Xoşbəxtlik axtarışında...
Susqun tərəfindən "Hekayə" bolməsinə 19:44 02 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Xoşbəxtlik axtarışında...

Bölüm 1. 18 ilin bədbəxtliyi...

18 ildir ki "Xoşbəxt" olduğunu zənn edən bir axmağın ağıllanmaq istəməsi və ya 18 ildir yatan tənbəlin həyatının 19-cu ilində öz "Xoşbəxtliyini" axtarmağa başlaması... 

18 ildir özümə günlük tutmuşdum. 18-ci doğum günümdə açdım və arzularla dolu bu günlüyü oxudum. Sanki bir kölənin içəridə yazdığı bir məktublar silsiləsi. Ən faciəli isə budur ki bu gün yazılanı sabah oxunulmur. Sizə 18-ci doğum günümdəki özümə həsr etdiyim pritçanı təqdim edirəm...

"6 yaşımda Şaxta babaya məktub yazdım, amma gətirmədi ya da heç gəlmədi bəlkə də oxumadı. 8 yaşımda qızıl balıq tutdum. Eyni arzunu söylədim. Balıq ölməyi seçdiyini söylədi. 9 yaşımda bir cin çıxdı qarşıma. Mənə 3 arzu haqqım olduğumu dedi. Mənsə sadəcə 1 arzu dedim və cin yoxa çıxdı. 10 yaşımda tortumdakı şamları üfürərkən ürəyimdə yenə həmin arzunu tutdum, şamlar sönmədi. 12 yaşımda göydə axan bir ulduz gördüm. Yenə eyni arzunu tutdum, amma bir şey alınmadı. Sonra iki adaşın ortasında dayandım, olmadı. 4 yarpaq yonca əlimdə soldu. Son olaraqda 16 yaşımda Allahdan istədim hər namazımda səcdəyə gedərkən. . . Nəhayət bu gün, 18 yaşımda anladımki bu "xoşbəxtlik" deyilən arzuya dünyada çatmaq olmur, mövcud deyil belə bir şey, tarix boyu heç kəs görmüyüb, sadəcə ağızdan-ağıza gəlib. Qısası 18 ilimə hayıf"...

Bunu oxuyub qərara aldım ki "Xoşbəxtliyi" tapmağın vaxtıdır. Gündəliyimi, qələmimi, notbukumu, telefonumu və bir neçə qiymətli yadigar əşyaları götürüb axtarışa çıxdım...


Bölüm 2. Yer kürəsində axtarış...

Dostum, əgər oxumusansa yazılarımı bir dəfə də axtarış etmişdim. 18 ildə bütün "arzu yerinə yetirənlərdən" xahişlər etmişdim. Anladım ki heç biri kömək olmadı, olmur, olmayacaqda. Özüm varam. Xoşbəxtliyi tapmalıyam. Əsası ideologiyalara, fəlsəfəyə, texnologiyaya və psixologiyaya söykənən bir axtarış etdim. Daha dərində, daha yüksəklərdə. G-19 qalaktikasına belə getdim, Utopiyanı, Cənnəti, Alisin diyarını və nə qədər arzuolunan məkanlara rast gəldim. Dostum, inan bu insanoidlər nə istədiyini bilmir. Bu məkanlarda belə xoşbəxt ola bilməzlər, xoşbəxtliyi dərk etməzlər. Qələmi yerə qoyub, Susqundan Kənana dönüb başladım ən qeyri adi yerləri gəzməyə. Məntiq qüsurlu idi. Axtardığım yerlərdə və istədiyim varlıqlarda xoşbəxtlik yox idi. Məzarlığa getdim. 
Evtanaziya qurbanları, cihada qurban gedənlər, cənnət xülyasında dünyasını qurban edənləri gördüm. Müharibədə boş ideologiyalar üçün canlarından keçənlərdə vardı. Şizofrenlər, Oliqofrenlər də burda idi. Ruh əkizi üçün fəda olmuşları da görmədən getmək olmazdı. Üstündə yazı olmayan məzarlarda vardı. Yəqin ya boş ideyada simasını itirən biri ya da Epilepsikləridir ki İQ-sünün yuxarı olmasından əzab çəkib "dahi"-likdən ölmüşdülər. Azca dibə getdikdə kiminsə əsəbinin qurbanları olan cavan yaşıdlarımı da ziyarət etdim. Ömrü boyu xalqı aldadan "idarə edənlərdə" burda uzanmışdı. Heç biri xoşbəxt deyildi, dostum. Elə yatanlar var idi ki elə bil Letargiya idi sağlığında. Öyrəşmişdi...
Gəldim dəlixanaya... Düşündüm dünyanın bütün qayğısından azad olan kəslər xoşbəxtliyə çata bilərlər. Xoşbəxtliyə doğru atılan hər düşünülmüş addım səni daha da uzaqlaşdırır deyə. Ancaq bura da Almenda faciəsinin qurbanları, Amneziya xəstələri, gəncliyində yenə Şizofren olmuşlar, yenə Epilepsiklər, Parapsixolirika dinləyiciləri də var idi. Fikirlər anarxik idi və xaos yaranmışdı. Onlara baxan həkimlər, nəzarətçilər isə kapitalizm kölələrindən fərqlənmirdi, dostum... Sarışan xəstələrdə var idi. Əl və qolları bağlı idi. Bəlkə də onlar buraya gəlməzdən əvvəl dərk etmədən xoşbəxtliyi bitki və dərmanlar vasitəsi ilə ani olaraq yaşayırdılar ancaq onlar da xoşbəxt görünmürdülər... Dəlixananın növbəti otaqlarında Şizoidlər, Paranoyidlər və digər Psixopatiya xəstələri bir-birini əvəz edirdi...
Nə yorum səni, dostum, növbəti səfərim uşaq bağçası oldu. Axı uşaqlar heç nə görmüyüb, dəlilərdən fərqi yaşlarıdı. Onlar özlərini sevirdi, onlar xoşbəxt olmalı idi. Onları görməyə getdim. Deyir, gülür, əylənirdilər. Optimist təəssürat bağışlayırdı. Rəngarənglik isə optimizm ahəngini möhtəşəm sturuktiv şəkildə tamamlayırdı. Ancaq nəsə çatmırdı. Bu balacalar dünyaya xoşbəxt gəlməmişdi. Bu balacalar dinlərdən, siyasətdən, kapitalizmdən xəbərsiz idi. Qayğısız idi. Məhsuliyyəti dərk etməmiş xoşbəxt ola bilməzdilər. İllüzional olaraq xoşbəxt idilər. Lap əgər gerçəkdən xoşbəxt idilərsə belə bunu başqalarına etmək olmazdı. Axı insanlar qayıdıb uşaq ola bilməzdi. Absurd xoşbəxtlik olardı, ya da dövlət başçısı yeni dəlixanalar üçün sərəncamlar imzalayardı...
Dostum, yoruldunsa oxuma mən hələ axtarışdayam. Növbəti səfərim məsçidlərə, kilsələrə, sinoqoklara və təbiətlə ruhi əlaqədə olan ərazilər oldu. Axı onların inancı var idi. İnancı olduğu tanrıları da onlara lazım olan xoşbəxtliyi bəxş edirdi. Əlindəkinə şükür edən, olmayanın isə xəyalını qurmurdular. Minimaslit ruhanilər səncə xoşbəxtdirlərmi? Xeyr, dostum. Onlar oyuncaqdırlar. Sənin dinini təhqir və ya tənqid etmək istəmirəm. Ancaq dinlər sadəcə qorxudur, idarə edir və limitləyir. Başqa heç nə. Özünü kəşf və dərk edə bilmirsən...
Sonda, dostum, gəldim sakit bir yerə. Gecə idi. Demək olar ki heç kəs yox idi. Qələmimi əlimə aldım. Susquna gerdi döndüm...


Bölüm 3. "G-19"-da axtarış.

