Xəyallarım
Ruslan Ələkbərli tərəfindən "Şeir" bolməsinə 13:19 02 fevral 2017 tarixində əlavə olunmuşdur

Sənə güldən ev tikələr,
Qapında sevinc əkələr,
Boşqabına eşq çəkələr,-
Qəlbin: "sağol, toxdu"-deyə.

Dik durasan dərd əyəndə,
Sınmayasan daş dəyəndə,
Kədərdən borc istəyəndə,
Dönüb sənə "yoxdu"- deyə.

Sevdiyinlə düşüb yola,
Gəz şəhəri, gir qol-qola,
Xoşbəxtliyi satan ola,
Yarın: "evdə çoxdu"-deyə.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+14=
Hesaba giriş
Müəllif

Ruslan Ələkbərli
Haqqında
Ələkbərov Ruslan Çərkəz oğlu.07.07.1994. AYB Mingəçevir bölməsində gənclər üzrə sədr müavini, Jurnalist, Dizayner,
Əlaqə
Tel.:
0558425352-0508945691
E-mail:
ruslanelekberli1994@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0223 saniye