Xoşbəxtlik qamması
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 07:16 09 noyabr 2014 tarixində əlavə olunmuşdur

Şəhərin axşam görüntüsü.

Ali təhsil müəssisəsinin binasından tələbələrlə birgə çıxan Səbinə illərin yorğunu idi. 3-4 avtobus dolu olduğundan buraxdırıb nəhayətində birisinə minə bildi. 2-3 yerin boşaldığını izləyərək xəfif təbəssümlə ətrafına nəzər saldı. Yaşlılar kateqoriyasından bir nəfəri görməyib əyləşməyə qərar verdi. Başını şüşəyə dayayıb gözlərini yumdu.

Növbəti dayanacaqların birində gənc qadın ehtiyatla avtobus salonuna daxil olaraq tutacaqdan yapışdı. Simasından xoşbəxtlik yağan gənc qadın yorğun düşmüş tələbə qızın halını izləyib gözlərini mehribanlaşdırdı.

Səbinə telefon zənginə başını şüşədən araladı. Ekranda "Muradik" adı nümayiş olundu. Kiçik qardaşı. Zəngi açıb dəcəlin bir neçə sualını cavabladı.

Gənc qadına nəzər salarkən sanki içindəki səs onu narahat etməyə başladı. Görünüşcə bu gənc qadının elə də gözə çarpan xüsusiyyəti yox idi. Amma siması...

Növbəti dayanacaq və avtobus salonunda orta yaşlarında baxımlı qadın peyda oldu. Səbinə cəld ayağa qalxıb bu qadını əyləşdirdikdən sonra gənc qadınla yan-yana dayandı. İçini gəmirən sualdan canını qurtarmaq istəyirdi. Gizlin-gizlin gənc qadına baxırdı ki, bəlkə yanılır. Amma yox...

Gənc qadın isə növbəti dayanacaqların birində hesabı ödəyərək yavaş tempdə avtobusu tərk etdi. Səbinə hər nə düşündüsə, tələsik qəpiyi qutuya ataraq avtobusdan endi.

Gənc qadın sakit addımlarla irəliləyirdi. Çiyninə aşırdığı çantasını əlinə alan Səbinə qaçaraq ona çatdı. Gənc qadın azacıq heyrət dolu baxışlarla ona baxarkən gözlərinin qığılcımından xoşbəxtliyin başqa forması açıq-aşkar görünürdü.

-Şey...Xanım, bir söz soruşmaq istəyirəm.

-Buyurun.

-Siz...hamiləsiniz?

Səbinə sualı verib həyəcanlı anlar içində nəfəsini içəri çəkdi.

Gənc qadın təbəssümlə təsdiqlədi.

-Bəli.

Səbinə başını aşağı salıb kirpiklərini bərk-bərk qırpmağa başladı.

-Kaş sizə yer verərdim əyləşmək üçün.

Gənc qadın əlini uzadıb Səbinənin çənəsini qaldırdı.

-Dərd eləməyin. Onsuz da günümün 80 faizi oturmaqla keçir.

-Bəs neçə aylıqdır?

-3 aylıq.

Gənc qadının adı Məlahət idi. Əri "qız uşağı" istəmədiyindən Gürcüstana getmişdi. Ona dayaq olan yaşlı qonşularıdır...

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.0309 saniye