Qayıtdım kimsəsiz, səssiz və izdiham olmayan bir əraziyə və Susquna. Xatırlamıram ki Yer kürəsindəydi bu yer. bəlkə də paralel dünyada, ola bilsin yuxular aləmində, ya xəyallarda, ya yenə də G-19 qalaktikasındaydım. Bu qalaktika haqqda ən az bir kitab yazmaq olar. Burada hər kəs istəklərinə çatıb, xoşbəxtdir. İlk planeti "Cənnət" olan G-19 qalaktikasına həyatı boyu yaxşı həyat tərzi sürən yəhudilər, xristianlar və müsəlmanlar sirat körpüsündən keçərək bir-başa bura gəlirdi. Daima inancdan imtina edərək yaxşılıqlarından imtina etməyən ateistlər və gənc yaşlarından özünü kitablara həsr edən ziyalılar üçün "Utopiya" var idi. Axı bu insanlar bu planeti daha çox istəyirdilər. G-19 qalaktikasının üçüncü planeti uşaqlar üçün həsr edilmişdi. Bu planetin adı "Alisin möcüzələr diyarı" idi. Çünki hələ dünyada yaşayan uşaqlardan keçirilən səsverməyə görə əksər uşaqlar bura getməyi istəyir. Dünyadakı uşaqlar bu aləmi görməsədə, dünyada uşaqlığını yaşaya bilməyən "balaca məzarlarında" yatan bu mələklər heç bir körpüdən keçməyərək üçüncü planetə gəlir və dünyada yaşamadığı bir müddətlik xoşbəxtliyi, yəni uşaqlığını bu planetdə həmişəlik əldə edir. Düşün, dostum, əgər çimərliyə getmədən, təhsil almadan, dizləri qanamadan, sevmədən, bilmədən, dərk etmədən Yer kürəsində "ölən" bu körpələrin itmiş ədalətinin məhsuliyyətini hansı tanrı öz üzərinə götürəcəkdi? Bu balacalara nə hurilər, nə utopik xəyallar gərək deyil. Onlara elə uşaqlıqları lazımdır ki G-19 onlara bunu bəxş edir...
Dostum, axı nə çatmır bu qalaktikada? Elə 3 planet bəs edərmi xoşbəxt etməyə insanları? Əlbəttə çatmayan nəsə var. Mən və mənim kimi maksimalist insanları isə bu üçn planetdən heç biri xoşbəxt edə bilməz. Kənandan Susquna və geri dönərkən bir nəfərin səsin eşitdim. Bu insan mənə ard-arda 19 kitab adı söylədi. Onu da əlavə etdi ki bu kitablar mənim axtardığım xoşbəxtlik deyil, Özümə gəldiyimdə nə həmin səsin kimə mənsub olduğunu nə də kitabların adını xatırlamırdım. Sadəcə bir kitabın adı yadımda qaldı. "Kaballah". Bu kitab haqqda isə ilk dəfə eşidirdim. 
Kənana elə "Kaballah" deyə-deyə döndüm. Çünki digər 18 kitabın adını unutmuşdum. Bunu da unutmaq istəmirdim. Gəldim Elvin müəllimin yanına. Olanları danışdım, köməyə ehtiyacım olduğunu söylədim. Elvin mənə hər şeyə analitik yanaşmağı məsləhət gördü, ehtiyac olarsa xırda şeyləri belə qeyd etməyimi də söylədi. Sonda mənə 4 elmin adını çəkdi ki bu 4 elm xoşbəxtliyimə gedən yolda böyük köməklik edəcəkdi. 1) Psixologiya, 2) Fəlsəfə, 3) Texnologiya, 4) İdeologiya...
Dostum, bu elmlər mənə o 19 kitabın adını xatırlamağa kömək edəcəkdi. Sonra o 19 kitabı axtarıb tapacaqdım. Daha sonra o kitabları oxuyub "Xoşbəxtliyi" tapmağa cəhd etməliydim. Deməli hələ başşlanğıcın əvvəlindəydim....

Bölüm 4. 4 elm.

Gəldim evə. Əlimdəki ipucuları löhvəyə qeyd etdim. 19 və 4 kitab. 19 kitabı xatırlamadığımdan hələlik ixtisara saldım. Xatırlamaq üçünsə 3 mövcud yol var idi. 1) Yaddaş gücləndirici həblər. 2) Zaman maşını. 3) Həmin səsin kimə mənsub olduğunu tapmaq.
1) Əlbəttə elə bir dövrdə yaşayırıq ki bu cür həblər mövcuddur. Lakin nisbətən əlçatmaz idi mənim üçün. Nə Narkomaniya ilə əlaqəm var, nə onu alacaq madiyyatım. Deməli bu yol kömək etməzdi.
2) Zaman maşını haqqda internetdə xeyli araşdırma apardım. Əgər Eynşteyn və Tesla ilə eyni dövrdə yaşasaydım daha asan olardı, lakin bu yol hələlik əlçatmaz idi mənim üçün. Müvəqqəti olaraq bu yolun üstündən də xətt çəkdim.
3) Həmin səsin kimə aid olduğunu tapmaq üçün 19 illik keçmişimi, arxivimi və şüuraltımı qarış-qarış gəzmək lazım idi. Yox, zaman maşınını daha tez tapmaq olar...  
Anladım ki o kitabların adını xatırlamaq olmayacaq. Əlimdə sadəcə bir kitab adı vardı. İnternetdən xeyli araşdırdım və öyrəndim ki "Kaballah" sadəcə 33-cü dərəcə ali massonlara verilən kitabdır. Azərbaycanda isə massonlara aid fəaliyyət göstərən "Azərbaycan Milli Böyük Mason Lojası" (AMBML) - dir. Lojanın "sahibi" Robert Bağır Heyyətdir ki mənim onla əlaqəm belə yoxdur, olsa belə o kitabı böyük ehtimal mənə verməz. Bax bu an çökdüm. Bütün ipucular mənim axtarışımı iflasa uğratdı. "Xoşbəxtlik" sandığımdan da çətin yerdə imiş. Bildim ki asan başa gəlməyəcək. Keçdim Elvin müəllimin dediyi 4 elmə.
Xeyli vaxtımı alsa da bu 4 elm haqqda özümə yetəcək qədər xeyli öyrəndim. Çoxlarının bilmədiyi çoxlu biliklər. Fəlsəfə elmi çox qəliz elmdir. Əsası insan övladına həyatı dərk etməyə kömək edən bir elmdir. Lakin, bütün fəlsəfəni oxuyan bir filosofdan çox autist dahi ola bilər ki bunun da nə cəmiyyətə nə də mənim axtardığım "xoşbəxtliyə" köməyi yoxdur...
Psixologiyanı da oxudum. Sinir sistemlərin, İQ, hissiyat, psixi xəstəliklər və daha nələr öyrəndim... Bu elmdən öyrəndiyim ən əsas cümlə isə "Bütün insanlar xəstədir, bu elm hər bir insan tipini xəstə adlandıracaq qədər zəngin xəstəlik adına malikdir." Düşün ki, dostum, hələ sahibini gözləyən xəstəliklər də var ki, o xəstəliyə hələ heç kəs yoluxmayıb...
Texnologiya... Bu elm haqqda o qədər yazmaq olar lakin qurtarmaq mümkün olmaz. Nə mənim ömrüm yetməz, nə yazacaq mürəkkəb, nə yazılası kağız... Öz nəzəriyyəm olaraq deyim ki cəmiyyətdə bu elmlə məşğul olan "xakerlər" çox avantajlıdır. Psixoloqlar və Xakerlər insansı qısa müddət ərzində tanıya bilərlər. Psixoloqlar haqqda yəqin bilirsiz niyə. Xakerlər isə sizin şəxsi mesajlarınızı oxuyaraq necə biri olduğunuzu bilə bilər. Bu əldə etdiyim həqiqətlərdən ən adiləridir...
Sonuncu elm isə İdeologiyadır. Fikir elmi.Əvvəlki 3 elmdən və mövcud elmlərin ən qəlizi. Düşün ki, bütün elmlər insanların fikirləri nəticəsində yaranıb və insanlara fikirlərin formalaşmasında kömək edir. İdeologiya isə fikirin özüdür. Bu elmlə məşğul olan xüsusi insanlar yoxudr. "İdeyalist" insanlar var, ancaq bu Fəlsəfədəki "İdeyalist" və "Materiyalistlərdir"... Düşünə bilən hər bir insan bu elmlə məşğul olandır... Bu elmləri araşdırandan sonra anladım ki artıq "xoşbəxtliyi" yenidən axtara bilərəm...


Bölüm 5. Elvin müəllim haqqda.


