Xilaskarlar elə qurbanlardır...
Bəhram Həsənov tərəfindən "Digər yazılar" bolməsinə 03:19 30 aprel 2012 tarixində əlavə olunmuşdur

... onlar həmişə olublar... onlar haqqında əfsanələr, nağıllar, dastanlar qoşulub... indi isə romanlar yazılır, filmlər çəkilir...

kimdir onlar? onlar seçiliblər... amma nə üçün seçiliblər... öndə olmaq üçün yada ki, qurban getmək üçün... onları hiss etmirlər adətən və son anda onlar peyda olurlar... hər şeyi dəyişirlər... çox vaxt özləri ölürlər, amma xilas edirlər... haqlısız bu filmləri xatıratdı... məni qınamayın... mən də xilaskarları nağıllarda və filmlərdə görmüşdüm... və mənə elə gəlirdi ki, əsl xilaskarlar onlardır...

hamı xilas edib... nə vaxtsa... kimisə... nəyisə... bunu necə istəyirsiz adlandırın... şəfqət, mərhəmət, insanlıq, borc... amma siz bunu etmisiniz... amma siz xilaskarsınızmı? bəlkə də həmin anda idiniz... amma indi deyilsiniz... bəs kimlər əsl xilaskar olurlar...

onlar xilas edirlər... amma özlərini qurban verərək... özləri olmasa belə öz maraqlarını, öz prinsiplərini qurban verirlər... o zaman onalar xilaskar olurlar... xilaskarlar həm də qəhrəmanlardır... amma qəhrəmanlar həmişə xilasaskar olmurlar... xilaskarlar çox vaxt məğlublar olurlar... nəyisə qurban verərək nəyisə qazanırlar... qələbələri özləri üçün "prirr qələbəsi" olue çox vaxt... qalib olanlar isə həmişə nəyisə qaznırlar... adətən itirmədən...

kimlərsə qurban gedəcəklər, bir nəfər gəlir, özünü oda atır və xilas edir... və sonda məlum olur ki, qurban elə xilaskarın özü imiş... qalanlar sadəcə tamaşanın ikinci obrazlarıdır... bir tamaşa da bitir və daha bir xilaskar adını "afişa"ya yazır...

... bəlkə də indi yüzlərlə qalib xilaskarlar sıralamağa başlayacaqsan... diqqətlə bax... o mütlər nəyi isə böyük bir şeyi qurban verib... sənin üçün önəmsiz olsan belə onun üçün önəmli olanı... yox, belə bir şey yoxdursa... o özündən xilaskar düzəldib... axı o qalibdir... o mühakimə olunmur... hər şeyi o yazır... onunçün adının önünə bir kəlmə xilaskar yazmaqdan asan nə var ki?! (axtarsan onun gizlətdiyi bir xilsakar var)


... dəfə oxunub
Qiymət: 8/10(6 səs)
[qiymət ver ]
Şərh yaz
2+9=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0254 saniye