Xəyanətin mükafatı
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 11:41 01 avqust 2015 tarixində əlavə olunmuşdur

Xəyanətin mükafatı

Nadanlar həyat yollarına etdikləri xəyanətlərlə iz salarlar.Onlar üçün padşahların cinsiyyəti,irqi,dini,milli mənsubiyyəti heç önəmli deyil.Sahibinə sadiq köpək görüntüsünü çox ustalıqla yaradarlar.Cəsur,əqidəli,mübariz ruhlu qəhrəmanları aldadıb zalım ağalarının hüzuruna günahsız qurbanlar kimi aparar,onların edamını zövqlə izlər,bu şərəfsizliklərindən iftixar hissi keçirərlər.Xəyanətlərinin müqabilində padşahlarından aldıqları mükafat isə bir gecədə,bir fahişəyə verilən ənamın yarısı qədər etməz.Bəli,xəyanətin dəyəri hər zaman fahişəliyin alt qatında qərarlaşar.

Xəyanətin yolu uşaq bağçasından məzaradək uzanır.Zatı qırıq bir uşaq,bir boşqab artıq yemək üçün bağça yoldaşlarını tərbiyəçisinə sataraq xəyanət edir.Onun,bu əməli qarşısında tərbiyəçisindən aldığı mükafat bir qab yemək və “ay mənim ağıllı ponçikim”kimi iki cümlə şirin sözdür.Fəqət,bu ponçikin sonradan böyüyüb necə bir pozağana dönəcəyinin kimsə fərqində deyil.Məktəbdə diroktorun və sinif rəhbərinin “himayəsinə”sığınan xəyanətkar şağird də,alçaq xəyanətinin müqabilində “mükafat”sız qalmır.Urvatsız şəkildə aldığı 3 və ya,ən yaxşı halda 4 qiyməti gündəliyinə yazılarkən yoldaşlarına qarşı etdiyi xəyanətin zərrə qədər vicdan əzabını çəkmir.Bir də ki,olmayan bir şeyin necə əzabını çəkə bilər ki? Sonra Universitet,ardınca əmək fəaliyyəti,vəzifə istəyi,məqam hərisliyi get-gedə xəyanətlərin əhatəsini genişləndirir.Bir sözlə,balaca xəyanətkar böyüdükcə etdiyi xəyanətləri də,onunla birlikdə böyüməyə başlayır.Xəyanətə əvəz olaraq bağçada əldə edilən bir boşqab qaroxlu sup,zaman keçdikcə yerini bir zənbil ərzağa,daha sonra pul və vəzifə pillələrinə verir.

Xəyanət insanın həyatda aldığı ən ağır yaradır.Böyük zəfərlərlə düşməni dizə gətirən qəhraman bir sərkərdəni məhv etmək üçün bircə xəyanət yetərlidir.Adəm övladının bütün zamanlarda üzləşdiyi təbii bir prosesdir xəyanət.Dünənimizdən bu günümüzə,bu günümüzdən sabahımıza daima bizimlə birlikdə mövcuddur xəyanət.Hər addımımızda duyduğumuz,gördüyümüz həqiqətdir xəyanət.Çağdaş zamanda daha çox eşitdiyimiz sözdür xəyanət.Artıq xırda məişət problemlərinədək sirayət edən xəyanət bütün boyutlarda özünə geniş yer edib.Xəyanət kənardan həyatımıza daxil olan bir obyekt deyil.Bu,“birinin gülməsi üçün,digərinin mütləq ağlaması lazımdır” düşüncəsinə özünü təslim edən cahillərin qarşı tərəfə acımadan vurduğu zərbələrin acı nəticəsidir.Tamahı qarşısında sınanların acizliyidir xəyanət.Yal görəndə yaltaqlanan,qol görəndə qoltuqlananların möhürüdür xəyanət.Xəyanətkarı islah etmək,ona aman vermək,onu doğrulara tərəf yönəltmək qeyri mümkündür.Yolunu azmış bir qadına yeddi kasa su ilə qüsul verib yenidən doğru yola qaytarmaq olar,içki düşkünü olan birini sağlam həyata döndərmək də mümkündür, mümkün olmayan tək bir şey xəyanətkarın islah olunmamasıdır. Xəyanət xəyanətkar üçün yaşam tərzi,bir həyat mənbəyidir. Xəyanətkar adam şəxsiyyətini,hissiyatını itirmiş bir varlıqdır.Xain üçün gödən və bədən hər şeyin üstündə tutduğu bir “dəyər”dir. Onun bulanıq baxışlarına görə,önəmli olan xəyanətin müqabilində aldığı tula payıdır.Ən dəhşətli və gerçək olanı isə,bəzən xəyanətin düşmən tərəfdən deyil,daha çox dost zənn etdiklərimiz tərəfindən törədilməsidir.Allah dost zənn etdiyimiz xəyanətkarların xəyanətindən qorusun bizləri.Xəyanətdən uzaq,xeyirxahlığa yaxın olmaq diləyi ilə Rəbbimizə əmanət olaq!


... dəfə oxunub
Qiymət: 10/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
6+21=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0316 saniye