Xuraman (məktub)
cəmilə tərəfindən "Hekayə" bolməsinə 23:23 03 iyun 2014 tarixində əlavə olunmuşdur

Çarəsizlik nədir indi anlayıram.Gözyaşları belə kömək etmirdi artıq.Öldükdən sonra arxamca deyiləcəklər ağır olacaqdı ruhuma.Amma artıq yaşamaq yetərincə ağır idi onsuzda.Bilirəm günah yazılacaq boynuma.Onun verdiyi canı özüm sonladırıram.Ama neyniyim?!Yaşayaraq ona isyan etməkdənsə gedib özüm soruşararam niyə mən deyə?!.Bir saat sonra olacaqları düşünürəm.Oğlumu..Onu tək qoyub getmək bu həyatda.Onu yetim  qoymaq.Bir ömür yaralı qoymaq.İnsan ölümdən sonrasını düşünməzmiş intihar edərkən.Qoyub gedəcəklərini anımsarmış.Düşünərmiş və deyərmiş ki “elə mən ölsəm yaxşıdır”.Ölümü düşünmək daha rahat olarmış.Və özümü buraxdım boşluğa.Son anda nə düşündüm bilmirəm.Yerdə yatan cansız bədənimdən qorxanlar oldu..Gülənlər hətta.”Ay vicdansız mənim həyatım bitib,çox mu gülməlidir?!”demək də olmur.Sonra biraz keçir,qınaqlar başlayır.Bilib bilmədən danışırlar da sən heçnə deyə bilmirsən.Polis gəlir,rəsmini çəkir son dəfə,üzərini örtüb gözləyirlər biri gələr mi deyə.Birazdan fəryad qopur.Ah oğlum,bağışla atanı.Sahib çıxa bilmədim sənə.Geridə qoyub getmək elə çətinki.Soyuqsan deyirsən.Ölümü hiss edək deyədir oğlum.İsyan edirsən.Ağlayırsan.Xatırlayırsan mı sonuncu dəfə səni döydüyümdə ağlamışdın.İndi cansız bədənimi qucaqlamış yatırsan.İnsan gülərkən utanır ətrafdakılar nə deyər deyə düşünər.Amma indi heçkəsi görmədən.Acizlik bilmədən gözyaşını ağlayırsan.Oğlum,gedirəm bağışla..Layiq ola bilmədim sənə.Bu həyata heçvaxt yenilmə.Həyatın qanunlarına..Lənət olsun nə deyim ki.Sən sən ol əsla kimsə üçün ağlama.Haqqını tapdalatma.Atan kimi olma.

 


... dəfə oxunub
Qiymət: 3/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
1+18=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0342 saniye