyyarədən enəndə dünyanın ən təmiz havasın ciyərlərinə çəkdi Murad. Hələ belə gözəllik görməmişdi ömründə. Dağlar arasında yerləşən və üstü qırmızı kərpicli 2 mərtəbəli evlərdən ibarət kənd idi. Dogurdan da dekanın dediyi kimi şirin bir kənd idi. Ömrünün axırına kimi burda qala bilərdi Murad. Onlar avtobuslara mindilər və mehmanxanaya çatdılar. Mehmanxana sahibi çıxdı və Norveç dilində afisantlara nəsə dedi. Sonra ingilis dilində bizimlə danışmağa çalışdı. Murad ingilis dilin elədə yaxşı bilmirdi ama onlarla gələn bir qız deməy olar əsl ingilislər kimi danşırdı. Onlar təzəcə danşrdılar ki birdən bizdən 1 oglan Azərbaycan dilində " ə bu kişi nə qədər danışır " dedi. Bu zaman Norveçli kişi duruxdu. Qəfildən qışqırdı.

- Azərbaycanlısız ? Pahoo həmyerlilərimi tapmışam ki , səhərdən niyə demirsiz bunu bə

Bayaq danışan oglan utandı və arxa tərəfə keçdi. Bizdə qışqırıqdan qorxduq biraz sonra kişinin azərbaycanlı olması bizi rahatlatdı. Sevindik hətta. Sonra bizi otaqlara yerləşdirməyimiz üçün afisantlara tapşırıq verib bizi 1 saat sonra konfrans zalında gözlədiyini dedi. Biz 4 nəfərlik otaqlarda qalırdıq. Mən öz otagima keçib üst çarpayilardan birini götürdüm. Sonra əşyaları yerbəyer edib aşagi düşdüm. Digər uşaqlar hələ yerləşir , otelin zövqün çıxarırdılar. Mən mərtəbələri gəzirdim lakin azmışdım geri necə dönəcəyimi bilmirdim. Böyük bir oyun zalına daxil oldum. Burda deməy olar hər şey var idi. Biraz oynamaq istədim ama birdən arxada kimsə oldugunu hiss etdim və tez əlimi oyun maşinlarindan çəkdim. Arxada qapqara saçları olan gözəl bir qız dayanmışdı. Nə deyəcəyimi bilmədim və "İ am sorry " deyib çılxmaq istədim. Lakin o "Azərbaycanlısan ? " sualını verəndə duruxdum. O mənim azərbaycanlı oldugumu hardan bilmişdi ? o özüdə azərbaycanlı idi ? bu suallar beynimdə firlandı və mən titrəyərək " hə azərbaycanliam , bəs sən ? " dedim. O da " hə azərbaycanlyam ama artıq 5 ildiki burda qalıram. , bura mənim atamındır. Sən o maşina jeton atdin ama işləmədi deyə təpik vurdun bax burdan bildim azərbaycanlı oldugunu , orda qırmızı düymə var onu bassan başlaacaqdi oyun buyur oyna ". Soyuq tər məni basmişdi. Çox utanmişdim. Heçnə demədən tez çixdim otaqdan. Yolda bir afisantdan geri necə qayidacagimi soruşub geri döndüm. Konfrans zalı dolmuşdu mən gəldiyimdə. Bir yer tapıb oturdum. Bayaq ki kişi çixib biraz danişdi sonra çoxumuzun anlamadigini görüb Azərbaycan dilindədə biraz danişdi.

- Əzizlərim , Bu yeri mən 7 il əvvəl tikdirmişəm. İndiyə qədər hər il çoxlu turist axini olur. Xüsusəndə indi ki kimi dekabr ayında. Burda sizə ingilis və norveç dilindən kurslar keçəcəyik , bununla yanaşı sizə kəndi gəzdirib , Norveç adət-ənənələrin nümayiş etdirəcəyik. Burda siz gecələr qütb pariltilarinda görə bilərsiz. İndi dincəlin axşam şam yeməyində görüşərik

Şama kimi dinlənmək istədim. Axşam 6 idi otaqda ki uşaqlar oyatdi məni. Əynimi dəyişib şam otagina endim. Bura düşəndə qəribə oldum biraz. Çünki hamı klassik geyimdə idi mənsə kapşonla idim. Bu geyimlər mənə rahat oldugu üçün belə geyinirəm həmişə. Ama indi qəribə oldum və biraz utandim. Keçib bir yerdə oturdum. Ən başda Norveçli kişi oturmuşdu yanında da oyun otagindaki gözəl qız. Yemək bitəndə həyətdə biraz gəzdim. Hovuz kənarinda oturmuşdum və həmin qızında biraz aralıda əyləşdiyin gördüm. Özümdən asili olmadan yanına getdim.

