Xoşbəxt insanların etmədiyi 8 şey
Vəfa Teymurova tərəfindən "Digər yazılar" bolməsinə 17:16 25 iyun 2014 tarixində əlavə olunmuşdur

1) Keçmiş – Keçmişi dəyişdirmək mümkün deyil. Ona görə, səhvlərinizdən dərs çıxarın və keçmişdən yaxa qurtarın, irəliyə baxın;

2) Problemləri deyil, çarələrini düşünün – Qarşınıza hər hansısa bir işlə bağlı problem çıxarsa, həmin problemə ilişib qalmaq lazım deyil. Dərhal çıxış yolları haqda fikirləşməyə başlayın;

3) Başqalarının fikirləri – Ətrafınızdakı insanların fikirləri həmişə əhəmiyyətlidir. Lakin bu o demək deyil ki, siz onların dedikləri ilə oturub durmalısınız. Bu, sizin müstəqil qərarlar verməyinizə mane olacaq;

4) Səbr – Səbrli olmaq kiçik, ancaq daha sağlam addımlar atmağınıza kömək olacaq. Səbrsiz olub tez bir zamanda böyük işlər görə bilərsiniz. Ancaq təməl zəif olduğundan, uğurunuz tez “uçacaq”;

5) Şübhə əvəzinə, inam – Uğurlu insanlar şübhələrdən uzaq qaçırlar. Onlar hər bir işdə uğur qazanacaqlarına inanırlar. Ona görə, hər hansısa bir iş haqqında, “edə bilərəmmi?” yox, “bu iş mənlikdir, sadəcə bir az çalışmalıyam”, - deyin;

6) “Yox” deməyi bacarın – Ola bilsin, dost-tanış sizdən müxtəlif xahişlər etsin. Ancaq yadda saxlayın, siz hər işə çatdıra bilməzsiniz. Onun əvəzində, boş vaxtınızı özünüzə ayırıb işinizdə daha uğurlu yol əldə edə və nəticədə xoşbəxt ola bilərsiniz. Sizə lazım olmayan işlərə və şəxslərə mümkün qədər az vaxt ayırın;

7) Kiçik uğursuzluqlar – Hər insanın həyatında uğursuz məqamlar olur. Bunlar sizdə stres yarada bilər. Lakin ruhdan düşmək lazım deyil. Bunu normal hal kimi qəbul edin və işinizə qaldığınız yerdən davam edin;

8) Risk – Uğurlu insanlar riski sevən insanlardır. İdeyalarınızın uğursuzluqla nəticələnəcəyindən qorxmayın. Yadda saxlayın: “risk etməyən, şampan içmir”.

Vəfa Teymurova

 


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+25=
Hesaba giriş
Müəllif

Vəfa Teymurova
Haqqında
İnternetdən həyata dair əldə etdiyim maraqlı məlumatları sizlərlə bölüşəcəyəm.
Əlaqə
E-mail:
beetvrosso@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0534 saniye