Xuraman (ardı)
cəmilə tərəfindən "Hekayə" bolməsinə 17:43 02 iyun 2014 tarixində əlavə olunmuşdur

Yenə qoydum kağızı qələmi qarşıma.Nə yazım, kimdən yazım bilmirəm. Arzularım deyə başlayıb onlar nə deyəcəklər bitən cümlələr. Eh! Onlardır məni susduran.Dilimə bir qandaldır, cümlələrimə bir zindadır. Dərdlərim boyumu aşır artıq.İnsan nə dərəcədə güclü olar axı?! Böyümək dedikləri şey buysa.Qalsın həyat, qalsın.Qalsın özünə, verdiyin ömür.Yox, yox bu qədər aciz deyildim mən! Noldu axı?! Yenə suallar arasında itib batdım. Sözlər boğur məni dedim ya.İndi onları söyləməyin vaxtı deyil mi?! Bilmirəm Xuraman  deyir aynadan mənə baxan o qız.Danışamamalısan hələki.Qoy sən yox, əməllərin danışsın.Qoy insanlar utansın bu dəfə. Səhvi axtarma başqalarında.O kəlimələri sən doldurdun ağzına. İndi hara qusacağını da bilmirsən.Sakit səssiz ölümü gözlərmiş kimi. Zümrüd quşu kimi yenidən küllərindən doğmaq zamanın yetişir. Susub otur demirəm sənə.Ama qalxdığın zaman hərkəsdən yüksəkdə olduğunu göstər onlara.Bacaracağına inan bu dəfə.

Yox, Xuraman yorulmuşam deyirəm aynadakına.İnan ki yorulmuşam.Kimə inandıysam getdi.Kimi sevsəm yarı yolda qoydu məni.Üstəlik də bilinməzlər arasında.Belimə ağrılar yükləyib davam etdim yoluma.Sonra yıxıldım.Balta çalanım da çox oldu.Heçkəs tutmadı əlimdən.Düşdüyüm yerdə çaxıldım sanki. Dizlərim qanadı. Qalxa bilmədim, ağladım. Səsimi bir Allah eşitdi. İndi məni günahkar bilənlər var namaz qılmırsan deyə.Ay insafsız, sən onun adını anmayanda mən gecələrcə ona dua edirdim.Pul istəmədim ,cənnət istəmədim.Sadəcə bir nəfəslik həyat istədim sevdiklərimə.Bir gülüş istədim ki ömrü uzun olsun. Bunları da istəməyə üzüm yox idi düzdü.Amma bilirdim ki, rəhmlidir Allahım.

  Yenə çox danışdın, Xuraman. Hə bilirəm yatmaq zamanıdır.Biraz daha danışsaq olmazmı deyə soruşuram aynadakından.Yox dedi mənə.Beynini yorma.Yat ki mələklər öpsün qəlbindən.Arzularını da onlar eşitsin ki aparsın Allahın hüzuruna.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+21=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0275 saniye