Xoşbəxtlik haqqında ballada
Afig Huseynov tərəfindən "Hekayə" bolməsinə 20:42 03 may 2014 tarixində əlavə olunmuşdur

Bir dəfə yaşlı pişik balaca pişik balası ilə rastlaşdı.Pişik balası quyruğunu tutmağa cəhd edərək aramsız dövrə  vururdu.

Yaşlı pişik dayandı və tamaşa etməyə başladı,pişik balası isə hey quyruğunu tutmağa çalışır,arada bir yıxılır,sonra qalxaraq yenə quyruğunun dalınca qaçmağa başlayırdı.

-Sən niyə israrla quyruğunu tutmağa çaıışırsan? –yaşlı pişik soruşdu.

-Mənə dedilər ki,-balaca pişik cavab verdi-mənim quyruğum mənim xoşbəxtıiyimdir,bax ona görə də mən onu tutmağa çalışıram.

Yaşlı pişik gülümsəyərək-bu işi bircə yaşlı pişiklər edə bilər və dedi:

-Bir zamanlar mən də sənin kimi balaca olanda mənə dedilər ki,mənim xoşbəxtliyim də mənim quyrugumdadır.Mən də günlərcə quyruğumu tutmaq üçün qacdım,qaçdım amma tuta bilmədim.Yemədən içmədən ancaq qaçdım ,yıxıldım,durdum ,sonunda isə bu fikirdən vaz keçdim.Sadəcə durmadan ,ayaqlarım yorulub  lap taqətdən düşənə kimi getdim.Bilirsənmi birdən nə hiss etdim?

-Nə hiss etdin deyə pişik balası maraqla soruşdu.

Mən hiss etdim ki,hara getməyimdən asılı olmayaraq quyruğum da mənim arxamca gəlirdi...


... dəfə oxunub
Qiymət: 9/10(16 səs)
[qiymət ver ]
Şərh yaz
5+6=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0408 saniye