Yağ, ey yağmur!
Dayanma, durmadan yağ!
Bəlkə, səndə saxlıdır bütün günahların əhvi
səndə gizlidir oyanmağa meyilli vicdanlar,
səndə yaşayır abort olunmuş,
bətnlərdən qoparılmış məsum körpələr,
səninlə təmizlənəcək bu ürəklər...
Dayanma, nə qədər gücün çatır, yağ, səpələn dünyamıza!
Nə gözəl səpələnir
göyün yüksəkliklərindən yerin dərinliklərinə...
Elə bil, bütün damlalar əl-ələ tutub birləşir,
yer üzündəki çirkabları,
günahları təmizləməyə çalışır,
sadəcə çalışır...
Ara bir, gücü çatmayan damlalar
rüzgardan kömək istəyir.
Yardıma yetişən rüzgar uğultusu ilə damlaları sovurub,
daha uzaqlara səpələyir.
Daha çox arzuların üzərinə çilənir
yağmurun duru damlası...
Aysel Abdullazadə...