Xəyanət
cəmilə tərəfindən "Esse" bolməsinə 14:40 08 aprel 2014 tarixində əlavə olunmuşdur

 Uçurumun kənarındaydı qadın.Dənizi seyr edirdi xəyalları da alıb yanına.Əsən meh saçlarını tumarlayırdı.Sanki buludlara bürünüb yatmışdı şirin yuxularda.Açmış qollarını təbiəti qucaqlayırdı.Zamanın elə bir yerində dayanmışdı ki, ömrünə izah edə bilmirdi.Masmavi səmadakı quşları seyr edirdi.Bəzən onlar kimi azad olmaq istəyirdi,bəzənsə saatlarca gözlərini yumub bu ahəngə qoşulurdu.Birdən ildırım hiss etdi uzaqda.O qədər bihuş olmuşdu ki, əhəmiyyət vermədi.Yağışı sevirdi.Daha əvvəl islanmışdı o yağışda.Bilirdi ki, gördüyü şirin bir röyadır. Oyanmq istəmirdi bu dəfə..Sonra getdikcə qara buludlar aldı göy üzünü .Yenə də heçnə anlamırdı.Sanki təbiət isyan edirdi birşeylərə.Artıq yağış bütün bədənini islatmışdı.Bu dəfəki oxşamırdı ruhunu .Anlaşılmaz bir boşluq hiss vardı.İçindəki narahatlıq artarkən artıq dayanmağa taqəti qalmamışdı.Qolları yorulmuşdu.Gözləri dalmışdı.Ruhu sıxılırdı.Birdən uçurumdan düşdü qadın.Gözlərini açdığında dənizin ən dərin yerinədəydi.Boğulurdu getdikcə.Ölməmişdi amma nəfəs də ala bilmirdi.Nə olurdu axı?!Üzməyi bacarsa da başa çıxa bilmirdi dalğalarla .Bədəni yoruğun idi və getdikcə daha dərinə batırdı qadın.Anladı ki, çıxış yolu yoxdur.Özünü buraxdı dənizin qoynuna.Bir qadın öldü.Dənizin adı isə “xəyanət” idi.Ruhunu təslim etdi sonsuzluğa.Gözlərini  açdı,darıxdı,ağladı..Söz tapa bilmirdi hisslərinə,yaşadıqlarına.Röyadakı kimi nəfəssiz qaldı,qışqırsa da səsini duyan olmadı.Duysa da anlamazdı axı heçkəs.Bir qadın öldü ruhən.Cismi bir müqəvva kimi.Xatirələr qarışdı keçmişə.və bir eşq daha o dənizdə bastıb getdi sonsuzluğa...


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
10+17=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0272 saniye