Xəyallarla görüş
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 23:57 19 iyul 2015 tarixində əlavə olunmuşdur

Əllərim sevincin üzərini örtür
Qapını arxadan bağlıyıb 
Çölə qaçaraq, yağışlı havada 
Hər gecə xəyallarla görüşmək bəsdir.
Hisslərimdə tanrı nəfəsi gəzir
Ona görə ruhumu vermirəm heç bir qadına.
Bu gecədə ulduzları sayıram yuxusuzluqdan
Axı niyə mən hər dəfə yatağımda sağa və sola dönürəm.
Hardasan, niyə gözlərivi ağlımda qoymusan
Deyəsən səni yox, gözlərivi sevmişəm.
İyrənirəm intihar qoxusundan
Zəhləm gedir, bir qadın ruhuna görə tavandan asılmış kəndirdən.
Şeirlər ruhumun qidası olub
Görəsən mən nə qədər sevəcəm gecələri
Yəqin ki, sonsuzluğum qədər, sevəcəm ulduzları...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0547 saniye