XOŞBƏXTƏM
Xəyal Mahmudlu tərəfindən "Digər yazılar" bolməsinə 20:30 16 mart 2014 tarixində əlavə olunmuşdur

"Salam.Adım İnsandır.Doxsan bir təvəllüdəm.Bəlkə də dünyanın ən xoşbəxtlərindən biriyəm.Çünki ətrafımda Bülbül, Qaranquş, İt, Pişik, Vaşaq, Ayı, Aslan, Qarğa, Göyərçin, nəbilim nə qədər heyvan, quş yaşayır.Elə gözəldir ki, onların səsini eşitmək, ayaq tappıltılarını dinləmək, hələ ayı nəriltisini, bülbülün nəğməsini, ağacdələnin ağacda şedevrlər yaradarkən çıxartdığı tak-tak səslərinin ritmlərini duymaq...eh, heyranıyam həyatın.Bu qədər gözəlliklər mənim üçündür, mənim üçün.Hətta bəzən atama deyirəm apar məni buralardan, apar, bu gözəlliklərin sahibinin yanına, ona təşəkkür edəcəyəm, hm, deyəcəyəm ki, -“Salam gözəlliklər padşahı.İlk öncə sizə bu qədər gözəlliklər yaratdığınız üçün minnətdaram.İnanın, hər axşam, hər səhər, yoxe hər gün məni yaşadan sizin öz saf ruhunuzdan üflədiyiniz, sevgidən əskik etmədiyiniz həyatdır, təbiətdir...”, sonra, gedərdim o müqəddəsin, yox-yox, elə padşah yaxşıdı, nəysə onun yanına, deyərdim – “mənə bu gözəlliklərin sirrini aça bilərsiniz?”, yox, birdən o mənə “bunları heç kimə deyə bilmərəm” –dedi.Vay-vay, buna daya bilmərəm.Eh...Təəssüfki bunlar sadəcə mənim düşüncələrimdədir.Nəysə, hə, bu arada mənim üzümdən əskik olmayan təbəssümümün səbəbkarlarından biri də xoşbəxtlik təcəssümələri olan güllər, çiçəklərdir.Ah, onların insanı dinclik səltənətinə aparan ətirləri.Sözlə belə təsəvvür edə bilmərəm keçirdiyim hissləri.Anam tez-tez danışır güllərdən, yazıq qadını bezdirirəmdə.Canımdır o mənim.Onu son gördüyümdə qırmızı bir jiletdəydi, indiki kimi yadımdadır, çox gözəl idi, anam, makiyajsız gözəlimdir o mənim...Və onu on üç ildir ki, görə bilmirəm.Sözə qulaq asmazdım, ah, axmaq mən.”İnsan..” - deyirdi mənə, “Böyüyün sözünü dinlə”.Nəçarə.Axı uşaq idim, nə biləydim ki, qələmdən düzgün istifadə etməməyin axırı pis qurtarar.Koram indi.Ancaq, xoşbəxtəm.Hamıdan uzaq bir yerdəyəm, sizin olduğunuz Yerdə, sizin yerinizdə deyiləm."

"Bizlər xoşbəxt olduğumuz üçün gülümsəmirik, gülümsədiyimiz üçün xoşbəxt oluruq"
                                  -William James


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
10+21=
Hesaba giriş
Müəllif

Xəyal Mahmudlu
Haqqında
Tələbə, blogger, həvəskar yazar.
Əlaqə
E-mail:
xeyal.mahmudlu@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye