Xuraman (böyümək)
cəmilə tərəfindən "Hekayə" bolməsinə 23:19 03 iyun 2014 tarixində əlavə olunmuşdur

Beynimdə yığılıb qalmış suallar.Ruhum sıxışır hərdən.Sanki bədəndən bezmişcəsinə.Əslində yaşamağı mənim qədər sevən çox az insan var bilirəm.Amma onu da bilirəm ki bu başqa cür hissdir.İnsan bəzi şeyləri atdıqca içinə ya sonda tamamilə vecsizləşir, ya da əksinə kobud bir insan olur ətrafdakılara.Yaşamaq dedikləri şey nəfəs almaqdan ibarət olmamalıydı məncə. Bu qədər bəsit olmamalıydı.Ya da nə bilim.Özümü sıxıram bu suallarla.Kimsə oturub düşünmür bilirəm bu haqda.Arzularım deyirəm həmişə.Əgər əlçatmazdırsa daha bir möcüzəvi görünürlər gözünüzə.Elə bilərsən ki onlar həyata keçsə dünyanın ən bəxtəvər insanı sən olacaqsan.Bilmirəm həqiqətən belə olacaq mı ya yox.Bu dəfə öz dostumla söhbətləşirəm.Yox bu bir insan deyil.Mən artıq öyrəndim bir insana güvənilməyəcəyini.Uşaq vaxtımdan hara getsəm yanımda ayırmadığım balaca kuklam.Nə qədər ələ salardı dostlarım məni.Heç vecimə də olmazdı.Kənardan deyilənləri qulaqardına vurardım çox zaman.Ona baxıram.Nə çox zamandır bir yerdəyik deyirəm.Gülümsəyir heçkəs görməsə də.Sən heç böyümürsən axı!Biraz səsində tənqid hiss edirəm.Bilirəm deyirəm.Mən artıq bunu bilirəm.Axı böyümək kimə gərək?!Olmazmı ki həmişə belə qalım."Yox, olmaz" deyir mənə.Niyə axı?!Çünki hərkəs birgün böyüyür.Əgər sən həmişə belə qalsan, həyatda çox zərbə alırsan.Çox insan istəmədən böyüyür.Bəziləri tez buraxır məni.Gedib yad əllərdən tuturlar.Amma sonda məni qucaqlayıb yatırlar.Yəni içindəki uşağı öldür demirəm, amma artıq anla ki heçkəs sən kimi deyil.Oyan biraz.Yuxulu kimisən həyatda.Sənə daima gecədir sanki.Bəlkə də günəşimi görməmişəm deyədir deyə gülümsəyirəm.İnsanlar nə zaman yuxudan oyanır.Günəş doğduqda.Mənim günəşim olmadı ki deyirəm.Ki məndə buraxım səni verim onun dünyasına.Mən heç ayılmadım qaranlıqdan,dərinlikdən,bilinməzlikdən.Gülürsən mənə amma bu belədir.Böyümək lazım bilirəm.Bir qız nə zaman qadın olur bilirsənmi?!Atasını itirəndə ya da "günəşi" doğanda dünyasına..Hərnəysə boşver deyirəm.Qucaqlayıram astaca dostumu.Yuxu zamanıdır deyir mənə.Gülümsəyirəm.Sən də mi?! deyə.Hə astaca yum gözlərini.Ki mələklər öpsün qəlbindən...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+0=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.024 saniye