Mən həmişə təkəm. Düzü bu aralar daha da tənhalaşmışam. Çoxluq içində yalquzaq olma. Bu da ayır bir istedaddır məncə. Gülümsəyirəm öz sözlərimə. Hərdən də öz özümə vecsizləşirəm. Sonra qorxuram. Gülməyə belə qorxuram. Ya birşey olarsa deyə.Zövq ala bilmirəm bəzən. Qaçıram hərkəsdən. Unuduram həystdakı bütün işlərimi. Oturub təbiətin qoynunda seyr edirəm olanı bitəni.
Ən gəncindən yaşlısına kimi. Kimisi üzündə yaşamaq arzusunu öldürüb. Kimisi isə qırışlarında gizlədib gülüşlərini. Övlad qayğısı, iş stresi, dərslər, insanlar... İnsan bəzən tək qalmaq istəyir.. Bataqlıqa gülün qoxusunu duymaq istəyir. Mən də keçən zamanı izləyirəm. Yaşadığım anı hiss etmək üçün. Bəlkə də gecikmişəm onu da bilmirəm ki. Həyat mənim üçün bir uşağın gülüşü qədər məsum idi bir zamanlar. İndi bütün qorxularımdan uzaqlaşıb yenə sığınıram o məsumluğa. Özümü qoyub kənara, insanları izləyirəm. Hansı sevinclər yatır bu şəhərin küçələrində deyə düşünürəm. Bir telfona sıxışmış zehinlər. Bu asılılıqdan qurtardım. İndi anlayıram ki, mən böyütmüşəm hərşeyi. Xoşbəxtliyin formulu bəsitmiş sən demə. Bakıyla dərdləşorəm biraz. Sən də kimlər üçünsə əlçatmazsan deyirəm. Özün də bilmədən.
Sən də eləsən deyir mənə. Özüm də bilmirsən. Ya da mən dəyişdiyim kimi səni də dəyişdirəcək kimlərsə. Əl ələ tutan sevgililərə baxıram. Gülürəm ama kinayəylə. Biz qadınlar hər yaşda qayğı,diqqət istəyirik. Əzizlənmək haqqımızdır. Bakı da gülür..Kimsə anlamır bizi .Ki görmək də istəmir. Mənim kimi o deyir.Bax insanlara! Onların heç biri sevmir məni. Amma mən varam.Onlar istədi deyə yox, hələ də kimlərəsə əlçatmazam deyə də yox. Sadəcə varam.Qəlbim var. Sən bugün gördün bunu. Çox danışma indi. Dinlə insanları.Tanı,izlə sonra can de.Bəs necə edim ki, yaralarım sağalsın?! Zaman ən yaxşı müəllimdir. Burax zamana hərkəsi.Amma icazə vermə ki, saniyələr kəssin ümidlərini. Əksinə daha da bağlan həyata. İnan, Xuraman dedi Bakı. Oturduq. Bir çayını içərdim ama yavaş yavaş getməliyəm dedim. Getmədən bir iki söz deyərsən mi?! Yox, Bakı. İndi vidalaşmıram sənlə.Yenə gələcəm. Gülümsəyib uzaqlaşıram oluğum yerdən.