Şəfa ver qəlblərə sən damla-damla
Ürəklərdən buzu ərit Ya Allah.
Sənə gəldim arzu,istək duamla.
Könlümdəki izi ərit Ya Allah!
Salam yoxdu yurd,yuvada ellərdə,
Zəhər yağır zillət yağır dillərdə.
İndi su quruyub Xəzər,Nillərdə,
Kinlə dolu sözü ərit Ya Allah!
Məsumlara Salam verən surulur,
Haqq yazılan varaq indi cırılır,
Mədrəsələr din ocağı qırılır,
Bu günahla bizi ətit Ya Allah!
Xeyir-şərlə muqavilə bağlayır,
Analar oğulsuz sinə dağlayır.
Qara rəngli üzlər görüb ağlıyır,
İki turlu uzu ərit Ya Allah!