Xilaskar
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 12:04 02 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Sürücü maşını kənara sürüb saxlatdırdı. Ayna vasitəsilə arxada əyləşən qadına nəzər salıb səsini çıxartmağa başlayırdı ki, saçları ağarmağa başlayan qadın özü salonu tərk elədi.Hava tutqun idi.

Əllərini tünd bənövşəyi paltosunun ciblərində gizlədib addımlarını sürətləndirdi. Nəhayətində gəlib çatdı. Qəbirdaşı üzərindəki yazıya baxan kimi göz yaşları sel olub axmağa başladı. Bədəninin titrəyiş artımı qətiyyən vecinə deyildi.

Keçmiş həyatını yüz dəfə, min dəfə, milyon dəfə lənətləyirdi Firuzə. Anasının 10 yaşında əbədi itirməsi ilə silinməz kabusları başlandı. Məktəbə qadağa qoyuldu. Evdən buraxılmadı. Qapı, pəncərə kilidləndi. Əlaqə tamam kəsildi. Bütün günü ev işləri. Atası və 2 qardaşı dəfələrlərlə, yorulmaq bilmədən qızcığaza təcavüz etməyə başladılar. Hər gecə  ağzını, əllərini əski parçası ilə bağlanan Firuzənin səssizcə axan göz yaşları onlar əsəbiləşdirib daha da vəhşiləşdirirdi. Onlardan hamilə qalıb elə onların şillə-təpikləri ucbatından körpələrini itirirdi. Gecə əməliyyatları bitəndən sonra Firuzə ayaqlarını qarnına yığıb gücsüz qolları ilə özünü qucaqlayırdı. Ağlamırdı. Səhərə qədər gözünü bir nöqtəyə kilidləyib baxırdı.

Atası və özündən 7-9 yaş böyük qardaşları bir-birlərindən heç nəyi gizlətmədən öz işlərini görməklərində idilər. Səhər evdən çıxırdılar, bir də axşam qayıdırdılar. Ətrafda nələrin baş verdiyinə dair bir fikri yox idi Firuzənin.

5 illik kabusun ardınca daha da betəri gəldi.Satıldı. Və fahişəlik həyatına start verildi. Dəfələrlə damarlarını doğrayıb həyatına "əlvida" demək istədi. Hər dəfəsində "Mama Roza"sı tərəfindən qurtarıldı. Sahibi bundan qəzəblənib ona sahib olurdu. Kolleqaları onu qınayıb başına ağıl qoyurdular...

Getdikcə mükəmməlləşirdi. Şöhrəti yayıldıqca, müştərilər artdıqca, sahibi də qiymətini yüksəldirdi...

Ali təhsilini Avropada oxuyub bitirən Kamil onu məclislərin birində gördü. Eşitdiklərini unutdu. Çünki aşiq olmuşdu. Ziyalı ailənin oğlunun durumuna kinayəli gülümsəyən "Firuzənin sahibi"  sevimli fahişəsinin qiymətini artırdı. Razılıq əldə olundu.

Firuzə onu ilk gecədə kəşf etdi. İstəməsə də,o da Kamildən fərqsız deyildi artıq. Gözlər bir=birinə zillənərək hər şeyi bütün çılpaqlığı ilə ortaya tökürdü.

Kamilin davamlı olaraq küçə qadınının yanına getməsi ailəsinin qəzəbinə tuş gəldi. Amma ən çox digər müştərilərini əldən qaçırtmaq istəməyən sahibi onu aradan qaldırmaq planı həyata keçirtdi və günahı Firuzənin boynuna atdı...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+26=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0336 saniye