Xocalı
Guluza Mustafayeva tərəfindən "İnşa" bolməsinə 21:24 03 may 2015 tarixində əlavə olunmuşdur

Xocalı şəhəri  Ağdam ilə Xankəndinin arasında, dağlar qoynunda yerləşir. Xocalı adlı yaşayış məskəni haqqında məlumatlar lap qədimlərə gedib çıxır. Uzun illər ərzində Xocalı kənd, qəsəbə, şəhər olmaqla vəhşi ermənilərin havadarları ruslarla birlikdə dağıtdıqları günə qədər daim inkişaf etmiş, çiçəklənmişdir. Xocalı faciəsi gününə qədər Xocalı çoxlu gözəl və müasir yaşayış binaları, uşaq bağçaları, məktəbləri, xəstəxanaları, mədəniyyət evləri, hava limanı, müxtəlif obyektləri olan təbiətin ən gözəl guşələrindən biri olan Qarabağın incisi, dünyanın ən gözəl şəhərlərindən biri idi. O, qanlı gecədə vəhşi erməni quldurları rus əsgərlərinin köməkliyi ilə hər tərəfdən köməksiz qalmış Xocalıya hücuma keçdilər.Şəhər alışıb yamağa başladı.Xocalılar son ana qədər bacardıqları kimi müdafiə olundular.Ancaq azğın düşmən həm sayca çox, həm də yaxşı silahlanmışdı.Soyuq fevral gecəsində gözlərini qan örtmüş vəhşilər qabaqlarına çıxan qadını, uşağı, qocanı öldürür olmazın işgəncələrin verirdilər.Hər tərəfdən sıxışdırılan Xocalılar ətraf meşələrə, dağlara səpələndilər.Əvvəlcədən yolları, keçidləri bağlamış ermənilər burada da onlara aman vermədi.Qaçıb gizlənənlər isə soyuqdan donub öldülər. Bu gün də Çingiz Mustafayevin çəkdiyi kadrlarl baxanda, onun kamera arxasındakı hıçqırtılarını eşidəndə elə his edirsən ki, sanki bu qanlı hadisə, elə bu gecə baş verib. Bizim borcumuzdu ki, bu hadisəni həmişə dünən olmuş kimi yadda saxlayaq. Erməni kimi vəhşilərlə qonşu olduğumuzu heç vaxt unutmayaq!!! 


... dəfə oxunub
Qiymət: 10/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
5+31=
Hesaba giriş
Müəllif

Guluza Mustafayeva
Haqqında
Gülü xanım – Mustafayeva Gülüzə Zaur qızı 2004-cü ildə Dekabrın 11-də Bakı şəhərində anadan olub. Lap körpəlikdən yazıb-oxumaqla yanaşı musiqiyə, rəsm çəkməyə də böyük maraq göstərir. Hal-hazırda Bakı şəhər 20 nömrəli tam orta məktəb-liseyin 4-cü sinfində oxuyur. Gülü xanım dərs əlaçısı olmaqla bərabər ictimai işlərdə də xüsusi fəallıq göstərir. Demək olar ki, məktəbin bütün tədbirlərində iştirak edir və nəticə olaraq diplomlarla, fəxri fərmanlarla, xüsusi mükafatlarla mükafatlandırılır. Bütün bunlardan əlavə Gülü xanım haqqında 2012 – ci ildə Lalə Qəzənfərqızının tərtib etdiyi “ZƏKA” kitabının 4-cü cildinin 218 – ci səhifəsində geniş şəkilli məqalə verilmişdir. Gülü xanım “Oxumağa nə var ki...”, “ Duyğular”kitablarının və hələ çap olunmamış maraqlı, orijinal hekayələrin, onlarla rəsm əsərlərinin ( hansı ki, onlardan biri kitabın üz qabığı kimi istifadə olunmuşdur) müəllifidir. Gülü xanımın növbəti işi “Rənglərin dili” adlı rəsm albomu nəzərdə tutulub. Bu kitab üzərində tərtibat işləri gedir.
Əlaqə
E-mail:
guluze@bk.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.034 saniye