Xumarın eşqi üçün tərki-diyar oldu Sənan, Özünün dərdi olub dərdə düçar oldu Sənan
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 21:08 10 dekabr 2015 tarixində əlavə olunmuşdur

Xumarın eşqi üçün tərki-diyar oldu Sənan,
Özünün dərdi olub dərdə düçar oldu Sənan.
***
Gətirib tanrıya iman,yaşamış Allaha qul,
Ruhu oxşar bu həqiqət,edə hicrət də qəbul.
Uca tut,ülvi məhəbbətdi,şərafətdi bu yol,
Veribən ömrünü qurban dili-zar oldu Sənan.
Xumarın eşqi üçün tərki-diyar oldu Sənan,
Özünün dərdi olub dərdə düçar oldu Sənan.
****
Kimi öz eşqini gizlətdi ürək sirri kimin,
Kimi dərman dilədi dərdinə dilbər Kərəmin.
Kimi rüsvayi-cahan oldu əlindən bu qəmin,
Fələyin tərs yazısındanmı fərar oldu Sənan?
Xumarın eşqi üçün tərki-diyar oldu Sənan,
Özünün dərdi olub dərdə düçar oldu Sənan.
***
Bu xəzandan sənə yoxdur nə ziyan,zərrə qədər,
Sola bilməz dedilər,solsa əgər dərd gətirər.
Dözə bilsən qəmə möhtac ürəyin vəslə yetər,
Bu səbəbdən usanıb səbri-qərar oldu Sənan.
Xumarın eşqi üçün tərki-diyar oldu Sənan,
Özünün dərdi olub dərdə düçar oldu Sənan.
****
Məni köz eylədilər,yandı dilim,qaldı külüm,
Ala bilməz səni məndən dedilər,aldı ölüm.
Sağa döndüm cəfa gördüm,sola döndükdə zülüm,
Şəmə pərvanə yanıb könlü qübar oldu Sənan,
Xumarın eşqi üçün tərki-diyar oldu Sənan,
Özünün dərdi olub dərdə düçar oldu Sənan.

24.02.2015.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0261 saniye