Yadplanetlilərin övladları - ŞUMERLƏR
Elnur Əzizov tərəfindən "Digər yazılar" bolməsinə 10:56 13 noyabr 2014 tarixində əlavə olunmuşdur

Şumerlər kimi qədim və yüksək inkişaf etmiş sivilizasiya alimləri fikirləşməməyə vadar etməyə bilməzdi. Qədim xalq elmin bu cür inkişafına necə nail olub? Astronomiya və riyaziyyata aid olan minlərlə şumer mətnləri tapılıb. Onların arasında fundamental riyaziyyata aid elə mətnlər var ki, burada mürəkkəb fiqurların sahəsinin tapılması, kökün öyrənilməsi, tənliklərin həlli qeyd edilib. Şumerlər çox mürəkkəb hesablama sistemindən istifadə ediblər. Bu tip mürəkkəb sistemlər müasir dünyada kompüterlər ixtira edildikdən sonra istifadə edilməyə başlanılıb. Ufoloqların versiyasına görə, şumerlər bu tip elm və bilgiləri yadplanetlilərdən alıblar. Onların fikrincə, bu elmin başqa izahı ola bilməz.

Şumer mətnlərində Günəş sisteminin inkişafı, yaranması və düzülüşü barədə, planetlərin siyahısı və xarakteristikası haqqında ətraflı məlumat verilib. Şəkillərdən birində Günəş sistemi təsvir edilib. Mərkəzdə duran Günəşin ətrafında isə bu gün bizə məlum olan bütün planetlər yer alıb. Amma şumerlər Plutonu Saturnun yanında təsvir edərək, onun peyki olduğunu bildiriblər. Şumerlərin fikrinə görə, Mars və Yupiter arasında bizə məlum olmayan böyük bir planet fırlanıb. Onlar bu planeti Nibiru adlandırıblar. Nibiru kəsişən mənasını verir. Nibirunun çox böyük orbiti var və 3600 ildən bir Mars və Yupiterin arasından keçir. Şumer mətnlərinə görə, anunakilər (“Səmadan Yerə enmişlər” mənasını verir) 445 min il əvvəl məhz bu planetdən Yerə təşrif buyurublar.

Niyə Nibiru sakinləri Yer planetinə enib? İddiaya görə, Nibiruda ekoloji problem başlayıb. Getdikcə nazikləşən atmosfer təbəqəsini qorumaq üçün anunakilər qızıldan hazırlanmış qalxan hazırlayıblar (bu təcrübə müasir kosmik gəmilərdə kosmonavtları radiasiyadan qorumaq üçün istifadə edilir). Anunakilərə qızıl lazım idi. Bu qızıl yeddinci planetdə - yəni Yer kürəsində tapılıb. Bu zaman Nibirudan ilk ekspedisiya Yer planetinə göndərilib. Ilk olaraq anunakilər bahalı metalı Fars körfəzində suyun altından çıxarmağa çalışıblar. İlk uğursuzluqdan sonra Cənubi-Şərqi Afrikada şaxta inşa ediblər. 300 min il əvvəl anunakilər genetik manipulyasiyanın köməyi ilə xüsusi işçilər, yəni Homo sapienslər (ağıllı insan) yaradıblar. Yadplanetlilər Homo sapienslərə bilik və bacarıqlarını öyrədiblər. Zaman keçdikcə iki sivilizasiyanın, yəni yadplanetli və yerlilərin qovuşma prosesi başlayıb. Nəticədə, Homo sapiens və anunakilərin ortaq uşaqları dünyaya gəlib. Məhv olmuş Nibiru planetinin mövcudluğu amerikalı astronomlar tərəfindən də təsdiqlənir. Onlar Günəş sistemi ətrafında, Mars və Yupiter planetləri arasından keçən elliptik orbitdə planet qalıqları aşkar ediblər.

Publika.az


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
6+19=
Hesaba giriş
Müəllif

Elnur Əzizov
Haqqında

Əlaqə
E-mail:
elnurazizov90@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0264 saniye