Xuraman
cəmilə tərəfindən "Hekayə" bolməsinə 17:40 30 may 2014 tarixində əlavə olunmuşdur

Əzab çəkirdim.Nə olduğunu anlamırdım.Oxuduğum kitablar,dostlarım,ailəm belə artıq əvvəlki kimi yaxın deyildi.Tək rahatlıq tapdığım musiqilər idi.Və mən nə olduğunu anlamırdım.Səbəbi nə olur olsun, mən bir yerdə dayana bilmirdim.Əzab çəkirdim dedim.Vicdan əzabı deyildi bu.Bəlkə də beləydi.Əgər nə olduğunu bilmirdimsə.Susurdum.Ətrafımdan uzaqlaşırdım.Gənc deyildi ruhum.Sanki yaşamağın heç bir mənası yoxmuş kimi.Bakıya gələndə qurduğum arzular.Xəyal olaraq qalan xəyallar.Həqiqətən nə istədiyim bilmək istərdim.Bilmək istərdim mi onu da bilmirəm.Bunları niyə yazıram da bilmirəm.Bir yerlər vardı.Hərkəsin anlatdığı,xoşbəxt ola biləcəyi.Mən də ora gedəcəyimin ümidiylə yaşayırdım bir zamanlar.Uşaq deyildim ki artıq.Oturub saatlarca yaza bilərdim.Ama artıq yazmaq belə mənasını itirmişdi.

Yaşım 20 idi artıq.Nəyi gözləyirsən ki?!Artıq öz həyatını qurmalısan deyənləri də unutmuram.Hara getsəm, eyni sözləri eşidirdim.Axı mən sizdən az mı düşünürəm gələcəyimi.Sanki arzularımı desəm alqış tutacaqsınız mı?!Qız uşağıyam mən.Mənim qadağalarımı siz yaratdınız.İndi hördüyünüz divarları aş deyirsiniz.Ya da o divarın dibində otur.Orda həyat qur deyirsiniz.Əgər hərgün oturduğum yer mənə məzar olacaqsa niyə yaşayım axı?!Bilirəm siz məni çox düşünürsünüz.Hətta mənim nə istədiyim də sizə maraqlıdır.Bilirəm bilirəm.Məni məndən qorumaq istəyiniz gözlərimi yaşartdı əzizlərim.Siz ki məni çox sevirsiniz.Susun heç olmazsa.Susun ki daha da kiçilməyin gözümdə.Daha doğrusu yox olmayın.Adınızı qoya bilmirəm artıq.

Ordan dostlarımı görürəm.Sizi də unutmadım.Bilirəm zamanı gələndə döyəcəksiniz qapımı.Yox aqresiyya deyil bu.Hərkəs çox mu doğru yaşadı görəsən?!Görəsən bu qədər yanlışın içində doğulacağımı bilsəydim anamdan bərkə bərk yapışardım mı onun bətnində.Yox!İnanmıram ki,sizi tanısaydım gələrdim bu dünyaya.

Öz arzularım qaldı yenə kənarda.Beynimə daraşan cümlələr var.O qədər suallarım var ki.Ən birinci sualım.Mən həqiqətən nə istəyirəm?!Xoşbəzt olmaq mı,yoxsa sadəcə pul mu, ya da şan söhrət.Bəlkə də heç biri.Mən sadəcə sevgi istəyirəm.Bir ailə istəyirəm.İki uşaq və ailə həyatı.Onları böyütmək.Bəlkə də cəmiyyəti mən yox,övladlarım dəyişər.İnanmıram.Onlar bəs deməyəcək mi, ana bizi niyə gətirdin bu dünyaya.Bax yenə qarışdım suallar içində.Mənə variantlarla gəl həyat.Qarşıma qoymusan sualları.Axı mən həmişə zəifəm imtahanlarda.Kəsilməmişəm amma son anda keçmişəm.Bax yenə boş boş danışmağa başladım

Əzab çəkirəm demişdim.Tapdım deyəsən əzabımın nə olduğunu.Mən vicdan əzabı çəkirdim.Allahın mənə verdiyi heçnədən istifadə etmirəm deyə mi görəsən?!Ya da "onların dediyini etməməyin" vicdan əzabımıydı?!Yox , yox!Mən aynada gördüyüm qıza qarşı başım aşağıdır.Dik tut çiyinlərini.Sən ki güclüydün deyirəm.Susuram yenə.Çox danışdım.Danışmaqdan da birşeylər etməyə zamanım qalmır ki.Bax yenə əsəblərimə də toxundu düşüncələrim.Ən yaxşısı yatmaqdır bəlkə də.Hərşeydən uzaqlaşmaq da bir çıxış yoludur.Yenə danışdıq bəlkə də.Bilmirəm.Ehtiyacım olanda gələcəm yenə.Hərnəysə.


... dəfə oxunub
Qiymət: 7/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
1+28=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0307 saniye