YA DOSTDUM OL MƏNİM YADA SEVGİLİM
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 10:45 31 mart 2020 tarixində əlavə olunmuşdur

YA DOSTDUM OL MƏNİM YADA SEVGİLİM


Gəl biz ikilikdə bir fikrə gələk,

Bir də aramızdan keçməsin külək.

Hər günün, hər anın qədrini bilək,

Danış,ürəyindən keçəni bilim -

Ya dostdum ol mənim, yada sevgilim!

 

Gəl, baxma üzümə daha yad kimi,

Şölə saçsın saf eşqimiz od kimi.

Səni xatırlayım şirin dad kimi,

Qoyma ürəyimdən eşqini silim -

Ya dostdum ol mənim, yada sevgilim!

 

Ötüb keçən anlar qəlbimizdə iz,

Şirin xəyallara həmdəm olaq biz.

Özün de, mən necə yaşayım sənsiz?

Əgər küsmüsənsə de, hardan bilim -

Ya dostdum ol mənim, yada sevgilim!

 

Unutsaq bir vaxtlar səslənən andı,

“Sevmirəm, çıxıb get” - demək asandı.

Dediyin hər sözə məni inandır,

Bir anlıq titrəsin dodağın-dilin -

Ya dostdum ol mənim, yada sevgilim!

 

Keçir dərd içində hər anım daha,

Gümanım qalmayıb mənim sabaha,

Sənə and verirəm uca Allaha,

Bir kəlmə xoş söz de, özümə gəlim -

Ya dostdum ol mənim, yada sevgilim!



MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV


... dəfə oxunub
Qiymət: 1/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
8+9=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0297 saniye