Xəyali Arzularımız
Uraqan tərəfindən "Digər yazılar" bolməsinə 21:26 24 aprel 2014 tarixində əlavə olunmuşdur

Deyəsən yazmağa bircə fəlsəfə dəftəri qalıb. Hə bir də İngilis dili dəftəri... Amma onu hələ tutmamışam. Gərək fikirlərimi bölüşmək üçün bir dəftər tapıb öz qaydama uyğun orta vərəqlərinə öz qeydlərimi yazım. Fərq etməz, səliqəli ya təmiz, pinti və ya cırıq. Yetər ki, dəftər olsun, yetər ki, sevdiyimiz şeylər olsun. Belə bir deyim də var:

"Marifət bir şeyi istəmək deyil, onu əldə etdikdən sonra onun təkrar səndə olduğuna sevinə bilməkdir".

 Bəs biz bir şeyi nə qədər istəyib, istəmədiyimizi necə bilə bilərik?! İnsanlarını, arzularını və ya xəyallarını? Məncə bilə bilmərik. Ta ki, onu əldə edənə qədər.

  Bəzən bütün ömrümüzü bir amal üçün yaşayırıq. Sonra nə olur? Bura mənim istədiyim yer deyil, bu adam, bu şey, bu iş mənə görə deyil!!!

 Bizim harada və kim ilə xoşbəxt olacağımıza kim qərar verir? Küləklər Şəhərin küçələrinə düşüb soruşsaq, bu suala kimisi Qismət, kimisimTanrı, kimisi də öz əlimizdə olduğunu söyləyər.

  Məncə də öz əlimizdədir. Allah istədiyimiz yerə getməkdə bizə kömək edər. Sonumuzu isə qismət bəlli edər


... dəfə oxunub
Qiymət: 9/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
9+12=
Hesaba giriş
Müəllif

Uraqan
Haqqında
"Hərbidən Qeydlər" kitabınıın müəllifi.
Əlaqə
E-mail:
bakugan20@inbox.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0229 saniye