Elvin (m) haqqda yazmasam olmazdı. Bu insan mənə tanıdığım 4 il ərzində çox böyük yaxşılıqlar etmişdi. Dostum, deyə bilərsən ki axı bu "xoşbəxtlik axtarışına" nə dəxli var Elvinin (m) ? Bax bu sualın cavabın irəlidə alacaqsan...
Elvin (m) mən tanıyanda Bakıda fəaliyyət göstərən kurslardan birində informatika və xüsusi proqramlar üzrə dərs deyirdi. Özünün proqramlaşdırma, ofis proqramları, dizayn proqramları sahəsində diplomları var idi. Bu insan indiyə qədər tanıdığım insanlar içərisində ən çox Texnoloji biliklərə sahib biri idi. FBi-da "Techno-Moon" və "Be a hacker" kimi kursları bitirmişdi. "Techno-Moon" virtual-kəşfiyyata aid hər şeydir. Harvard universitetini qurtarıb. 25 yaşı var hazırda. Azərbaycanda universitetlərdən birində 3-cü kursa qədər oxumuş, sonra öz istəyi ilə ərizəsini yazmış və universitet həyatına son qoymuşdur...
Elvin (m) lap uşaq yaşlarında ailəsini itirmişdi. Səbəbi mən də dəqiq bilməsəm də yəqin avtomobil qəzası olub. Uşaq yaşlarından qonşusu tərəfindən böyüdülən Elvin Bakıda məktəblərdən birindən dövlətin dəstəyi ilə lisey məktəbə keçirilir. Orada 15 yaşında Texnologiya ilə tanış olan Elvinin həyatı dəyişməyə başlayır. Lakin maddi çətinliklərlə böyüyən Elvin universitetə hazırlıq dövründə nə repititor yanına gedə bilir nə də xüsusi kurslardan birinə. Oxuduğu liseydən isə kənarlaşdırılır. Kənarlaşdırılma səbəbi isə müəllimdə səhv tutması və səhv olduğunu sübut etmək olur. Əvvəl oxuduğu məktəbin məzunu olan Elvin Azərbaycanda Universitetlərdən birinə 419 balla qəbul olur. 17 yaşında universitet həyatı başlayan Elvin proqramlaşdırma öyrənməyə başlayır. Qrupyoldaşlarından biri ona ad günündə notbuk hədiyyə edir. Daima bilikləri və həvəsi maddi sıxıntıya qurban gedən Elvin üçün çox dəyərli bir hədiyyə olur. Proqramlaşdırma sahəsində bir neçə diplom əldə etdikdən sonra universitetin ona heç nə öyrətməyəcəyini anlayır. 3-cü kursda öz ərizəsini təqdim edir və universitet həyatına son qoyur. Əlindəki diplomlarla kurslara gedir. 2 il müəllim işləyib, pul yığdıqdan sonra FBi-ın Moskvadakı kurslarına yazılır. Dİl bilikləri və texnoloji bilikləri Elvini Moskvadakı kurslardan 90%+ nəticəylə bitirməsinə gətirib çıxarır. Az sonra Anonymous-a "AzAnonymous"-u açmaq üçün lisenziya istədiyini bildirir. Nəhayət həmin bildirişi alsa da bunu etmir. Çünki qrup şəklində iş üçün ən azı 3-4 nəfər qrupda olmalıdır. Elvin Moskvadan dönən kimi özünü bədii Ədəbiyyata verir. 3 il ərzində Avesta, Zəbur, İncil, Talmud, Tövrat, Sutra, Quran kimi kitabları da oxuyub qurtarır. Ən böyük kitab isə Elvinin həyatında Kabballah olur. Texnologiyanın kitabı sayılan bu kitabı isə əldə etmək mümkünsüzdür. (Əvvəlki bölümlərdə bu haqqda qeyd etmişəm)... 
Elvin bu gün Kapitalizmə qarşı biridir. Yox acından ölmür. Həyatı boyu əldə etdiyi biliklər sahəsində aylıq gəliri 100 minə yaxın olan Elvin hər ay gəlirinin bir qismini Azərbaycanda və dünyadakı ehtiyacı olan kəslərə, uşaq evlərinə və qocalar evi kimi ehtiyaclı yerlərə bəxş edir. Zamanında qayğısını çəkən, Elvini böyüdən qonşularına isə işləməyə icazə vermir. Hər ay ehtiyaclarının 2 qatını göndərir. Elvin bunlarla birlikdə öz ata, ana və qardaşının məzarı qarşısında möhtəşəm gözəlliklər yaradıb və hər iki həftədən təmir və təmizlik üçün lazımi xərci şəkir. Əlavə olaraq Elvin (m) mənə və Azad adlı bir dosta bildiklərini bölüşür, əslində müəllimim olsa da əsl dostdan, böyük qardaşdan fərqlənmir... Bunlardan əlavə Elvin nadir hallarda əsəbləşər, demək olar ki söyüş söyməz, dinlərdən və mövcud bütün ideologiyalardan azad olmuş biridir. Elvin mənə "Xoşbəxtlik axtarışımda" kömək edən və böyük əziyyəti keçən şəxslərdən biridir....


Bölüm 6. "Məsləhətologiya".



Gəldim evə. Elvini də çağırdım. Analitik düşüncələrimin bütün nəticələrini yenidən analiz edə-edə lazımlı qismlərini löhvəyə yazaraq təhlil etdik. Elvin bunlardan sonra mənə bir neçə kitab adı deyəcəyini söylədi. Çantasından günlüyünü çıxarıb qeyd etməyimi istədi...
1. Oşo - Kişilərin kitabı
2. Alber Kamü - Yad
3. Alber Kamü- Çöküş
4. Herman Hesse - Yalquzaq
5. Marquez - Yüz İlin Tənhalığı 
6. Adolf Hitler - Mənim Mübarizəm
7. Chuck Palahniuk - Döyüş klubu
8. Karl Marx - Kapital 
9. John Parkin - The f*ck it ways
10. Alan Moore - Vendetta
11. Lorenzo Carcaterra - Susqunlar
12. John Green - İlk aşk (19 başarısız denemeden sonra)
13. "Tövrat"
14. "Talmud" 
15. "Kabbalah"
16. "İncil"
17. "Quran"
18. "Avesta"...

Elvin bu kitabların adını deyib getdi... Mən bu kitabları qeyd etdim və oxudum. Mənə niyə məsləhət gördüyünü oxuduqdan sonra anladım. Kitablar ya "19"-dan bəhs edir, ya Susqundan, ya da xoşbəxtlikdən... Bunlar adi kitablar deyildi, xüsusilə seçilmiş kitablar... Birdə onu qeyd etdi ki bu kitablar "axmaq" insanlar üçün yazılmayıb, son dərəcə məntiq üzərində qurulub...
Kitabları müəyyən bir vaxtdan sonra oxudum (dini kitabların bəzilərinin çıxarlışlarını)... Lakin mənə iki şey aydın olmadı Elvin 19 kitab deyəcəyini söyləsədə 18 kitab dedi, mən isə 17 sini əldə edə bildim, "Kabballah"ı yox...
Niyə 18 kitab söylədiyinin izahını belə verdi Elvin, burada ən güclü 18 kitabdır. 19-cunu sən özün tapacaqsan...
Mən bu kitabları oxuyub qurtarandan sonra özüm üçün dəyərli olaca biləcək 19 məsləhət qeyd etdim. Hər gün oxuyuram və hər gün əməl etməyə çalışdığım 19 qızıl məsləhət...

1. Öz işini başqasına tapşırma.
2. Heç vaxt heç kəsə inanma, bu məni yanılda bilər.
3. Heç vaxt bildiyini zənn etmə, bilmədiklərin daha çoxdur.
4. Susmaq qızıldanda önəmlidir, Bəzən ən gğzəl cavab, bəzən isə düşə bilcəyin bəladan xilas edər səni.
5. İnsanlara dəyər ver, lakin onlara bildirmə bunu. Dəyərin çoxluğu münasibətin korlanmasına gətirə bilər.
6. Pul önəmliliyin göstəricisidir, pul önəmlidir. Puldan önəmli insanlar və münasibətlər var. Puldan önəmsiz insanlar və münasibətlər var.
7. Sözə müəllifinə görə qiymət ver, ancaq o müəllifə də sözünə görə qiymət ver.
8. İnsanları qazandığın kimi itirməyi də bacar. Zamanla ehtiyac olur, bağlı qalma heç kəsə.
9. Heç kəs və heç nə səndən önəmli deyil!
10. Bütün ideologiyalar birləşdirmək üçün yaranıb, lakin parçalamaq üçün fəaliyyət göstərir.
11. Mübahisələrdən qaç.
12. İnsanlar fərqlidir, lakin dəyər veriləsi insanlara fərq qoyma.
13. Hər şey elm və Texnologiya sahəsində mümkündür. Sadəcə necə mümkün olduğunu sən, mən və ya o bilmir.
14. Eşitdiyin hər nağılı araşdır. Nağıl olmadığını bilmək üçün.
15. Çox insanın eyni şeyi bilməsi bu fikrin həqiqət olmasının sübutu deyil.
16. Özünü idarə edə bilmək üçün, hisslərini idarə et.
17. Köməyə ethiyacı olana kömək et, lakin bunu bil ki bu nə sənə "xoşbəxtliyi" nə də Cənnəti bəxş etməyəcək.
18. Kitablar və internet sənə ən doğma insanlardan daha çox öyrədir.
19. Nə mən, nə fikirlərim, nə də yazılarım ideal dyeil. Özün özü yolunu çək, həyatını yaşa, dostum...

"Xoşbəxtliyimə" daha da yaxınlaşmışdım...


Bölüm 7. Dərin texnologiya.


Araşdırmalarım, yazılarım, fikirləimin formalaşmasında böyük pay internet üzərinə düşür. Ancaq mövcud internet o qədər də əlçatmaz deyil. Yəni kim istəsə Vikipediyadan ya da virtual ensiklopediyalardan öyrənə bilər. Hər kəsin bildiyi şeylər məni xoşbəxt edə bilməz. Mən bilinməyəni bilmək istəyirdim. Məni bildiklərim yox bilmədiklərim xoşbəxt edəcəkdi. Xeyli araşdırmadan sonra qərara gəldim ki müxtəlif dillərdə axtarış biliyimi çoxalda bilər. Azərbaycan, türk, rus, ingilis və ispan dillərindəki axtarışımda da məni qane edəni tapmadım. Nəhayət bir gün "deep web" deyə bir şey kəşf elədim... Sizə bu haqqda az da olsa məlumat verim...

