Xəyalın ilə...
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 18:06 08 yanvar 2015 tarixində əlavə olunmuşdur

Xəyalın ilə, gülüm, seyri-gülüstan oluram,

Gahi şadiman olub, gahi də nalan oluram.

 

Sevgimin şövqü mənim ruhumu tilsimə salıb,

Yusifi-eşqəm hər an mən əhli-zindan oluram.

 

Sanma azadə məni, varlığının sayəsiyəm,

Sən olan yerləri bir-bir gəzib mehman oluram.

 

"Təki sən bircə dəfə gəl məni yad eylə" - deyə,

Həmi ruh, həm də ki cismim ilə qurban oluram.

 

Bu da bir fəxri-fəxarətdi ki, Cinan, bunu bil,

Eşqi-dildar ilə mən dillərə dastan oluram.


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
2+27=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0248 saniye