Bəzən susmaq istəyirsən, Xuraman.İnsan danışarkən düşünürsə, sevgidən söhbət gedə bilməz.Susurdum, çünki məni anlamağını istəyirdim.Aylar deyil ki ayrı qaldığımız.Daha dünən kimi?Yox,yox əsrlər keçib sanki.Keçmişin qoxusu var üstümdə.Darıxdım sözü canımı yandırdı.Küllərimi topla yenə gəl.Sözlər deyil bizi bağlayan.Kilometrlərcə uzaq da olsan da yanımdaysanmış kimi.Gözlərindən öpdüm can.Öpüşümü baxışlarında saxla.Bilirsən, mən orda ölmək istərdim.Boynundakı qoxunu götür sadəcə,gizlincə gəl yanıma.Sadəcə sevgidən danışaq bu gecə.Həsrəti qoy da gəl.Lal gecələrin ən dərin susqunluğudur sənə hayqırışlarım.Qulağını batırırcasına.Səni unudurmuşcasına verdiyim andlarım.Bilirsən sözlərimi tuta bilmirəm.”Sən” desəm, özümü anlatmış olardım əzizim.Onda deyim ki, “sən” elə “sənə” əmanətsən.Bir xəyal qədər yaxınsan,bir xəyal qədər uzaq
Məktubunu açmadan qoxladım Kamal.Qəlbindən barmaq ucların axan sözləri.Ən günahkar hissləri.Ən ümidsiz sətirləri gördüm daha açmadan.Özümə verdiyim sözlərin sayını unutdum can.Amma səni “unutmağı” unuda bilmədim.Xatırlayırsan mı?!Ata idin xəyallarımızda.Boynu bükük buraxma övladlarını.Şeirlərimi qəmzəndə basdırdım.Gülüşlərinin ən gözəlini “sol”tərəfimdə pis günlər üçün saxlamışam demişdin ya.”Unudacam”son yalanımız olsun can.Mövsüm yaz olsa da, üşüyürəm.Ah bu ay, necə də bənzəyir o sərt qışlara!Yox, narahat olma örtürəm üstümü gecələri.Ama qəlbim açıq qalıb..Odur ancaq, üşüyən yoxluğunda.Allaha əmanət etmişdin ya.Özün baxa bilməzdin mi deyə bilmədim sənə.Şah damarım da işini yavaşladır artıq, mən xatirəni yaşatmağı borc bilərkən özümə.Ümidi qırıntıları atdım getdiyim hər yerə.Ki arxamca yolu tapa biləsən deyə.Hərşey birgün bitir deyirdilər də inanmazdım.”Hərşeyim”mənə yalan olsa da yeni hekayə yaz desəm, çox mu aciz olaram gözlərində?!Lənət olası həyatın qanunlarına.Bircə şeyi unutma sevdiyim, sənin yerin mənim yanım.İçim rahat da deyil.Qorxuram səni mən kimi sevə bilər biri.Öpdüm qəlbindən..