Xəyallar
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 14:33 12 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Mən sənin adını dəfn eyləmişəm,
Qəlbimin qəm dolu bir guşəsində.
Tuş etdi Tanrımız, sonra ayırdı,
Nə vardı qaldı o qəm köşəsində 

bəs niyə çıxarıb sənin adını
Silmədim, silmədim mən ürəyimdən.
Mən dönük çıxmadım əhdi - peymana,
Sən özün çəkildin, sən ürəyimdən. 

Nə vaxt ki, səninlə qarşılaşıram,
Hər gözdə mən neçə sual görürəm.
Özümə gəlincə məlum olur ki,
Sən demə aşkarda xəyal görürəm. 

Məni xəyallardı çəkir sınağa,
Nə varsa yaxşı - pis yada salıram.
Bir dəfə çıxmışam oddan - alovdan,
Yenəmi özümü oda salıram? 

Minib köhlənini çapmasın daha,
Üzür ürəyimi, üzür xəyallar.
Dözməzdi bir kimsə bunca ağrıya,
Ümmandı səbr edir, dözür, xəyallar.


... dəfə oxunub
Qiymət: 9/10(1003 səs)
[qiymət ver ]
Şərh yaz
6+5=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0334 saniye