"Digər sahələrdə olduğu kimi internetdə də girilməsi qadağan, təhlükəli yerlər var. Buna Deep Web deyilir. Google, Yandex kimi təkmilləşmiş axtarış motorlarının belə tapa bilmədiyi saytlar DeepWeb-ə daxildi. DeepWeb-ə daxil olan saytlar bütün mövcud olan saytların 90%-ini təşkil edir. Yəni bizim istifadə etdiyimiz hissə, Surface Web 10%-dir. DeepWeb-də saxlanılan informasiya Surface Web-dəki informasiyadan 400-500 dəfə çoxdur. DeepWeb-in istifadəçiləri cəsuslar, terroristlər, xakkerlər, manyaklar, pedofillər, narkomanlar, təhlükəli təcrübələr ( xüsusi ilə insan üzərində keçirilən təcrübələr) aparan alimlər, ordudan qovulmuş əsgərlər, federal polislər, pullu qatillər, kannibalizim xəstələri (insan əti yeyənlər) , silah, narkotik və insan alveri ilə məşğul olanlar, mərc oyunlarının təşkilatçıları və s. Yəni təhlükəli və qadağan olunmuş işlərlə məşğul olan hərkəsdi." (mənbə : Azərbaycan Deep Web səhifəsi)

Yəni ki aysberq məsələsi, görünən hissə bizim istifadə etdiyimiz sahədir, görmədiyimiz sahə isə dərinə getdikcə daha az insanların istifadə etdiyidir. Əlbəttə bura da qara işlər çox olsa da nələrisə də öyrənmək olardı... Deep Web in səviyyələri haqqda məlumatı da təqdim edim...

"Biz interneti aşağıdakı kimi səviyyələrə bölə bilərik: 
Səviyyə 1: Surface Web. İnternetin ən sadə və təmiz yeri. Hərkəsin çox sadə yolla daxil ola bildiyi saytlar. 
Səviyyə 2: Bergie Web. İnternetdə axtarış zamanı qarşınıza çıxmayan saytlar. Daha çox pornografik informasiyalar daşıyan saytlar. Əgər ftp serverdən istifadə etməyi bilirsinizsə Google-daki bu gizlənmiş nəticələrə çata bilərsiniz. Bundan sonrakılara daxil olmaq üçün Proxy lazımdır 
Səviyyə 3: DeepWeb-in ilk mərhələsi. Əsasən qanunsuz pornolar, suiqəsd videoları, viruslar, kiçik xakker qrupları, kompüter təhlükəsizliyindəki problemlərlə bağlı yazılar, məhşur insanların şəxsi, çox zamanda +18 olan görüntüləri və s. Bundan sonrakılara daxil olmaq üçün TOR lazımdır. 
Səviyyə 4: Charter Web yaxud DarkNet. Burda saytlar DNS texnologiyasından istifadə etmirlər. 4-cü səviyyə özüdə 2 hissəyə ayrılır: 1)TOR səviyyəsi: Sadəcə TOR browser ilə daxil oluna bilən hissə. Burda qanunsuz sənədlər, nəticəsi əvvəlcədən məlum olan mərclər, şirkətlərin gizli məlumatları, gizli səsyazmalar, silah ticarəti; bomba, tank, müdafiə texnologiyaları, qadağan olunmuş filimlər, musiqilər, kitablar, uşaq pornoları, narkotik ticarəti, insan ticarəti və s. 2)Xüsusi səviyyə: Heç bir şəkildə idarə olunmayan səviyyə, indiyə qədər axtarışla məşğul olan insanların çatdığı ən təhlükəli səviyyə. Bura daxil olmaq üçün TOR belə yetərsizdir. Yalnız “Closed Shell System” adı verilən yolla bura çatmaq Olar. Burda olanlar isə robotlar, gizli texnologiyalar, GGGEQP sistemləri, gizli HAARP lahiyələri, Atlantisin yeri və onun haqqındaki araşdırmalar, xüsusi istehsal mühərriklər, havanı dəyişdirəbilən silahlar, qlobal terror, qlobal narkotik və insan ticarəti, super-kompüterlər, masonlar, illüminatlar, Allaha inanmayanlar və bunun sübutları və s. Burda, əgər istehsal olunarsa dünyanı dəyişdirə biləcək texnologiyalar var. Bu səviyyədə olan insanların hamısı elm adamları və alimlərdir. Bu səviyyəyə daxil olmaq üçün normal kompüterlər ve normal internet əlaqəsi yetərsizdir. Bura qədər dediklərimiz DeepWeb-in 80%-idir. Qalan 20% isə aşağıdakılardır: 
Səviyyə 5: Marianas Web. Adını dünyanın ən dərin çuxuru Marianna çuxurundan alır. Bura haqqında o qədər də çox məlumat yoxdur. Bura haqqında “Əgər hər kəs ora girə bilsə internetdəki müharibə sona yetər” deyilir. Burda bütün dünyanı idarə edbiləcək texnologiyaların olduğu və burdakı xakkerlərin dövlətlərlə birgə işlədiyi bildirilir. 
Səviyyə 6: Haqqında heç bir məlumat yoxdur. Ora “Tanırının öldüyü yer” yada qısaca Cəhənnəm deyilir." (mənbə: Azərbaycan Deep Web səhifəsi)



Bölüm 8. İtmiş şəhərlər və itmiş xoşbəxtliklər.


DeepWeb də çoxlu informasiyaların olduğunu anladıq. Keçək xoşbəxtliyə. Tarix ərzində yer üzündə, yerin altında, üstündə, suda, quruda mövcud olmuş şəhərlər var olub. Bu şəhərlər nağıllardakı kimi olub, dostum. Şəhərin yaradanı ən gözəl fantazi effektləri verib. Lakin onlardan bir neçəsi haqqda məlumat toplaya bildik və sənin də bilməyin üçün yazıram, dostum... (misal üçün biz Elvinlə adı məlum olan 91 itmiş şəhər tapdıq, təəssüf ki onlardan çox azı haqqda məlumat toplaya bildik.)

1. Atlantis
Atlantis yada Atlas'ın adası, Platon'un Timaeus və Critias kitablarında bəhs etdiyi əfsanə bir qitədir. 
Platon'a göre Atlantis,Miladdan əvvəl 9500 ilində Atinanı fəth etmək istəyən ama batan bir krallıqdır.

2. Avalon
Bu şəhər də Kral Arturun əfsanə alma adası oldugu bilinir. Hətta son döyüşündə yaralıları sagaltmaq üçün bura gətirdiyi deyilir.

3. El-Dorado
Şimali Amerikada yerləşən bu şəhər deyilənə görə qızıldan imiş. İspanların dəfələrlə axtardıgı şəhər sirr olaraq qalır hələ də.

4. Cantre'r Gwaelod
Cantre'r Gwaelod, Ramsey və Bardsley Adaları arasında yerləşdiyi deyilən əfsanə bir batmış krallıqdır.

5. Lyonesse
Kral Arturun yaşadıgı deyilən bu şəhər əfsanə meşəyə və evlərə sahib oldugu deyilir.

6. Hy-Brasil
Okean içində yerləşən və hər 7 ildə 1 dəfə görünən bu şəhər dumanlar içindədi. Böyük bir dovşan və cadugərin yaşadıgı deyilən şəhər üçün səfərlərə çıxlsa da tapılmyııb.

7. Agarta
Yeraltında yerləşən bu şəhərin Asiyada dağlar altında oldugu söylənir. Deyilənə görə əhalisi uçan boşqablar düzəldirdilər.

8. Shambala
Bu şəhərdə qızıl dolu dağlar arasında yerləşdiyi deyilir. Bu mistik ərazini Çin , Tibet , Əfqanıstan .və Qobi çölündə axtarsalarda tapa bilməyiblər.

9. Cibola
7 Dağdan ibarət olan bu şəhər deyilənə görə qızıl mağaraları ilə dolu imiş. İpsaniyada itən bu şəhər üçün 2 dəfə axtarışa çıxıblar lakin bir fayda verməyib.

10. Lemuria
Hind okeanın altında qalan şəhər deyilənə görə 12 000 il əvvəl zəlzələ nəticəsində okean altına çöküb. Şəhərdə Div meymunlar və bəzi böyük heyvanlar yaşıyırmış.

11. Utopiya
Xəyal aləminin məhsulu olsa da Misirdə Tövratdan əvvəl belə bir şəhərin fironlar tərəfindən salınması təsdiqlənir. Hətta piramidaların bu şəhərin sərhədləri olması deyilir.

12. G3
Deyilənə görə bizim bu günlərdə "tanrı" adlandırdığımız varlıq indi orada "oturub" buranı idarə edir. Yer kürəsindən təxminən 3.8 işıq ili məsafədə yerləşdiyi deyilir.

13. NA-14
G3-dəki "tanrı" o vaxt (Nuhdan əvvəlki dövrdə) dünyadakı bütün texnologiyanı NA-14 ə aparıb. Yer kürəsində isə həyatı yenidən başladıb. (Misir Piramidalarının hazırda varlığını və o vaxtki texnologiya ilə tikilə bilməməsi nəzəri sübut edir bu məsələni).

14. 5G-4
Burada dünyadan gələn (ölərək) 190+ İQ sahib insanlar "tanrı" tərəfindən müəyyən işlərlə vəzifələndirilir. Belə ki insanlar orada dünya üçün "dinlər", "texnologiyalar" və qarışıqlıq üçün "siyasi ideologiyalar" və s fikirləşir və yaradır. Tanrının mələklərinin evi adlandırılır.

