Xoşbəxt olmadınsa, günahkar mənəm
Nurlana Fuad tərəfindən "Şeir" bolməsinə 15:47 08 aprel 2015 tarixində əlavə olunmuşdur

Soyuq pəncərəyə daldı gözlərim

Hər tərəf ağappaq bəyaz qar idi

Acı ayrılığı, şirin anları

Nədənsə durmadan andı ürəyim

 

İndi illər keçib həmən illərdən

Bir şirin xatirə qəlbimdə qalıb

Mən səni unutmadım hər qış axşamı

Gözlərim pəncərədə səni axtarır.

 

Birdə sazaq düşüb qış gələcəkdir

Qəlbim səni sənsiz yad edəcəkdir

Heç kimsə üşüyən, donan qəlbimi

Sənin tək isidə bilməyəcəkdir

 

Gözümün özündə iki dənəcik

Fırlanıb - dolanıb şirin rəqs edir

Sonra yerə enib əriyir, itir

Bizim illər öncəki rəqsimiz kimi.

 

Bu qarda o qara bənzəmir gülüm

O qarın şöləsi, işığı hanı?

Bəlkədə o qarı belə parladan

Sənin gözlərinin parıltısıymış.

 

Mən səni gizlətdim. Kimsə bilmədi

Hər il qışda doğan məhəbbətimdən

Hər kəs xəbərsizdi, səndə bilmədin

Qürub çağımdakı qış günəşimdən

 

Onu unutmağa gücüm yetmədi

Yetmişi ötürdüm, qocaldım artıq

Enlikürəyimdən, şux qamətimdən,

Gözəl surətimdən əsər yox daha.

 

Bilməm sevərsənmi məni yenədə?

Tanıya bilərdinmi görsəydin məni

Bu qoca aşıqın son günlərini

Onunla birlikdə keçirərdinmi?

 

Səndə qocalıq təkin amansız oldun

Arzuydun, muraddın bəs hara oldun?

Qəlbimdə sevgidən bir qala qurdun

Boş qaldı orada ürəyim kimi.

 

Baxıb budaqlardakı  lopa qarlara

Dalıram keçmişə, şən xəyallara

Səni düşünürəm gizlincə, xəlvər

Bitib - tükənməyən arzularımda

 

Qəlbim bircə anlıq olsada belə

Səni görmək üçün əsib- titrəyir

İndi nə edirsən, hardasan gülüm?

Bilsəydim yerini özüm gələrdim.

 

Hərdən buza dönür beynim, ürəyim

Bəlkə artıq yoxdur mənim mələyim,

Mənim səadətim, mənim istəyim

Bəlkədə qardandır yorğanın indi

 

Mənim şüurumdaki  "sən", qoca deyilsən

Düşünə bilmirəm o şux qaməti

Zaman mənimki tək əyə bilərmi?

O qara saçlara qar ələyərmi?

 

Qarşımda pəncərə,i slanmış şüşə

Gözlərim dikilib qarlı küçəyə

Əllərim cibimdə durub-lal dinməz

Sənli anlarımı düşünürəm mən

 

Bir anı gəlişdi sənin gəlişin

Qapımı döymüşdün bir qış axşamı

Soyuqdan əsirdi zərif vücudun

Uzun kirpiklərə qarlar qonmuşdu

 

Sən getdin, o yola baxıram gülüm

Bu yolda izlərin qalmışdı sənin

İndi o izləri axtarır gözüm

Hər il qış gələndə, qar ələnəndə

 

Sənin nəzərində mən kiməm görən?

Bəlkə bir qorxağam, sözün deməyən

Fərsiz, bacarıqsız deyiləm gülüm

Ancaq səni görəndə lal oluram mən

 

Gözüm yollarına ilişib qalıb

Bu yollar qəlbimi yandırıb - yaxır

Vaxtında susmayıb, dinə bilsəydim

Bu ömrü boş yerə bada verməzdim.

 

İllər köhlən atdı, çapdı nə çapdı

Məni sənsizliyə əbədi atdı

O gənclik qüvvətim indi olsaydı

Səni axtarardım, səni tapardım.

 

Artiq əlli ilim sənsiz ötüşdü

Ömrümün baharı qışa dönmüşdü

İndi mən nə edim, kimə söyləyim?

Bu nə ayrılıq idi, bu nə görüşdü

 

Yenədə beynimdə suallar qaçır

Deyirəm bəlkədə  səndə mənim tək

Məni soraqlayırsan, məni gəzirsən?

Bəlkədə unudubsan, düşünməyirsən?

 

Gözəlim gözlərin yadımda qalıb.

Şirin gülüşünə həsrətdi qəlbim

Qapımdan çıxarkən qoyduğun öpüş

Yanağımdan qopub, qəlbimdə qalıb.

 

Kaş bidə o illər geri dönəydi

O çılğın gəncliyim yenə gələydi

Tutardım o zərif ağ əllərindən

Qucardım o incə nazik belindən.

 

Dəlicə öprədim dodaqlarını,

Üzünü, gözünü, yanaqlarını

Sıxıb gizlədərdim sinəmdə səni

Duyardın qəlbimin atışlarını

 

Mən səni qısqanıram dəli rüzgara

Çılğın aşik kimi oynayır sənlə

Mənim daradığım o gur saçları

Dağıdıb, sovurur dəlicəsinə

 

Səni qısqanıram qara, yağışa

Axı kimdi onlar, nə ixtiyarla?

Qonurlar yarımın dodaqlarına,

Gözəl bənizinə, al yanağına

 

Mənə acıq verir dəli dalğalar

Gözümün önündə səni alırlar

Öpüb, yalayır köpüklü sular

Aşıqı olduğum şux bədənini.

 

Mən belə gənc idim. ürəyim mənim

Təkcə bir kəlməni deyə bilsəydim

Səninlə yaşlanıb, sənlə ölərdim

Sənə ürəyimi aça bilsəydim

 

Sən ayrı evdəsən, mən ayrı evdə

Yuvalar qurmuşuq fərqli yerlərdə

Bu gün qarşımızı kəsən sərhədlər

Nə vaxtsa yox idi, yox idi gülüm

 

Deyirəm əzizim bağışla məni

Əgər xoşbəxt olmadınsa günahkar mənəm

Sənlə həyatımı bölüşməliydim.

Sevgimi ruhuna qata bilmədim.

 

Hər qışın sonunda bir bahar gəlir

Qəlblərə sevgidən min ilham gəlir

Mənsə gözləyirəm böyük ümidlə

Bəlkə qışda deyil, yazda gələrsən?

 

Surətin gözlərimin bəbəyindədir

Kimə  baxıramsa səni görürəm

Varlığın həmişə ürəyimdədir

Hara gedirəmsə sənlə gedirəm

 

Bu ahıl çağımda körpə çağa tək

Yenidən gələrəm həyata gülüm

Əgər sən bir daha qapımı döysən

Boynuma sarılıb, üzümdən öpsən

 

Bu ömrün sazağı, qışı var gülüm

Soyuqdan üşüsən, mənə gələrsən

Qapımı döyərsən sakitcə- səssiz

Qapımı üzünə açaram gülüm

 

Səni ürəyimdə anacam, gülüm

Özümü günahkar sanacam gülüm

İllər keçmiş daha nə mənası var?

Dinməyib yenədə susacam gülüm.


... dəfə oxunub
Qiymət: 8/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+23=
Hesaba giriş
Müəllif

Nurlana Fuad
Haqqında
Oxumagi ve yazmagi cox sevirem! Minnetdaram yazar.in
Əlaqə
E-mail:
nurlana_manafova@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0468 saniye