Çöldə tutqun bir hava var idi.O, hər gün olduğu kimi sahildə qırıq skamyasında oturub, dənizin dalğalarını izləyərək bir siqaret yandırdı.
O,bu mənzərədən zövq alırdı.Hər gün bu saatda buraya gələr və saatlarla dənizlə dərdləşərdi.Bugün hər zamankından daha fərqli görünürdü.Üzündə təbəssüm,sevinc hissləri var idi
Dərin bir ah çəkərək söhbətə başladı:
– Yenə də mən gəlmişəm.Yenə səninlə dərdləşməyə,səni bezdirməyə gəlmişəm. Səndən başqa danışacaq kimsəm olmadığı üçün burdayam.Sən mənim tək sirdaşımsan.Səninlə çox mövzular danışdıq.Bugünkü söhbətimiz isə xöşbəxtlik haqda olacaq,mənim xöşbəxtliyim haqda.
Siqaretindən dərin bir tüstü alaraq söhbətə davam etdi
- Bəzən insan özünə təsəlli verir.Bilərəkdən xöşbəxt görünmək istəyir.Kimsə dərdini anlamasın, kimsə zəifliyini bilməsin deyə.Bəlkə də yalnızdır.Çevrəsində kimsəsi yoxdur,hər kəs onu tərk etmişdir.Hər şeyə baxmayaraq yenə də gülür.İnsanın üzü gülsə də, gözlərindəki hüznü, ürəyindəki ağrını hissetdirməz.Yəni “İnsanın üzünün gülməsi xöşbəxt olduğu mənasını vermir”. Bəlkə də o insan yaşadığı ağrıları unutmaq üçün, xatırlamamaq üçün gülür, xoşbəxtlik mesajları verir.
Xoşbəxt olmaq və ya xoşbəxtlik sözünün mənası nədir? Yəni bir insanın xoşbəxtliyi üçün nə lazımdır?. Yüksək gəlirli bir iş mi? Həyatını ona həsr edən sevgilimi? Qardaş kimi dəyər verdiyi dostlarımı? Xoşbəxt ailə tablosumu?
Bunların hamısı da ola bilər heç biri də.
Bəzən insan xoşbəxt olduğunu zənn edər amma olmaz.Həqiqi xoşbəxtliyin nə olduğunu tapa bilməz.
Ey qoca dəniz mənim də özümə görə xoş xatirələrim var.Bir zamanlar mən də həyatımın ən xoşbəxt dövrünü yaşamaqda idim.Ta ki o qəzaya qədər.
Keçirtdiyim ağır yol qəzası nəticəsində ayağımı itirdim.Ömürlük bu həyata məhkum oldum. Artıq əvvəlki tək yeriyə,qaça bilməyəcəm.Bu əlil arabası bir ömür yoldaş olacaq mənə.O qəzadan sonra sevdiyim qız, mənim üçün canını verəcək olan dostlarım mənim üçün öldülər.Bu vəziyyətdə hər kəs məni tərk etdi.Öncələri halıma acıdıqları üçün yanımda olsalar da sonradan bir-bir uzaqlaşdılar.Məni bu halımla qəbul edə bilmədilər.Mən onlar üçün artıq bir yük,lazımsız əşya idim.Onlara ən çox ehtiyacım olan anlarda mənimlə bütün əlaqələrini kəsdilər.İlk başlarda çox acı çəkdim, çox üzüldüm.Hər şeyə küsdüm. Həyatım mənasını itirmişdi sanki.Bir zamanlar mənim üçün çox böyük önəm kəsb edən insanlar məni bu yaralı vəziyyətdə atıb getdilər.Özümü toparlamağım biraz zaman alsa da buna dəydiyini anladım.Mən artıq əsl xoşbəxtliyin açarını axtarmağa başladım.O qəzanın olduğuna, bu vəziyyətə düşdüyüm üçün bir tərəfdən Allahıma şükr edirdim.Çünki o qəza mənə çox şey öyrətmişdi.Çevrəmdəki çox insanın maskasını düşürmüş, mənə həqiqətləri göstərmişdi. Qəbul olunması çətin həqiqətlər.Amma sonunda qəbul etdim və çox sevincliyəm.
Mən xöşbəxtliyin nə olduğunu çox gec anladım.Bir insanın xoşbəxtliyinin ailəsi, ailəsinin var olmasını anladım.Çünki ailəndən başqa kimsə səni şərtsiz sevməz.Hər anında,yaxşı günündə, pis günündə bir an olsun bezmədən ilk əvvəl ailən yanında olar.Səni heç bir zaman tək buraxmaz .
Bir şeyi də anladım ki həyatda tam olaraq yalnız ailənə güvənəcəksən.Ailən xaricində hər kəsə ən az bir faiz şübhə ilə yanaşacaqsan.Çünki yalnız ailən sənin pisliyini istəməz, nə olur olsun yalnız ailən səninlə maraqlanar. Səndən nə isə ummaz.Uğurunu qısqanmaz.Çox təəssüf ki, bunun da qiymətini gec anlayırıq.Mən gec də olsa həqiqi xoşbəxtliyin nə olduğunu tapdım .
Xoşbəxtlik demək Ailə demək
Sevgi demək Ailə demək
Ailə-dostdur
Ailə-sevgidir
Ailə-xoşbəxtlikdir
İndi artıq mənim üçün getmək zamanıdır..Vaxtında dəyərini bilmədiyim, zamansız itirdiyim ailəmin, anamın atamın yanına getmək və onlara qovuşmaq zamanıdır.Əlvida qoca deniz.Busəninlə son görüşümüzdü ƏLVİDA …
Mən xoşbəxtliyə gedirəm …
STOP…
Görüntü kəsildi….
Cabbar (rejissor) – Çəkiliş bitdi. Çox gözəl bir performans sərgilədin Elcan.Təbriklər
Elcan – Çox sağ olun Cabbar bəy.İcazə versəniz mən gedərdim.Çox önəmli bir işim var.
Cabbar – Bugünlük işimiz yekunlaşdı onsuzda. Çıxa bilərsən.
Elcan qapıdan çıxa çıxda telefonu zəng çaldı:
- Elcan oğlum hardasan ?
– Nə var ana, nə olub yenə ?
– Oğlum bu gün atan gecə növbəsindədi.Evə bir az tez gələ bilərsən? Özümü yaxşı hiss etmirəm.
– Ana işlərim var mənim.Gecə gec gələcəm, sən məni gözləmə yat
– Yaxşı oğlum.