15. G-19...
Bu cür qalaktika əslində var. Yuxarıda adları çəkilən "G3", "NA-14", "5G-4" kimi şəhər və ya planetlərin mövcud olduğu qalaktika. Elvinlə uzun müddətli hesablamadan sonra Yer kürəsindən 3.8 işıq ili məsafəsi uzaqlıqda yerləşən bu qalaktikanın varlığını virtual təsdiq edə bildik. Mən isə G-19 u öz Ədəbiyyatımda 3 planet daha artırıb qeyd edirəm... (Cənnət, Utopiya və Alisin xəyallar aləmi)

Bəzi "itmiş" texnologiyalar...

1. "Zaman maşını". Nikola Teslanın bu aparatın lazımi hesablarını aparır. Sadəcə ixtiranı tamamalamaq üçün yer kürəsindən çıxmağın lazım olduğunu bildirir. 20-ci əsrin 30-cu illərində bunun mümkünlüyünü desə də ilk dəfə Yer kürəsindən 1961-də çıxır insan övladı. Araşdırmaları isə sonradan NASA tərəfindən əlindən alınır, 1943-də sui-qəsd nəticəsində öldürülür... DeepWeb-də zaman maşının hazırda mövcudluğu barəsində yazılır, Sicilya adasındakı baş verənlər bunun izahı kimi qeyd olunur...

2. "RecoveHuman". Bərpa olunan insan deyək. X-men filmi deyərdim ki elə bu haqqdadır. İnsan ölümsüz deyil, lakin ən böyük yarası belə qısa bir müddətdə (1-2 dəqiqə) bərpa olunur, qocalır, bərpa olur. Dəyişmədən yüzillərlə yaşayır. Lakin belə bir insanı NASA atomlarına parçalayaraq məhv edə bilib. Belə ki insan DNA-sına atom boyda bir maddə əlavə olunur əgər o maddə digər hissəciklərdən ayrılsa onda bərpa dayanır. Bunun ən əlverişli yolu isə insanı atomlarına bölməkdir...

3. "Görünməzlik". - Hətta DeepWeb-də satışda olan bu BioKimyəvi dərman (krem şəklində) insanı müvəqqəti olaraq görünməz edir. Deməli insan şəffaf rəngdə olur. Su kimi, lakin suyun rəngi yoxdur, tərkibində nəsə olur ki bu da suyu görməyimizə gətirib çıxarır, "invinsibCR" adlı dərman hərəkət zamanı yaranan "transitionsları" belə şəffaflaşdırır. Yəni ki əgər bu kremdən istifadə etmisənsə qışqırmasan heç kəs sənin fərqinə varmaz.

4. "Eşitməzlik". - azca qatı maye şəklində olan bu dərman isə sənin səs tellərini müvəqqəti olaraq səssiz səviyyəsinə gətirir. Effekti 1-2 saat çəkən dərman DeepWeb-də yazılana görə nəyinki səs tellərini hətta insan bədənindən heç bir səsin çıxmamasını təşkil edir...

5. K-19 - Klonlama maşını deyək. Digər insanın DNA sından bir örnək alırsan və aparatın içinə girirsən. 5 dəqiqədən az müddətdə hissəciklərin onun hissəciklərinə çevrilir. Bu aparat əslində illüziya məqsədlidir. Yəni ki əslində dəyişmirsən, sadəcə elə görünürsən, xüsusi aparat və ya kamera vasitəsi ilə (DeepWebdəki məlumata əsasən 1576 mgp kamera ilə) sənin əsil halını görmək olur....

Xoşbəxtliyə daha da yaxınlaşdığımı hiss edirdim...



Bölüm 9. Gizli ideologiyalar və gizlənmiş xoşbəxtliklər.


Araşdırmalarımız davam edir, dostum. Bilirəm, zamanla mürəkkəb olsa da əgər sən nəsə öyrənmisənsə mən buna sevinərəm. Bir dəfə məktəb vaxtlarımdan bir müəllimim var idi. Ümumi sinifə dediki əgər bir yazıçı olsaz, çalışın əsərlərinizdə oxucu ilə söhbət eliyin. Birdən-birə o yadıma düşdü. İndi keçək araşdırmaya. Axı "xoşbəxtliyi" hələ tapmamışıq. Bir də onu qeyd edim ki mən heç bir təşkilata xidmət etmirəm, heç bir partiyaya üzv deyiləm. İndi oxuyacaqların üçün deyirəm... Hazırsan?...

Növbəti araşdırma ideologiyalar oldu. Misal üçün bu təşkilat nəyə xidmət edir, o qrup nəyə xidmət edir? İdeyaları, məqsədləri nədir? Niyə yaradılıblar? Bəlkə də bu ideologiya və ya qruplardan biri məni xoşbəxt edə bilərdi... Beləliklə "Satanizm", "Massonary", "illuminati", "Angelizm", Kabbalahdakı bəzi ideyalar, elmi ideayalar və s...

"Satanizm"... - Satan - tərcümədə şeytan deməkdir. Əsası güc, güclü olmaq üzərində qurulub.

21 Satanist nöqtə.

1. Gücünə zəiflətməmək üçün , zəiflərə hörmət eləmə
2. İçində ugur yaratdıgı üçün gücünü həmişə sına
3. Xoşbəxtliyi sülhdə deyil zəfərdə axtar
4. Uzun müddətli istirahətdən əlavə dinləməni qısa tut
5. Yeni bir şey yaradacaqsansa , əvvəlikini yox et
6. Ölümünü görə bilməyəcəyin heç bir şeyi çox sevmə
7. Edəcəyin şeyi qum üzərinə deyil daş üzərinə yaz çünki edəcəyin şey bugün üçün deyil hər zaman üçündür.
8. Kəşf edilməməşi kəşf etmək üçün dah çox çalış
9. Boyun əyməkdənsə öl
10. Dəmirçilik ölümün qılıncını yaratmaq xaricində sənət deyildir , çünki ölüm qılıncı şahəsəridir.
11. Hər şey üstündə qalib olmaq üçün əvvəlcə özün üzərində qalib ol
12. Yaşayanların qanı , yeni bir toxum yaratmaq üçün yaxşı bir gübrədir.
13. Quru kəllələrdən ibarət olan piramidanın üstündə duran adam hər şeyi görə bilir.
14. Sevgini bir kənara atma ama həmişə onu sıxışdır çünki o bir saxtakardır
15. Bütün böyük olan şeylər ağrı üzərində qurulmuşdur
16. Ən öndə olmaqdan çox ən üstdə olmaga çalış çünki böyüklük ordadı
17. Əvvəldən yaradılmış əngəlləri yox etmək üçün güclü bir külək kimi gəl
18. Sevgi həyatında bir məqsəd olsun ama ən böyük hədəfin zirvə olsun.
19. Kişi xaricində heç bir şey gözəl deyildir ama ən gözəl olan qadındır.
20. Gücün qarşısın aldıgı üçün bütün yalanları rədd elə.
21. (Bütün mənbələrdə olmayan 21-ci nöqtəni Satanist özü üçün yazır)...

- Satanistliyin 9 böyük günahı.

1. Axmaqlıq 
2. Özündən razı olmaq. 
3. Solipizm
4. Özünü aldatmaq
5. Sürüylə hərəkət
6. Ortadoksları unutmamaq
7. Prespektiv əskikliyi
8. Məqsədə zərər vurmaq
9. Estetik əskiklik

- Satanizmin 9 bildirişi

1. İnsan istədiyin etməldir.
2. Ümid yerinə var olanları müdafiə etməlisən
3. Nankörlara vaxt xərcləməkdənsə yaxşılara incə davran
4. Onları vuranlara baş əyməkdənsə onların da vurmagın istər.
5. Vampir olmaqdansa daha gerçəkci şeylər etməli
6. Bütün dinlərdə günah deyilən şeyin əslində zövqdən ibarət olması
7. Şeytan kilsənin ən yaxın dostudur.
8. İnsanlar heyvanlardan daha çox heyvandır
9. İnsan özünü aldatmamlıdır...

İndiki vaxtda Satanizm:
Satanizm indiki vaxtda ağırlıqlı olaraq Norveç ' te görülməkdədir. Norveç 'en xaricində ABŞ, rusiya, polşa, Almaniya da görülməklə birlikdə dünyada bütün ölkələrdə şeytana tapınan kəslərə və birliklərə rast gəlinməkdədir. Şeytanın Kilsəsi adı altında təşkilatlanmağa işlərinə baxmayaraq Satanizm də hər şey fərdçiliyə söykəndiyindən ötəri bu çox çətin görünməkdədir. Xüsusilə Satanist cinayət və İntihar hadisələriylə gündəmə gəlməkdə və Bəzi ölkələr tərəfindən qadağan edilmişlər. Ölkəmizdə Satanizm bir din olaraq qəbul edilməmək və Satanizm 'en yayılması cəmiyyət nizamını pozduğundan ötəri maneə törədilməkdədir. Bütün dünyadakı ədədləri haqqında bir təxmin etmək olduqca güc olmasına baxmayaraq ölkəmizdə ədədlərinin 3.500 ətrafında olduğu təhlükəsizlik qeydlərində ifadə edilməkdədir....

