İnsanın yaddaşını gücləndirməsi öz əlindədir. Bunun üçün beyini hazırlamaq, daim işlətmək lazımdır. Beyinin çox işləməsin onun bütün fəaliyyətinin üzə çıxarılmasına kömək edir.
Həmin məşğuliyyətlərin 6-sı daha vacibdir:
1. Yeni bir dil öyrənin – Bu, yaddaşla bağlı yarana biləcək problemlər üçün ən güclü silah hesab edilir. Dil öyrənmək beyinin yaddaş hissəsinin var gücü ilə işləməsinə səbəb olur;
2. Krossvordla və söz oyunları ilə məşğul olun – Çoxları elə hesab edir ki, krossovord əzbərçiliyə gətirib çıxarır və bu, savad baxımından zərərlidir. Ancaq əzbərçilik özü yaddaş problemi ilə mübarizədə lazımdır. Ona görə, krossvord və söz oyunları ilə beyninizi vaxtaşırı işlədin;
3. Musiqi dinləmək olduqca vacibdir – Alimlər müəyyən ediblər ki, musiqi dinləmək təkcə yorğunluğu götürməkdə və psixoloji problemlərdə kömək olmur. Musiqi dinləmək həm də zehnin itiliyini artırır, diqqəti gücləndirir və nəhayət, yaddaşı qoruyub saxlayır;
4. Öz-özünüzə danışın – Bu, tam ciddi səslənmiş fikirdir. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, insanın beynindən keçirdiyi fikirləri, sözləri yüksək səslə deməsi diqqətin artmasına kömək edir.
5. Fərqli kitablar oxuyun, cümlələri əzbərləməyə çalışın – Bir dəfə bədii kitab oxuyanda, bir dəfə də elmi kitab oxuyun. Kitablardan sitatları, maraqlı fikirləri yadda saxlamağa çalışın;
6. Əl-göz koordinasiyasını artırın – Əl-göz koordinasiyası əl və gözün həssas əlaqəsidir. Burada əl hərəkətləri gözlə tənzimlənir. Əl-göz koordinasiyasını inkişaf etdirən məşqlər edin. Bunlar nəticə etibarilə beynin inkişafına gətirib çıxarır.