- Salam
- Salam
- Necəsən ?
- Sağol , yaxşı sən ?
- Mən də , sənin neçə yaşın var ?
- 17 bəs sənin ?
- 18 , adın nədi ?
- Esmeralda sənin ?
- Gözəl adın varmış , mənim Murad
- Lap yaxşı , şad oldum
- Buralar nə gözəl yerdi , sonsuzadək yaşamaq istərdim burda
- Hə elədir. Hələ birazda döz 2-3 saat sonra qütb pariltilari olacaq onda daha bir başqa olur
- hmm elədir. Atan savadlı adama oxşuyur adı nədi ?
- Vaqif , savadlıdır. Çox istəyirəm atamı.
- hiss olunur

Artıq 1 saatdan çox idi səssiz oturub ay işigi ilə dalgalanan hovuza baxırdıq və birdən gözüm qamaşdi. Yuxarıda rəngəbərəng parıltılar meydana gəldi. Ömrümdə ilk dəfə idi bu qədər gözəl bir şey görürdüm. Dəhşətə gəlmişdim. Qızsa mənim təəccübümə baxıb gülürdü.

- Çox xoşbəxt olmalisan bu cür ata , bu cür imkan , bu cür gözəl yer
- Hə elədi ama hər şeydə göründüyü kimi deyil
- Nə göründüyü kimi deyil ?
- Heçnə boş ver


Ara biraz sakitləşdi. Birdən qız öskürməy başladı və tənginəfəs oldu. Tez durub qaçdı ama yıxıldı. Qaçib ayaga qaldirdim yerə uzatdim özünə gəldi və yaxşı oldugun bildirdi. Su gətirməyi təklif etdim ama ehtiyac olmadigin bidlirdi.

- Soyuq dəyib ?
- Yox xəstəliyim var
- Nə xəstəliyi ?
- Xroniki obsturiktiv agciyər xəstəliyidi. Əsasən siqaret çəkənlərdə yaranir ama məndə də yaranib. Hər il 3 milyon adam bu xəstəlikdən dünyasini dəyişir. Nəfəs çatişmamazligina gətirir çox vaxt ona görə hər gün süni oksigen qəbul edirəm. Elə..
- Elə nə ?
- ELə bura gəlmə səbəbidə bu xəstəliydi. Həkimlər təmiz hava lazim oldugun dedilər atamda gətrib bu daglarda ən təmiz haada mənimçün otel düzəltdi və 5 ildi burda qaliriq. Yəqin ki dediylərimi çox anlamadin ama eybi yox

Əksinə Murad bunlari çox yaxşi anlamişdi. Hətta donub qalmişdi. Gözlərində damcilar yaranmişdi. Çünki o 10 il əvvəl anasını bu xəstəliydən itirmişdi. Və xəstəlyin adin eşidəndə duruxmuşdu elə.

- Noldu Murad ?
- Bilirsən... mən anamı bu xəstəlikdən itirmişəm
- Nə ? ciddisən ? çox pis oldum Murad bagişla məni
- Üzr istəmə bilmirdin. eybi yox. dur içəri gedək soyuqdu bura
- Yaxşı