"Angelizm" - bu adda psixologiyada xəstəlik var. Aşırı dərəcədə sevmək, sevdiyi qızı mələk hesab etmək kimi bir şeydir. Bu cür xəstələr "angelistic" adlanır. Ancaq bizim "angelizm" o angelizm deyil. Bu ideologiya tarixdə itib-batmışdır. Tanrı o vaxt 5 mələyinə tapşırıqlar verir. Bu mələklərdən biri Satan (Şeytan) ilk olaraq Tanrıya qarşı çıxır və öz təriqətini yaradır. Daha sonra Əzrayıl digər 3 mələkdən ayrılır. Lakin Satana qoşulmur. Nə də öz ideologiyasını təbliğ etmir, Əzrayıl özünə tapşırılanları yox, sadəcə can almağı öz boynuna götürür. Beləliklə "angelizmin" simvolu bir əldir ki beş barmaqdan ibarət, ən soldakı barmaq ayrı düşüb, soldan ikinci barmaq isə nə soldakı barmağa nə də sağındakı üç barmağa qoşulmur...
"Angelizm"-in ideyası insanlara xidmət etmək olur. DeepWeb-də dərin levellərdən birindəki saytlardan biri bu ideyaya həsr edilib. Tövratda və Zəburda da "Angelizm" haqqda az məlumat verilir. Deyilənə görə Tövratdan öncə nazil edilən "Angelizm" kitabı Mesopatamiyada yandırılır...

"Free Massonary" - tərcümsəi azad bənna mənasını verir. Tarixdə adı Tampliyerlərlə başlayan massonlar davam edən tarixdə Assassinlərə, Yəhudilərə qədər gəlib çıxır. Pirat ideyasınında Masonların məhsulu olması deyilir. Bu gün də mövcud olan Massonların əsas kitabları Tövrat və Talmuddur. Üçüncü və əsas kitab "Kabballahdır". Bəzi mənbələr bu kitabın cadu kitabı olmasını söyləyir. Bunun səbəbi texnologiya haqqda təsəvvürləri olmayan insanların bu güclü kitabı pisləməsidir. Kitab tamamilə Texnologiya ilə bütünləşmiş, Tövratı, Talmudu, İncili və Quranı təsdiq edən bir kitabdır. Lakin, bu kitab hər şeyi əfsanəvi şəkildə, fövqəl varlıqlar tərəfindən yox, mümkün olmayanın texnologiya vasitəsi ilə mümkün olduğunu iddia edir.. Dünyada az sayda mövcud olan bu kitab yalnız 33-cü səviyyə massonlarda var. Kabballahı əldə etmək üçün aşağıdakı təlimatlara ehtiyac var...
Pşat yolu – sadə şəkildə və hərfi mənada;
Remez yolu – kinayə və eyham;
Draş yolu – təfsir və şərh;
Sod yolu – sirr və gizli.
İudaizmdə Kabbala dördüncü, ən dərin yol olan – sod yolu hesab edilir. Onu yalnız ilk üç yolu keçənlər tədqiq edə bilərlər. Bunun üçün müəyyən şərtlər lazımdır:

Kişi cinsinə mənsub olmaq;
Ailəli olmaq;
On üç yaşdan yuxarı qız və oğlan övladına sahib olmaq;
Qırx yaşı ötmək;
Talmud və Tövratı mükəmməl bilmək. Çünki kabbalistlərə görə bu tələblərə cavab verməyən adam bu mistik elmi tədqiq etməyə cəhd göstərərsə, ya dindən çıxacaqdır, ya da, dəli olacaqdır.
Təlimin ardıcılları hesab edir ki, Tövrat gizli biliklər və sirli mənalar ehtiva edən kitabdır. Burada kainatın və Tanrının sirləri gizlənmişdir. Bu məxfi məlumatları isə yalnız seçilmiş insanlar, yəni kabbalistlər başa düşə bilərlər....

Massonların "səviyyələri" isə bunlardır...

1. Şagird
2. Müəllim
3. Ustad
4. Təmkinli Ustad
5. Mükəmməl Ustad
6. Sir Katibi
7. Nazir
8. Bina ustadı
9. Doqquzların seçilmiş ustadı
10. Onbeşlərin seçilmiş ustadı
11. Seçilmiş Cəngavər
12. Ustad Memar
13. Solomon krallıgının cəngavəri
14. Uca ustad (Müqəddəs Kubbe )
15. Qərb cəngavəri
16. Qüds şəhzadəsi
17. Qərb və Şərq cəngavəri
18. Güllü Xaç cəngavəri
19. Uca İsveçli
20. Lojaların möhtərəm ustadı
21. Prusya cəngavəri
22. Lübnan şəhzaədsi
23. Sir sandıgı prezidenti
24. Sir sandıgı şəhzadəsi
25. Tunc ilan baş cəngavəri
26. İsveçli padre
27. Qüdsün başçısı
28. Günəş cəngavəri
29. Saint Andre böyük İsveçlisi
30. Seçilmiş böyük Kadoş cəngavəri
31. Böyük müfəttiş komandanı
32. Müqəddəs Sir uca şəhzadəsi
33. Böyük ümumi müfəttiş...



Bölüm 10. "Mələk beyni".


"Mələk beyni". Adlandırılması tamamilə mənə aid olan bir elmi çalışma deyərdim.
Deməli bu məsələyə "ixtira" adını verməzdim. Dostum, bəlkə də məndən öncə bunu kəşf ediblər, bəlkə də bunun başqa bir adı var. Ancaq çox şeydən xəbərim olsada bu haqqda məlumatım olmayıb, ona görə də özüm adlandırmışam... Deməli, bildiyimiz kimi hər kəs yatır. Yatarkən saysız (sayını dəqiq bilmirik) yuxular görürük. Lakin ayılarkən bunlardan çox az qismini xatırlayırıq. Çünki insan beyni yuxuda olarkən şüuraltını söndürür. Bu da beynin normaldakından nə az nə çox düz 19 dəfə yaxşı işləməsinə gətirib çıxarır. Şüuraltı bizi yavaşladır? -deyə soruşsaz belə cavab verim. Yuxuda gördüyümüz uzunmüddıtli yuxular əslində maksimum 10-15 saniyə davam edir. Bəlkə daha qısa. Deməli beyin zaman funsiyasını yerinə yetirir. Necə ki insan ölərkən bütün həyatı qısa zamanda gözünün önündən keçir, eləcə də yuxuda olarkən saniyələr ərzində dəqiqələri, saatları icra eliyir. Bunun isə hansı nisbətdə yavaşladığını alimlərimiz dəqiq hesablaya bilmir. İnsana görə dəyişir. İnsan beyninin bütün gösətəriciləri bir yerdə İQ (İntellekt səviyyəsi) adlanır. Dünya üzrə orta İQ göstəricisi 90-125 dir. Misal üçün 190 İQ-lü insan yuxuda (190*19=3610) 3610 İQ-yə sahib olur ki bu cür beyinlə mümkünsüz heç nə yoxdur. Nəzərə alın ki alimlərin beyinləri 150-200 arası İQ-də olur. Yaddaş funksiyası da beyinin bir funksiyası olduğundan yuxuda olarkən 19 dəfə daha güclü işləyir. Ayıldığımzda isə 19 dəfə zəifləyən yaddaş gördüklərindən 1/19 xatırlayır. Dostum, indi soruşa bilərsən ki "xoşbəxtliyə" nə dəxli var axı bu "mələk beyninin"? Cavabım isə belədir, hələlik "puzzle"-ın hissələrin yığırıq. Mövcud texnologiyalar haqqda öyrənirikki rahat olsun xoşbəxtlik....

Bölüm 11. BioKimya Texnologiyası.


Güclü elmlər. Biologiya və Kimya. Nələrin mümkün olacağın təsəvvür edə bilməzsiz... Başlayırıq, öyrənməyə, güclənməyə və axtarmağa...

Növbəti axtarışım Kimya üzərində idi. Bəlkə də hansıa həb mənə xoşbəxtliyə verə bilərdi deyə ucuz düşüncələrlə... Axtarış zamanı yüzlərlə dərman adlarına rast gəldim. İnsana nələri etdirə biləcək dərmanlar... Ancaq bu barədə çox düşündüm, dərmanların heç birinin adını yazmayacam, bu dərmanlar apteklərdə satılmır, sadəcə DeepWeb-də xüsusi saytlarda satılır.

D1 - Bu dərman insanın tərkibindəki endorfinlərin sayını çoxaldır. Endorfin özü bədəndəki ağrıları çıxarmaq üçün maddədir. Dərman bu prosessi dəfələrə vuraraq ağrını azaldır. Yəni ən şiddətli ağrını belə çox az müddətlik hiss edirsiz, lakin yara varsa o sağalmır. Heç bir ziyanı olmur.

D2 - Bu dərman insanı super gipnoz edir. Yəni dərmanı qəbul etdikdən 10-15 saniyə sonra ilk eşitdiyi səsi öz sahibi hesab edir ki, sahib hansı əmri versə "manqurt" onu yerinə yetirir. Dərman 5 saata kimi effektli olur. Sonradan aludəsinə qurban getmək olur.

D3 - Yaddaş maddələrini maksimuma gətirir. Bu dərman vasitəsi ilə 3-cü sinifdə mövsümün 4-cü ayının ikinci həftəsindəki 4-cü dərsdəki yazdığınız yazıları belə asanlıqla xatırlaya bilərsiz. Dərman gün ərzində 1 dəfədən artıq qəbul olarsa daha güclü beyinə malik olmağa şərait yaradır, Lakin hər artıq atılan doz ömrünüzdən 2-3 ili yeyir.

