Bağışlayın sizi daha əvvəl sevmişdim deyəsən.Ya da sizə tam oxşar biriydi mənə elə gəlir.Eyni hissləri yaradırsınız.Deyəsən tanışıq biz.Gözlərinizdə yaşadığınız acıların izləri var.Gözyaşlarınızı saxlamayın.Bu acizlik deyil.Mənə baxdığınızda yaratdığınız düşüncələr anlaşılmazdır.Sözlərin belə aciz qaldığı yerdəyik.Xəyallar da qurmuşduq deyəsən sizinlə.Eyni gecədə bir bədəndə yatmışdıq.Bir dəqiqə dayanınXatırladım sizi.Siz o yarım qalmış arzularımın səbəbkarısınız.Gülüşümü bənizimdə öldürən.Qəmzəmi qəbir edən onlara.Bütün ruhumu əsir almış o insansınız.Xatirələr doğmadır mənə.Anlamadığım o boşluğun,ayla yoldaşlığımın,gecəylə sevişmələrimin,küləklə gizlin görüşlərimin tək səbəbkarı.Nəfəsiniz istidir yenə.Ancaq sadəcə boynumda qalmayıb qoxunuz.Tanış gəlir baxışlarınız.Bir zamanlar bir dünya yaratdığım.Mərkəzində siz duran.Siz deyirəm inciməyirsiniz yəqin.Çünk getdiyinizdən bəri çox şey dəyişib.Unutdum dediyimə baxmayın.Sadəcə yadlaşıb bütün “keçmiş”.Deyəsən geridə qoymuşam “eşqimizi”.Sən desəm dəyişəcək mi nəysə.Məni sənə bağlayan sözlərdimi “sevgili”m.Uzaq bir tanışlıq qədər səmimiyyətimiz varkən.Uzatmayaq daha da bu söhbəti.Mənsiz xoşbəxt ola bilməmisən.Görürəm.Demişdim sənə:"Səni mən qədər heçkəs sevə bilməz” deyə.