Murad gecə yatmadı. Bütün gecəni siqaretlə hovuz kənarinda keçirdi. Ağlamışdı.
Səhər kurs bittikdən sonra biraz kəndi gəzmək üçün getdi. Saf insanlar kəndi idi bura. Nə parkda öpüşənlər var idi. Nə 20 qəpik istiyənlər. Atobuslarinda dava olmurdu. Heç bir kök xala gəlib yer davasi eləmirdi. Ya hansisa oglan sürücü ilə dalaşmirdi. Hamı mehriban idi. Küçədə bir-birinin üzünə gülür , salam verirdi. Murad çox sevinirdi. Bu əsl o istəyən yer idi. Kiçik bir cafeyə gəldi. Divarda köhnə Cdlərdən və rəsm əsərlərindən ibarət bir lövhə vardı. Diqqətlə baxıb içəri keçdi. Yenə təəccübləndi çünki Esmeralda da burda idi. Dostlari ilə oturmuşdu. Bunlar Norveçli dostlari idilər yəqinki. O keçib yandkai masada oturdu. İsti bir şokolad sifariş edib cib kitabin çixardı. rəsm çəkməyə başladı. Esmerlada dostlari ilə danışsada fikri Muradda idi. Tez-tez çönüb baxır ,nə etdiyinə fikir verirdi. Murad şəkli bitirib afisantı çagirdi , afisantla danişdi sonra afisant sevinib getdi. Murad hesabı ödüyüb çıxdı. Esmeralda onun ardınca çıxdı və lövhədəki şəkilə inanmadı. Bu onun şəkli idi. Çox gözəl çəkmişdi dogurdanda. Esmeralda tez çölə çıxdı. Muradın daga tərəf getdiyini gördü və arxasinca getdi.

- Ey , dayan
- buyur
- Şəkli sən çəkdin ?
- Hə
- Əla idi
- Təşəkkür
- Çoxdan var bu qabiliyyət səndə ?
- Hə uşaqliqdan maraqlaniram
- Əla mənim burda da şəklimi çəkə bilərsən?
- Əlbəttə ama burda çay varmış onu görmək istəyirəm bəlkə gedək orda çəkim ?
- Hə gedək

Çaya çatdılar və Murad köynəyinin qollarin yuxarı çəkib əllərini suya saldi sanki rahatlaşdi

- Nə gözəl yerdi
- Hə elədi
- Yaxşı otur burda arxa fonda çay düşsün çəkim şəkli
- Aha

1 saat yarımdan sonra Murad şəkli bitirdi. Esmeralda şəkli görəndə dəhşətə gəldi. Sanki şəkli boya ilə deyil də fotoaparatnan çəkmişdilər.

- Aaa Murad nə qəşəngdir bu
- Çox sagol
- Dəyməz , əl qabiliyyətin çox gözəldi

Murad təbəssüm etdi və geri qayitdilar.

Artıq 2 həftə keçmişdi və Murad ingilis dilin mənimsəyir kifayət qədər yol keçmişdi. Esmeralda ilə tam dostlaşmişdi. Bir-birlərinə çox dərin hisslər bəsləyirdilər ama bunu demək istəmirdilər. hər günlərin bir keçirir , çay sahilinə gedir , gecələr qütb pariltilarin izləyirdilər. Murad Esmeraldanin şəkillərindən ibarət albom da hazirlamişdi. 3 cü həftə idi və Murad hər zaman ki kimi kursdan sonra 1 ci mərtəbəyə endi. Vaqif dayı burda idi və uşaqları yigib xizək sürməyə gedəcəklərin dedilər. hamı hazırlaşib gəldi. Xizəkləri götrüb maşinlara mindilər və yola düşdülər. Dağın ətəyindən maşını atib xizəklə hərəkət etməli idilər. Bələdçi Vaqif müəllimə gec oldugun dedi lakin Vaqif artıq gəlmişik geri dönməyək dedi və daga çixdiq. Artıq yarıya çatmişdiq axşamsa düşürdü. Hava sakit idi ama burda hava çox tez dəyişir xüsusən də dağda. Birdən qəfil tufan başladi. Qar yagirdi güclü küləklə , Hamı təşvşə düşdü. Vaqif dayı sakitləşdirmək istəyirdi ama qızlar qışqırırdı. Bələdçi her cür geri qayitmaq olmayacagin dedi çünki bu çovgunda dagdan enmək təhlükəli idi. Çox üşüyürdüm dogurdan çox soyuq idi. Esmeraldanında balaca burnu donmuş qizarmişdi. Atasına sarılmışdı qorxaq halda. Bələdçi bir agara kimi yer tapdı hamımız içəri girdik. Vaqif dayı üzünü mənə çevirib dedi :

- Murad biz Həsən kişi ilə (bələdçi) çır-çırpı toplamağa gedirik , sən uşaqlara muğayət ol , Esmeralda da sənə əmanətdi.
- Yaxşı , Vaqif dayı. narahat olmayın