D4 - Bu dərman insanın nifrətini arıtırır. D2 - dən sonra atılarsa şiddətli nətiəcəy gətirir. Hitler müharibə dövründə bu dərmanlardan əsgərlərinin bir qisminə verirdi.

D5 - Sevgi hissini artıran bu dərman toz şəklində olur. 5 q belə çoxluq təşkil edən dərman "xoşbəxtlik sindromu" adlı xəstəlik yarada bilər. Qəbul olunan hər qram ömrünüzdən 1-2 ili aparır...

Bu tipli yüzlərlə dərmanın adlarını gördüm, hərəsidə hansı funksiyalar üçün. Düşündüm ki bunlar mənlik deyil, dostum, belə ki keçdim Texnologiya və Kimyanın inteqrasiyasına. İlk proqram İ-Doser. Belə ki səslər vasitəsilə insana xüsusi hissləri yaşadan bu proqram yalnız 3D qulaqcıqlarda işləyir. Zəif insanlarda daha effektli olur. Təcrübə apardıq Elvinlə, alındı, dostum. Şiddətli nəticələrə gətirə biləcək bu proqramı heç də məsləhət görümürəm...



Bölüm 12. Gələcək Texnologiyaları haqqda.


Elvin gəlib mənə dedi ki, bəs yığış gedirik. Hara? - deyə soruşdum, dedi sənin xoşbəxtliyinin bəlkə də astanasına. İkinci sual vermədən getdik. Ölkə xaricində Azərbaycandan uzaq olmayan bir yerə gəldik. Elvinin köhnə dostlarından biri idi. Alim idi və özünün labaratoriyası var idi. Böyük icadları var idi. Əsərimdə adını çəkməyimi xahiş etsəmdə razı olmadı. Təcrübələrimdən yaz ancaq adımı qeyd etmə dedi. Razı oldum. Özümlə fotoaparat götürmüşdüm ki, cihazları, qeydlər və lazım olanları çəkim. 
Labaratoriyaya gəldik. Öz cihazlarını göstərə-göstərə söhbət edirdik. Gah təvazökar şəklində "bundan yaxşıları var" deyir, gah suallaşırdıq. Qarşımıza bir qəribə cihaz çıxdı. Soruşdum ki bəs bu nədir? Şəklini çəkmək istəyəndə qoymadı. Dedi ki bu "şah əsərimdir". Nə işə yaradığını soruşanda isə yola davam etməyi təklif etdi. Xeyli qabaqda "zaman maşının" gördük. Xeyir, bu məni gələcəyə və ya keçmişə aparmayacaqdı. Bu sənin hansı ildə hansı məkanda olacağını göstərirdi. Təklif elədiki bircə dəfə istifadə edim, qəbul etdim. Yaxınlaşdım aparata. Başlığı taxdım, düz 19 il sonranı seçdim. Tarix və zaman olduğu kimi qalsın deyə. Hazırsan? deyə soruşdu. "Hazıram" - deyə cavab verdim. Deməli bu maşının çox da böyük olmayan LCD ekranı var ki əgər olduğun yerin fotoşəkli varsa o şəkil və ya videosu canlanır, ya da olduğun yerin kainata görə 5 ölçüsü verilir. İkinci ekranda isə hazırda olduğun koordinantlar verilir. Birinci LCD 19 il sonra olduğum yeri göstərəcdir. Aparat başladı işləməyə, 10 saniyə keçmədiki aparatda iki LCD-də eyni koordinantları, labaratoriyanı göstərdi. Yəni 19 il sonra burda olacammış. Bunu görən Elvin tələm-tələsik yaxınlaşıb mənə başlığı çıxartdı. Cihazın işləmədiyini deyərək "hazırlaş, gedirik" - dedi. Alim isə hesablarının dəqiq olduğunu söyləyərək etiraz etdi. Mənə get sumkaları yığ, gedirik dedi. Etiraz etmədim. Azca uzaqlaşmışdım ki, balaca bir stulun üstündə dəftərçə gördüm. Görünür unudulmuşdu bu dəftərçə.Təxminən 50 səhifədən ibarət olardı. Oxumağa vaxt yox idi, götürə də bilməzdim, başladım çəkməyə səhifələri ki sonra oxuyaram. Cəmi 19 səhifə çəkdim ki Elvin gəldi və getdik...

Dəftərçə DeepWeb-dəki səviyyə 6-dan yazımışdı, oxuyarkən tüklərim biz-biz oldu. Kabballahdakı 4 bölüm Texnologiyanın izahları, nə zaman insanlara təqdim olacağı, nə işə yarıyacağı və s var idi burada. O Texnologiyalardan bir neçəsini təqdim edirəm...

1. 5D Holoqrafiya - Hazırda İnsana 3D Holoqrafiya məlumdur. 3D Holoqrafiya ilə sən üstündə dayandığın aparat vasitəsilə digər nöqtədə canlana bilərsən. Özün olduğun yerdə qalırsan, lakin, orada sənin şüa şəklində kopyan olur, altındakı aparatı söndürsələr o şüada yox olacaq. 5D Holoqrafiya isə Teleportdur. Yəni dayandığın nöqtədən istədiyin nöqtəyə işınlanırsan. 1-2 saniyəyə qalaktika bəlkə də kainatın istənilən nöqtəsinə.

2 .Zaman Maşını - Bu cihazla nə zaman harda olacağını öyrənə bilərsən, bunun təkmilləşmiş versiyasında isə (Teleportla birgə işlədilərsə) istədiyin zamana istədiyin nöqtəyə işınlana bilərsən.

3. 3G - Bu telefonlarda olan 3G deyil, bu cihazın adının açılışı "3rd God" deməkdir. Əgər sən buna sahib olsan 3-cü Tanrı olursan. Bu cihaz əvvəldə danışdığımız texnologiyaları özündə kompleks edən bir cihazdır. Bunun vasitəsilə işınlana, gözə-görünməz ola, eşidilməz ola, bərpa işləmini sürətləndirə bilərsən...



Bölüm 13. "Level 17 tr quantum 001".


Bölüm 13. "Level 17 tr quantum 001" açarı.

Azərbaycana qayıtdıq. Mənsə hələ də xoşbəxt deyildim. Əlimdə o qədər "puzzle" hissəsi var idi, lakin nəyi hara qoyacağımı unutmuşdum. Əməlli-başlı çaşıb qalmışdım... Bir neçə gün beynimdə suallarla gəzirdim...

Bu hadisədən üç gün keçmişdi ki, bir də gördüm Elvin zəng eliyir. 
-Vaxt elə 1 saata gəl bizə.
-Gələrəm... Elə bunu dedim ki, üzümə bağladı telefonu. Gəldim Elvingilə. Gördüm ki bir neçə gün əvvəl bizlə olan alim də burdadır. Əlbəttə boş yerə gəlməzdi. Uzun müddətdə keçməmişdi ki deyim "darıxdığından gəlib".
-Labaratoriyamdakı kameralardan sənin dəftərçəni çəkdiyini görmüşəm, Kənan, nə bilirsən, nə öyrənmisən, danış görüm...
-Sadəcə bir neçə yeni Texnologiya haqqda öyrəndim, əgər səndə "yaddaş silən" maşın varsa o hissəni silə bilərsən.
-O da var, ancaq etməyəcəm. Elvin gedir, bütün sənəd məsələlərini həll edib, ev sənin adına olacaq.
-Yox, təşəkkür eliyirəm, lazım deyil, niyə gedir ki Elvin?
-Elvini zamanda gələcəyə geri göndərəcəm.
-"Gələcəyə göndərəcəksən" ya "Gələcəyə geri döndərəcəksən"?
-Geri.
-Belə çıxır ki o gələcəkdən gəlib ki, gələcəyə qayıdır.
-Kənan, bu barədə ətraflı danışarıq.

Sabahısı gün labaratoriyaya qayıtdıq. Gələrkən ilk dəfə görmədiyim bir şeyi gördüm, labaratoriyanın adı G-19 idi. Alim olan şəxs mənə dəftərçəsini verdi ki oxuyum. 2 saat vaxtın var, başdan ayağa oxu.
-Axı, 2 saata burda yazılanları qavramaq çətin olacaq?
-Sənə yox. oxumaq üçün lazım olanları bilirsən. Başla vaxt yoxdu...

