Ya rəbbim təki mən,sənə olum möhtac
Məni başqa birisinə sən etmə möhtac.
Ay Allah,mən sənə edirəm dua
Ey tanrım sənə güvənərək yaşayıram dünyada.
Dualarımı sən qəbul et,sən qəbul
Məndə qarşında olaram bir qul.
Onsuzda mən sənin bir bəndənəm
Şeirlərimi sənə həsr edirəm hər bənddə mən.
Ya rəbbim sən aciz bəndələri qoru
Sən istə qarşında məndə qul olum.
Tanrım mən sənin köməksiz bir bəndənəm,
Adəmlə həvvadan yaranmış bəndən.