Artıq getməklərindən 3 saata yaxın keçmişdi ama qayitmamişdilar. Hamı çox qorxurdu. Onları sakitləşdirmək istəyrdim ama özümdə artıq qorxmaga başlamışdım. Esmeralda məni qucaqlayib ağlayirdi. Atasin istəyirdi mənsə naraht olmamasini tezliklə atasigilin dönəcəyini deyirdim. Saat artıq gecə 2 idi. Uşaqlarin çoxdu yatmişdi. Esmeralda , mən və digər oglanlar oyaq idik. Esmeraldaya söz vermişdim ki səhər açilan kimi atasin axtarmaga çixacam ama artıq ehtiyac qalmamişdi çünki Həsən kişi ilə Vaqif dayı qayıtdılar. Esmeralda atasın görən kimi qışqıraraq qucagina tullandı. Səsə digər uşaqlar oyandı. Həsən kişi dediki 100 metr uzagda bir ev ora gedək daha rahat olar sabah da tufan yatanda qayıdarıq. Meşə içində sınıq-sökük bir evin önünə gəldik. 3 mərtəbəli idi. Yəqin ki dagda ki çətinlik səbəbindən ev sahibləri burdan köçmüşdülər. İçəri girdik biraz isinməyə başlamişdiq artıq. Vaqif dayı hamını rahatladıb yatmagi məsləhət gördü. Mənsə yenə yata bilmirdim. Hamı yatmışdı. Esmeralda da. Balaca , şirin görsənirdi. sanki bu meşədə , bu tufanda qarşımda bir mələk yatıb. Bircə Həsən kişiylə mən oyaq idik. Biraz özündən danışdı Həsən kişi. O da Azərbaycanda qalirmiş. Oglu onu atdiqdan sonra Vaqifə rastlayib və yaninda işləyib , sonra Vaqif Norveçə gələndə onu da gətirib. Nurani bu qoca çox dünyagörüşlü biri idi. Xeyli söhbət etdik səhərə kimi.
Artıq səhər 7 idi. Vaqif dayı da oyanmışdı. Mən yuxuya getmişəmmiş. Oyananda Həsən kişi yox idi. Qoca nurani səhər durub gedib 2-3 dovşan ovlayib. Dərisin soyub bişiribdə hələ. Uşaqlar iyə oyandı və elə o evdə ləzzətli səhər yeməyi yedik. Haminin kefi kök idi. Bir-birimizlə zarafatlaşır kiçik oyunlar oynayirdiq. lakin tufan dinmirdi. Daha da pisləşirdi. Esmeralda isə ax.ama yaxin pisləşdi. Dərmani bitirdi. Atası necə bu qədər məsuliyyətsiz hərəkət edib dərman götürməmişdi deyə deyinirdi. Esmeralda isə gecə 1 ə dogru daha da pisləşdi. Sayıqlayıb dururdu. Bəzən nəfəsi gedirdi güclə geri qayıdırdı. Vaqif dayı aglayırdı. Nə edəcəyini bilmirdi. Mənsə artıq 2 ci dəfədi bu xəstəliyin kiminsə canını aldıgının şahidi olurdum. Həsən kişi bu evin köhnə Mak Keysilərin evi oldugun anladı və dediki buralarda bir kiçik sağlıq mərkəzidə olmalıdı orda bəlkə dərman tapdıq. Vaqif dayı bunu eşidəndə gedib axtarmaq istədi ama Esmeraldanın vəziyyətinin pisləşməsi buna mane oldu. Qızını atıb gedəı bilməzdi , bəlkə qayıdanda o artıq olmadı ? ona görə yanında olmalı idi. Həsən kişi isə əldən düşmüşdü. Mən biraz fikirləşib mən gedəərm dedim ama razi olmadilar. Esmeralda isə getdikcə pisləşirdi. Artıq huşunu itirmişdi. Yəqin ki sabaha sağ çıxmayacaqdı. Dözə bilmirdim bu vəziyyətə. gecə 3 olardı uşaqlar yatmışdı elə Həsən kişidə. Vaqf dayı isə Esmeraldanın başı üzərində ağlayırdı. Mən buna dözə bilmirdim. Bu iyrənc xəstəliyin 1 nəfəri daha əlimdən almasını istəmirdim. Gizli-gizli evdən çlxa bildim. Mən mütləq bu zibilə qalmiş dərmanı tapmalı idim. Esmeralda burda belə ölməyə layiq deyildi. O hamımızdan saf idi. Həsən kişi təxmini danişdigi istiqamətdə gedirdim. Küləksə üzümə-üzümə vururdu. Güclə gedirdim. Bəzən yixilrdim ama durub yenidən gedirdim. uzaqdan kiçik bir qaraltı gördüm. tez qaçdım ora , bir lpvhə vardı Norveç dilində nəsə yazılmışdı ama üstündə tibb işarəsi oldugundan anladım ki bura tibb ocagidi. Tez içəri girdim cibimdən jjqalka çixardib otagi işiqlandirdim. Dərmanları eşəliyirdim