Sən demə bu dəftərçə Kabballahın elə Alim tərəfindən tərcümə olunmuş versiyası idi. Nəhayət mənə ad günümdə yuxuda 19 kitab deyən şəxsin xatırladığım bir kitabı tapdım... 2 saat ərzində oxudum. Çoxlu şeylər öyrəndim, dəli olacağımı düşünrdüm, sadəcə autist (özünə qapanan) dahiliyə doğru çevrilmə başladı. Sonda 90-cu səhifə ağappaq idi. Hər iki tərəfi də. 89-cu səhifədə "Level 17 tr quantum 001" və o açarın olduğu yerin koordinantları verilmişdi. Koordinantlar tanış gəldi. Zaman maşının üstündəki koordinantlar idi. Yəni ki açar elə bu labaratoriyada idi. Alimə bunları dedim. Mənə bir cihaz gətirdi. Nisbətən planşetə oxşuyan bir cihaz. Dedi ki bu "Level 17 tr quantum 001" - dir. Dünyada bundan sadəcə 2 dənə var. Biri DeepWebdən oxuduğun "Tanrının" yanındadır. Necə əldə etdiyimi belə soruşma. Bu açarı isə sənə verəcəm, səndə qalacaq. Biz isə Elvinlə gedirik, tez ol aç işlət. Mən başım çıxmadığını Alimin özünün işlətməsini təklif etdim. O isə aparatın mənim səsimlə işlədiyini dedi. Başla dedim, aparat işə düşdü... Sən demə bu aparat DeepWeb-də level 6 saytlara girmək üçün mövcud olan tək yoldur. 2 dənə olan bu cihazdan biri əlimdə idi. Əllərimə əlcək şəklində gözə görünməz, hiss edilə bilən bir şey taxıldı. 5D gözlükdə gözlərimə və 5D qulaqcıqlar. Nəhayət. Level 6 açıldı. Cəmi 19 sayt mövcuddur. Digər levellərdə isə 100lərlə bəlkə də 1000lərlə sayt var. 19 sayt lakin tanış gəlməyən əlifbada. Tərcümə olunmasını əmr etdim, olundu... 



Bölüm 14. Xoşbəxtliyin 1 addımlığında.


19 saytın adı tərcümə oldu. Ən ali sualların cavabları idi bunlar. "Tanrı" kimdir, "Tanrıyla" görüş var idi, bütün insanların bildiyini bilmək var idi, ölmüşləri geri qaytarmaq var idi... Sonuncu cavab "Xoşbəxtlik" idi... Həyəcanla seçdim. LCD şüa şəklində qabağımda canlanmışdı. Toxunaraq seçirdim. Seçdim. 2 seçim gəldi. Xoşbəxtsən? Seçdim yoxu. Xoşbəxt deyilsənsə bədbəxtsən. Bədəbxtlik nədir bilirsən - deyə sual gəldi. Yenə yox-u seçdim. Bu an LCD söndü. Titrəşim dalğaları Elvinin başımdakı aparatı çıxarması ilə qutardı. Şiddətli dərəcədə başım ağrıyırdı. Elvin mənə bu artıq sənindir, lakin hazır deyilsən, mən gedirəm gələcəyə. Evdə mənə alınan notbukda sənə məktub var. Biletin, geri dönüş xərcin hamısı var. Get evə. O təyyarədə sumkanı yoxlamayacaqlar. Get oxuyandan sonra evdə təkrar et. Alınacaq...

Bölüm 15. Kənan, Susqun və Elvin.


Evə gəldim. Girər-girməz məktubu oxumağa başladım...

"Dəyərli dostum, Kənan. Yadındadırsa ilk dəfə sən məndən dostluq haqda soruşanda, mən insanın tək dostu elə özüdür, deyə cavab vermişdim. Bu gün isə mesajımda sənə "dostum" deyə müraciət edirəm. Çünki sən mənsən. Biz eyni adamıq. Keçmişimi bilirsən, bilmirsənsə sənin keçmişinlə eynidir. Öz icadım olan "K-19" adlı cihazın vasitəsilə başqa bir insana çevrilmiş və o insanın keçmişini sənə danışdım. Aldatmış sayılmıram, çünki o insan sənə öz keçmişini danışır. Mənim hazırda 38 yaşım var. Səndən 19 il böyükəm. Sənin 19 il sonranam. Sənin xoşbəxt olmağın mənim üçün də vacibdir. Sən gərək 19 yaşında xoşbəxt olasan ki mən də bu günümdə xoşbəxt olum. İndi isə "level 17 tr quantum 001"- işlət. labaratoriyada "zaman maşını" düz işlədi, sadəcə sən 19 il sonranla eyni yerdə idin. O vaxt bunu bilmirdin, heç alimdə bilmirdi. Sonra danışdıq, müzakirə elədik. "Level 17 tr quantum 001" isə onun ixtirasıdır, daha doğrusu G-19 dakı 3G planetindəki "Tanrıdan" oğurlayıb... İndi isə vidalaşırıq. Sənə "xoşbəxtlik" arzu edirəm... Xoşbəxt ol, dostum... Biz üçümüz eyni adamıq Kənan, Susqun və Elvin. Alimin öz xüsusiyyətidə Susqunun yəni sənin paralel dünyadakı varlığınla eynidir. Gələcəyin, paralel dünyandakı sən və sən, öz xoşbəxtliyini tapdın... Hələlik :)"



Bölüm 16. Epiloq.


"Level 17 tr quantum 001" i işə saldım. 19-cu cavabı seçdim. Suallara cavab verdim. Nəhayət gözlədiyim an gəldi. Mənə "xoşbəxtliyin" nə olduğunu tapdın, bu "açar 0019" dur...
İşimi qurtardım. Artıq bilirdim ki 19 ildən sonra mən də keçmişə dönüb 19 il əvvəlimə "xoşbəxtliyimi" tapmaqda kömək etməliyəm. Bu belə dövr edir. Cihazda da deyilir ki sən 19-cu Kənansan. Yəni ki Elvin 18-ci Kənan imiş. K-19 adlanan cihazın köməkliyi ilə Elvinə dönmüş və sənə kömək etmişdir. Son olaraq "zaman maşını" və teleportun köməyilə keçmişə dönürəm. 18-ci doğum günümdə yuxumda mənə deyilən 19 kitabı xatırlamaq üçün. Bəli bu, həmin səsdir. Elvinin mənə oxumaq üçün verdiyi 18 kitab. Sonuncusu isə yoxdur, ola bilməz. Səs yenidən danışır, deyir, bu kitabları oxuyub qurtarandan sonra, "xoşbəxtliyini" tapandan sonra 19-cu kitabı sən özün yaz. "Xoşbəxtliyini" necə tapdığına aid...


Bölüm 17. Proloq.


Bilirəm, dostum. Mənim "xoşbəxtlik" axtarışım 16-cı bölümdə bitib. Bu isə yeni bir başlanğıcdır. Bu "Proloqdur"... 
Düşündüm ki mən hər 19 ildən bir keçmişə dönərək, sahib olduqlarımı 19 il əvvəlki mənə ötürərək "xoşbəxt" olmayacam... Ölümsüz ola bilərdim, ağrı hiss etmiyə bilərdim, bütün insanların bildiklərini bilə-bilərdim... Ancaq istəmədim. Bütün sahib olduqlarımı bircə kitaba yazıram. Adını da "Xoşbəxtlik axtarışı" qoyuram. Hər 19 ildən bir yazılan bir kitab.. Kitabı özümdə saxlayıb bütün sahib olduqlarımı "G-19"-a geri göndərirəm. Mən adi olmağı seçirəm...


Bölüm 18. "Açar 0019".

1 oktyabr 04:41. 19-cu doğum günümdən 19 gün keçməsinə 19 saat 19 dəqiqə qalmış yuxuda bir şey görürəm və ayılıram. Yuxumda mənə hədiyyə gəldiyini görürəm. Gecə-gecə evi tərk eliyib yuxumda gördüyüm məkana geri dönürəm. Səssiz bir meşə. Yerdə bir hədiyyə qutusu var. Əyilib qutunu götürürəm. Açıram, içində bir kalendar və bir mesaj yazılı kağız var...

"Dəyərli, Kənan." Səni nə mən, nə gələcəyin, nə də paralel dünyadakı Susqun adlı ruhdaşın xoşbəxt edə bilməyəcək. Səni nə dinlər, nə ideologiyalar xoşbəxt etmir. Sən pula, kapitalizmə qane olmursan. Sənin tək ehtiyacın sevgi və sevəcək biridir. Kalendarda isə kiçik xatırlatma var. Lakin o insan səni sevmiyib, sevmir və sevməyəcəkdə"...


Bölüm 19. Xoşbəxtliyini tapan bədbəxt.

Kalendara baxıram. 2 oktyabr tarixi qırmızı dairəyə alınıb. Məktubun davamını oxuyuram. Sən bütün texnologiyalardan, ölümsüzlükdən, və ən əlçatmaz şeylərdən imtina elədim. Sənə mükafat olaraq "3G" - ni verirəm. Kənan, bu nə mənim hazırda qaldığım planet deyil. Bu "3rd G" -dir. Yox, sən 3-cü Tanrı da olmursan. Sən öz həyatında 3-cü G-nı alırsan. Bax, Kənan, sənin əsl xoşbəxtliyin budur. İndi isə bu uzun "xoşbəxtlik axtarışında" adlı 19 simvolluq əsərini 19-cu doğum günündən 19 gün sonra saat 19:19 yaz qutar. Qoy bu da onun ad günü hədiyyəsi olsun... Təbrik edirəm sən səni heç vaxt sevməyəcək birinə kainat dolusu texnologiyanı dəyişdin. Sən artıq "Xoşbəxtliyini tapmış bir bədbəxtsən"...

ƏSƏRİN SONU...

 


... dəfə oxunub
Qiymət: 9/10(19 səs)
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0294 saniye