Yad oldu
Elnur Soltanoglu tərəfindən "Şeir" bolməsinə 20:03 12 fevral 2015 tarixində əlavə olunmuşdur

Bilməm nə səbəbdir, bizə dövran da yad oldu.
Düşman kəsilib hər məqam, hər an da yad oldu.

Verdinsə dəyər, bildirərək söyləmə: - "cansan"
Bir də görəcəksən sənə o "can" da yad oldu.

Bizlər unudur insanı, insanlığı, hətta
Diqqət ilə bax, insana insan da yad oldu.

Doğma deyilənlər yada çevrildi sonunda,
Doğmalığı əks etdirən o qan da yad oldu.

Şeytanlıq edib şeytana lənət oxumaqdan,
Yoxdur dəxi şeytan, bizə şeytan da yad oldu.

Mən yarə görə səbr edib hər dərdə dözürdüm,
Tərk etdi məni sevgili canan da yad oldu.

Sən dünyanı dərk et, o həqiqət gözü ilə,
Vədə yetişəndə demə Cinan da yad oldu.


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+14=
Hesaba giriş
Müəllif

Elnur Soltanoglu
Haqqında
Elnur Soltanoğlu Qubadov. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakultəsinin məzunu. Sözlər insanın daxili aləminin təzahürü, insanlıq meyarının göstəricisidir. Sözə dəyər verməliyik ki, insan olduğumuzu da unutmayaq!!!
Əlaqə
E-mail:
soltanoglu1990@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0299 saniye