- Hardadı axi bu zibilə qalmış dərman !
- Aspirin
- Dimidrol
- Yiox yox bu zibilə qalmişlar yox !
- Hə budu bu tapdım !

Çox sevincliydim Esmeraldanı xilas edəcəkdim. tez evədn çıxdım ama izlərimi qar örtmüşdü. Yolumu azmişdim meşədə diyəsən səhv istiqamətə gedirdim. artıq 2 saat idiki yolda idim ama geri dönüşü tapa bilmirdim. Əllərim artıq donmuşdu. Ayaqlarım tərpənmirdi. bir agacin dibinə çökdüm. qaşlarım buz baglamişdi.
Vaqif dayə 1 saat sonra yoxlugumu anlamişdi və məni axtarmaga çixmişdi. İcazə verə bilməzdi ki qızı üçün başqa bir atanın oglu ölsün. Ona görə qızını xəstə yataginda qoyub mənim dalimca gəlmişdi.
Vaqif dayı Muradı agac altinda gördü. Tez qucagina aldı. Murad düz evin 50 metrliyində idi sadəcə çovgundan görməmişdi evi. Onu evə gətirdi lakin Murad tərpənmirdi. Uşaqlarin gözləri dolmuşdu. Murad Esmeralda üçün donaraq ölmüşdü. Vaqif dayı hönkürtü ilə ağladı. Həsən kişi isə Muradın əlinin bərk yumuldugunu gördü və əlini açıb içində dərmanı gördü. Vaqif dayı daha da bərk hönkürdü. heç kəs göz yaşın saxlaya bilməmişdi. Lakin Murad yox idi artıq. Muradın ruhu indi Esmeraldaya vuruluacaq dərmanda idi. Dərman özüdə donmuşdu lakin işə yarayirdi. Esmeralda 10 saata özünə gəlmişdi. artıq 3 gün idilər ki orda idilər. Esmeralda ayılıb Muradı soruşdu atası gözlərini yerə dikmişdi. Esmeralda Muradın yox oldugunu anlamişdi və ağlayırdı. Onun həyatini qurtarmaq üçün biri öz canında keçmişdi.

Hər kəs artıq oteldə idi. Muradın cənazəsində bura gətirmişdilər. İndi bütün dünya bu hadisədən danişirdi. Təbii ki Azərbaycan kananlları Norveçi pisləyib günahlandırdı amma burda günah kimdə idi ?
Esmeralda həmin gün otaqdan çıxmadı. Ağlayırdı , ağladıqca vəziyyəti pisləşirdi. Muradın cənazəsizə artıq Azərbaycana göndərilmişdi. Odlar yurdu. Neft ölkəsi. Soyuq insanlar ölkəsində yaşayan insanlar arasinda isti bir meyid. isti bir ruh. azad bir ruh. Əgər ona seçim qoysaydlar ki ömrünün sonuna kimi Azərbaycanda yaşa ya da Norveçə gəl bunları yaşa o düşünmədən Norveçə gəlməyi seçərdi.
Esmeralda bu hadisədən 2 həftə sonra gecə saatlarında dünyasını dəyişmişdi. Muradın yanına getmişdi. Atası isə mehmanxananı daha da genişləndirib o cür xəstələrçün bir klinika açmişdi orda. İndi Agciyər xəstəsi Esmeralda və Azərbaycanın xəstə etdiiy bir gənc Murad ikisidə birlikdə idilər xoşbəxt idilər. Hal-hazırda bunu oxuyan insandan fərqli olaraq..

SON


... dəfə oxunub
Qiymət: 9/10(20 səs)
[qiymət ver ]
Şərh yaz
8+5=
Hesaba giriş
Müəllif

Alçin Doqquz
Haqqında
ADU tələbəsi. Graffiti , Rap , Hip-Hop.
Əlaqə
E-mail:
somalicek@box.az
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.029 saniye